31-07-2020, 11:06 Oxunub: 189

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib


İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Siyaset İlham Əliyev Ərdoğanı qələbə münasibətilə təbrik edib İlham Əliyev Ərdoğanı qələbə münasibətilə təbrik edib Siyaset “Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da möhkəmlənəcək” – İlham Əliyev “Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da möhkəmlənəcək” – İlham Əliyev Siyaset İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi Siyaset Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib Siyaset