1-08-2020, 19:53 Oxunub: 258

Paşinyan nələri uydurur, nələri “unudur”... - TƏHLİL

Paşinyan nələri uydurur, nələri “unudur”... - TƏHLİL


Göründüyü kimi, Ermənistanın Baş Naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan, ölkəsini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin "tərəfdarı" kimi göstərmək üçün istifadə edir. Bu baxımdan Paşinyanın Rusiyanın RBK (PБК) nəşrinə verdiyi müsahibədəki açıqlamaları maraqlıdır.

Beləliklə, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən danışan Ermənistan Baş Naziri deyib: “Son illərdə, eləcə də gərginlikdən bir neçə ay əvvəldən Azərbaycanın və onun liderinin hərbi ritorikası güclənməyə başladı. Gərginliyin davam etdiyi bir həftədə İlham Əliyev sərt tonlu bir müsahibə verərək, rəsmi Bakını danışıqlar prosesindən çıxarmaqla hədələdi. Əliyev bildirdi ki, danışıqlarda əsas rolu güc amili oynayır və güc, o cümlədən Qarabağdakı münaqişəni həll etmək üçün yeganə yoldur”.

Erməni hökumət başçısı Azərbaycan rəhbərliyinin həbi ritorikasının sərtləşməsinin səbəbini qeyd etməyi lazım bilməyib. Halbuki, bu səbəb danışıqlar prosesini yaxından izləyən hər kəsə məlumdur. Son illərdə Ermənistan danışıqlar formatını, o cümlədən Qarabağ separatçılarını münaqişənin "əsas tərəfi" kimi qələmə verməklə dəyişdirməyə çalışır. Bundan əlavə, Paşinyan özünü beynəlxalq aləmdə axmaq uşaq yerinə qoyaraq, münaqişənin tənzimlənməsi üçün əsas olan Madrid prinsiplərinin detallarını aydınlaşdırmaq üçün vaxt tələb etdi.
Onun sözlərinə görə, Tovuz istiqamətində baş verən son hərbi hadisənin səbəbi "bu istiqamətdə yalnız bir Azərbaycan kəndinin və çox sayda erməni kəndinin olmasıdır". "Düşünürəm ki, bu amil hücumun həmin istiqamətdə niyə baş verdiyini izah edir", - deyə Baş Nazir müsahibəsində bildirib.

Belə sərsəm fikirləri söyləməzdən əvvəl Paşinyan heç olmasa, toqquşma bölgəsinin xəritəsinə daha yaxından göz gəzdirməli idi. Axı, Tovuz istiqamətində sərhəddə bir çox Azərbaycan kəndləri yerləşir ki, onlardan da bəziləri - Ağdam, Əlibəyli, Hacyalı, Vahidli, Muncuqlu və Dondar Quşçu tez-tez artilleriya atəşinə məruz qalır.

“Ermənistan Silahlı Qüvvələri düşmənə, hətta Ermənistanda belə, heç kimin gözləmədiyi qədər tutarlı bir cavab verdi. Bununla da son iki ildə ölkədə və xüsusilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatların çox səmərəli olduğu ortaya çıxdı” – o deyib.

Görəsən, Paşinyan hansı tutarlı cavabdan danışır? Tovuz sərhədində toqquşmaların başlamasının hamıda gülüş doğuran erməni variantı ilə tanış olsanız, xatırlayarsınız ki, hadisəyə səbəb sadə “UAZ” avtomobilinin, guya ki, Ermənistan sərhədini keçməsi cəhdi olub. Gülüşlə yanaşı, Ermənistan Müdafiə Nazirliyinin bundan sonra yaydığı məlumatlar mütəxəssislərdə bir çox suallar doğurur.

Bundan əlavə, son iki ildə Tovuz-Qazax bölgəsində Azərbaycan sərhədini Müdafiə Nazirliyinin bölmələri deyil, Dövlət Sərhəd Xidmətinin bölmələri qoruyur. Ermənistan hakimiyyətinin bildirdiyinə görə, qarşıdurmanı məhz Azərbaycan sərhədçiləri başladıb, amma bu "hücum"un sərhədçilər deyil, ordu birləşmələri tərəfindən həyata keçirilməsi daha məntiqli olmazmı?
Hərbi islahatlardan danışan Paşinyan Ermənistan ordusunun qeyri-döyüş itkilərinin kədərli statistikasını unudur. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, 2020-ci ilin birinci yarısında Ermənistan ordusu 31 hərbçisini itirib. Onlardan 10-u xəstəlik, 8-i intihar, 6-sı bədbəxt hadisə nəticəsində həlak olub, 2-si öldürülüb, 3-ü yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib, 1 erməni hərbçisi Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat törətmək istəyərkən öldürülüb, 1-i isə minaya düşərək ölüb.

İntiharlar və qətllər, əsasən silahlı qüvvələrin hərbçiləri arasında nizamnamədən kənar münasibətlərin nəticəsidir ki, bu da hərbi intizamla bağlı məsələlərin hələ də həll olunmamasını söyləməyə əsas verir. Bunlara baxmayaraq, Paşinyan Ermənistan ordusunun "yüksək döyüş ruhunun olması"nda israr edir.

Daha bir ittiham isə Rusiya ərazisində baş verən toqquşmalarla bağlı olub. Rusiyadakı ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurma mövzusuna toxunan Paşinyan "Azərbaycan hakimiyyəti Rusiyanı millətlərarası qarşıdurma arenasına çevirmək istəyir" deyib. Onun sözlərinə görə, "Rusiyadakı toqquşmalar ermənilər tərəfindən başlamayıb: əvvəlcə azərbaycanlı iş adamlarına məxsus Rusiya ticarət obyektlərində erməni mallarının satışına qadağa qoyulub, sonra toqquşmalar başlayıb”.

“Bu, son 15 ildə Azərbaycanda tətbiq olunan nifrət ritorikasının davamından başqa bir şey deyil. Bunun əksinə olaraq, Ermənistanın nəinki indiki, həm də əvvəlki bütün hakimiyyətlərinin ritorikasında Azərbaycan xalqına qarşı olan milli nifrət və düşmənçilik elementləri yox idi”, - o vurğulayıb.

Məhz, Rusiya ərazisində ermənilərin nəzarəti altında olan və Azərbaycan xalqına nifrətini təbliğ edən bir neçə xəbər saytının fəaliyyət göstərməsi, millətlərin arasına nifaq salanın kim olduğunu aşkara çıxarır. Rusiya Erməniləri Birliyinin (SAR) rəsmi saytında təxribatçı və təhqiredici materialların olması barədə Paşinyanın yəqin ki, “məlumatı yoxdur”.

Baş Nazir kürsüsünə yerləşən bir jurnalist olaraq Paşinyan, eyni zamanda Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın 2003-cü il yanvarın 16-da Avropa Şurasındakı çıxışını, ermənilərin və azərbaycanlıların genetik uyğunsuzluğu ilə bağlı söylədiklərini xatırlamalıdır. Avropa Şurasının o vaxtkı Baş katibi Valter Şvimmer bu açıqlamanı müharibəyə təhrik, düşmənçilik və dözümsüzlük ritorikasının təzahürü kimi qiymətləndirmişdi.

Elə jurnalist Paşinyan Köçəryandan sonrakı Prezident - Serj Sarkisyanın 21 iyul 2010-cu ildə “Miasin” gənclər hərəkatının düşərgəsindəki çıxışını, erməni gənclərini qonşu dövlətlərin ərazisinə iddia qaldırmağa təhrik etdiyi nitqini də xatırlamalıdır. Bütün bunlardan sonra Paşinyan ikiüzlülük edərək, rus nəşrinə erməni tərəfinin ritorikasında heç zaman nifrət elementləri olmadığını bildirməyə cəsarət edir...
Paşinyan Minskdən Bakıya səsləndi — “Danışıqlara hazıram!” Paşinyan Minskdən Bakıya səsləndi — “Danışıqlara hazıram!” Siyaset Paşinyan yalan danışdı, İlham Əliyev belə reaksiya verdi — VİDEO Paşinyan yalan danışdı, İlham Əliyev belə reaksiya verdi — VİDEO Siyaset / Video İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin şərhi İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin şərhi Siyaset Paşinyan əvvəlki mövqeyinin heç bir beynəlxalq dəstək qazanmadığını çox gözəl anladı - deputat Paşinyan əvvəlki mövqeyinin heç bir beynəlxalq dəstək qazanmadığını çox gözəl anladı - deputat Siyaset Putin-Əliyev-Paşinyan görüşü gözlənilir? Putin-Əliyev-Paşinyan görüşü gözlənilir? Siyaset