1-08-2020, 19:18 Oxunub: 246

“Mümkündür ki, bundan sonra türklərin ölkəmizdə hərbi bazaları yaradılsın” - GƏLİŞMƏ

“Mümkündür ki, bundan sonra türklərin ölkəmizdə hərbi bazaları yaradılsın” - GƏLİŞMƏ


təlimlər keçirir və 11 min türk hərbçi ölkəmizə təşrif buyurub. Artıq Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın F-16 qırıcısını “TurAz qartalı” təlimində iştirak etmək üçün Azərbaycana göndərib. Bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb. Qırıcıların artıq Bakıya çatdığı qeyd edilib.

“Türk F-16-ları təlim müddətində Azərbaycan səmalarında qardaşa güvənc, düşmənə qorxu verəcək. ”TurAz qartalı" hava təlimi Ermənistanın hücumuna məruz qalan Tovuza yaxın olan Gəncə ilə yanaşı, Kürdəmir və Yevlaxda da icra ediləcək" - xəbərdə deyilib.

Sözsüz ki, dünya bu məsələyə diqqətlə seyrçi mövqeyindədir və müxtəlif mülahizələr səslənməkdədir. Rusiya və İran tərəfi isə təmkinlidir, rəsmi mövqe bildirilməyib. Bəzi siyasi ekspertlər türk ordusunun Azərbaycanla birgə hərbi təlimlərini Ermənistana və Rusiyaya bir ismarış, türklərin Cənubi Qafqaza gəlişi kimi dəyərləndirənlər var. Çox maraqlıdır ki, təlimlər getdiyi zamanda Ermənistanın müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb.

Görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib. Tonoyan səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib. Görəsən, bu, daha öncədən planlanan prosesdir, yoxsa, Tovuz döyüşündən sonra Türkiyənin və NATO-nun reaksiyasıdır?

Nəzərə alaq ki, Türkiyə ordusu NATO ordusunun bir parçasıdır. Bəs bu hadisəyə İran və Rusiyanın maraqları, reaksiyası nə ola bilər?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün ortaq maraqları var. Onun fikrincə, bu əməkdaşlıq dünyanın bir çox ölkələrini və NATO-nu maraqlandıran strateji layihədir.

“Tovuz hadisələri göstərdi ki, Azərbaycanın strateji nöqtəsini işğal etmək istəyirdilər. Ona görə də təkcə bu hadisəyə görə deyil, ümumiyyətlə, Türkiyə Azərbaycanla strateji müttəfiqliyi sistemli formalaşdırır. Söhbət təhlükəsizliyə qarşı birgə xəttimizin olmasından gedir və məqsəd bölgədə əmin-amanlıq yaratmaqdır. Bu da təbii ki, təcavüzkar Ermənistanı və havadarlarını qıcıqlandırır”, - deyə deputat qeyd etdi. A.Mollazadə hesab edir ki, iki ölkə arasındakı əməkdaşlıq dünyanın bir çox ölkələri tərəfindən dəstəklənir və Tovuz döyüşləri bölgədə stabilliyə qarşı hansı qüvvənin olduğunu üzə çıxardı:

“Rusiya və İran hərbi təlimlərə rəsmi münasibət bildirməməklə göstərmək istəyir ki, onlar heç də hər zaman Ermənistana dəstəkləmirlər. Mən gözləmirəm ki, Moskvadan və Tehrandan bəyanat olacaq. Çünki Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri beynəlxalq hüquq normalarına uyğun keçirilir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, bu təlimlər əvvəlcədən planlaşdırılıb.

Onun sözlərinə görə, ilin əvvəlində Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında razılaşmalar olur, hərbi təlimlərin qrafiki müəyyənləşdirilir. “Fevralın ortalarında prezident İlham Əliyev həmkarı Ərdoğanı Bakıda qəbul edərkən vurğulamışdı ki, il ərzində 13 hərbi təlim keçiriləcək. Amma o da faktdır ki, Tovuzda gedən döyüşlərdən sonra bu hərbi təlimlərin əhəmiyyəti birə beş artdı. Halbuki, bundan qabaq da türk ordusu Naxçıvana daxil olub.

Lakin bu dəfə türk ordusunun Naxçıvana gəlişi həm Azərbaycanda, həm Türkiyədə coşqu ilə qarşılandı", - deyə politoloq bildirdi.

Ekspert hesab edir ki, Türkiyə regionda əsas dövlətə çevrilir: “Bunu cənab Ərdoğan da qeyd etdi ki, Türkiyə 30 il əvvəlki deyil, bölgənin əsas dövlətinə çevrilib, hərbi nöqteyi-nəzərdən Cənubi Qafqazda var. Bununla hamı, o cümlədən Ermənistan hesablaşmalıdır, artıq ermənilərdə vahimə yaranıb”.

E.Şahinoğlu mümkün sayır ki, bundan sonra Türkiyə ilə Azərbaycan arasında hərbi strateji müttəfiqlik daha da üst səviyyəyə qalxsın, türklərin ölkəmizdə hərbi bazaları yaradılsın. Onun təlimlərə Moskva və Tehranın susqunluq nümayiş etdirməsinə şərhi belə oldu: “Rusiyadan rəsmi reaksiya yoxdur, ola da bilməz. Çünki bu təlimlər iki ölkənin daxili işidir, Kremlə qarşı yönəlməyib. Düzdür, Rusiyanın müəyyən siyasi və media dairələri narazılığı dilə gətirir, amma rəsmi səviyyədə narahatlıq açıqlana bilməz. Azərbaycan da Rusiyadakı təlimlərə etiraz etməyib, hətta doğru olmasa belə...

İrandan da rəsmi mövqe yoxdur. Amma bəzi narazılıqlar eşidilir. Mən İranda olan deputatlarla görüşmüşəm, analitik mərkəzlərində olmuşam. Onlarda Türkiyə-Azərbaycan hərbi ittifaqı ilə bağlı narahatlıq var.

Müzakirələrimizdə izah etmişəm ki, bu ittifaqın olması təbiidir və İran da Türkiyə kimi Ermənistana münasibət göstərsəydi, indi bölgədə üçlük ittifaqı olardı. Sadəcə, indi mümkün deyil. O baxımdan Rusiya və İrandan son təlimlərə rəsmi münasibət gözləməli deyilik".
“Yeni Müsavat”
Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı Medeniyyet Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək Siyaset Azərbaycanda “TurAz Qartalı – 2019” təlimləri başlayıb Azərbaycanda “TurAz Qartalı – 2019” təlimləri başlayıb Siyaset Türkiyə hərbçiləri Azərbaycana gəldilər - Video Türkiyə hərbçiləri Azərbaycana gəldilər - Video Hadise Azərbaycan-Türkiyə möhtəşəm təlimləri başladı: düşmənə görk, havadarına ismarış Azərbaycan-Türkiyə möhtəşəm təlimləri başladı: düşmənə görk, havadarına ismarış Siyaset