Vüqar Əhmədovda bu qədər sərvət hardandır? - İLGİNC
Siyaset
Oxunub: 284
15 may 2021 | 17:09
Vüqar Əhmədovda bu qədər sərvət hardandır? - İLGİNC


“Azərişıq” ASC-nin yeni sədri Vüqar Əhmədov digər yaşıdları kimi ali təhsil alaraq İqtisad Universitetini bitirb. Vəssəlam.Vüqar Əhmədovun sonradan guya Allah qoymasa, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasını bitirməsi-zad-filan bunlar boş söhbətlərdir.
Belə akademiyaların sayı-hesabı bilinmir. Hərə gedib bir saxta sertifikat alır və bunu hamının gözünə soxur. Bu məsələni qoyaq bir kənara.
Bəli, Vüqar Əhmədov nəinki dünyada, heç ölkəmizdə nüfuzu olmayan “Narxoz”un onminlərlə tələbəsindən biridir.
Bu universitetin tələbələrinin çoxu Sədərəkdə-zadda alver edir.
Bəs, hansı bacarığına, hansı qabiliyyətinə, hansı istedadına görə, Vüqar Əhmədov bu gün böyük bir biznes imperiyasının sahibidir.
Bəlkə babasından xəzinə qalıb, bəlkə böyük bir elmi kəşfinə görə, ixtirasına görə, patent alıb, milyonlar qazanıb ?
Əsla, bunların heç biri deyil.
Vüqar Əhmədov İqtisadiyyat Nazirlriyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru işləyib.
Bəli, yediklərimizin və geydiklərimizin hansı keyfiyyətdə olduğu hamıya məlumdur. Bəli, Vüqar müəllim, həmin keyfiyyətsiz istehlak mallarına “keyfiyyət” nişanı verib milyonlar qazanıb.
Vüqar Əhmədov sonra Vergilər Nazirliyində nazir Fazil Məmmədovla “çiyin-çiyinə” çalışıb. Daha doğrusu, kapital qazanıb.
Gürcüstanda hətta küçə ticarəti ilə məşğul olan şəxs vergidən yayına bilməz.
Amma, bizdə Vüqar Əhmədov kimi “vergi yığanlar” az qala büdcənin yarısını oğurlayırlar.
Sonrakı etapda Vüqar Əhmədov işıqdan milyonlar qazanmağa başladı. 2015-2020-ci illərdə “Azərişıq” ASC-nin sədr müavini, hazırda isə sədridir.
Bu qurum nə qədər kasıbın, imkansızın evinin işığını kəsib, ailəni, uşaqları, evdəki xəstələri işıqsız qoyub. Nəyə görə, 3-4 manat işıq borcuna görə.
Birincisi, 3-4 manat borca görə, işıq kəsirsinizsə, bəs istixanaların, “moyka”ların, özəl şirkətlərin, şəxsi sexlərin və s yüz min manatlarla borcunu necə “silirsiniz”..?
Siz bayram günlərində də vətəndaşların işıqlarını kəsirsiniz.
Ümumiyyətlə, işıq kəsmək ən vicdansız əməldir.
Azərbaycanda milyonçu qaz oğruları, milyonçu su oğruları olduğu kimi, sizlər də işıq oğrularısınız.
Digər daha vacib məsələ. İşığa qoyduğunuz limitlə bağlı.
Axı, vətəndaş işıqdan kommersiya, qazanc məqsədilə istifadə etmir, məişətdə istifadə edir. Buna necə limit qoymaq olar ?
Bir söz də deyən kimi, deyirlər bu məsələ bizdən asılı deyil, bu məsələyə Tarif Şurası baxır.
Bu Tarif Şurası kimlərdən ibaraətdir, məqsədləri nədir ?
Vətəndaşı niyə dövlətdən narazı salırsınız ?
Bu məsələ mütləq Prezidentin birbaşa nəzarətində olmalı, ölkə başçısına məruzə olunmalıdır.
Həm də bu məsələlər hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.
Axı, dövlətdən konkret maaş alan şəxsdə bu boyda əmlak necə ola bilər ?
Buyurun, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun biznes şəbəkəsi ilə tanış olun. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
“Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan "QRAD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib.
MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MMC-nin təsisçisi isə "Azərişıq" rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır.
Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik "TESTA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də
təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Şirkətlər Qrupuna daxil olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib.
"Azərişıq" şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır.
Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş
"BEAT CATERING" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir
Eyni ünvanda hüquqi qeydiyyatda olan "BEAT GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, M'EAT, SUMAKH restoranları, GAZELLİ CAFÉ, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri "SİNERJİ ŞİRKƏTLƏR QRUPU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan "ATATRAVEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib.
Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış "VOGA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də "Azərişıq" şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı "EVRA" , "SOLENNE" və "ERVA-EN" şirkətlərinin də təsisçisiləri sırasında yer alır.
"Azərişıq" şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar "LAYF FİTNES", "PEQAS MARKETİNQ" və "TOSCANA" MMC-lərdir. //gundelik-baku.com//
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər