Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!
Siyaset
Oxunub: 414
11 in 2021 | 20:46
Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!


Mən dünənə qədər elə bilirdim ki, təkcə biz jurnalistlər Azərbaycan ərazisində baş verənləri erməni mediasından öyrənirik. Ona görə də bizə operativ məlumat verməyən müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyini qınayırdım. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir məlumatı oxuyanda fikrim büs-bütün dəyişdi. Sən demə, bu nazirlik belə, Azərbaycan ərazisində baş verənlər barədə Ermənistandakı həmkarlarından xəbər alırmış.

Təəccüblənməyin, bunu mən yox, Nazirliyin özü etiraf edib. MN-in dünən Kəlbəcər rayonundakı hərbi mövqelərimizin atəşə tutulması barədə məlumatı fikrimizin ən bariz sübutudur.

“Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - MN-nin dünən yaydığı məlumatda belə deyilir.

Göründüyü kimi məlumatda açıq şəkildə etiraf olunur ki, Kəlbəcərdəki mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması barədə məlumatı düşmən tərəf yayıb. Bizim MN isə iddianı araşdırıb və fakt öz təsdiqini tapıb.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!



Adama deyərlər, ay cənab generallar, öz sərhədimizdə baş verənlərdən sizin niyə xəbəriniz olmur? Axı bu ölkənin müdafiə strukturlarını kağız üzərində də olsa siz idarə edirsiniz. Heç olmasa, rəsmi mövqeyinizə hörmət edib sərhəddə baş verənlərlə maraqlanın. Mövlana demişkən, olduğunuz kimi görünməyə ar edirsinizsə, barı göründüyünüzə oxşamağa çalışın.

Nə olar saqqalınızı rus “sülhməramlı” generalı Rüstəm Muradovun əlinə verəndə, onun təlimatları ilə oturub-duranda, sizin qəlbinizdə heçmi vətən eşqi, yurd sevgisi yoxdur? Hərbi qulluqdan uzaq olanlar belə, min yola baş vuraraq, cəbhədən xəbər almağa çalışırlar. Sizdə o qədər də milli təəssüb hissi yoxdur? Niyə gündə heç olmasa 2 dəfə cəbhə xəttinə zəng edib orda baş verənləri öz hərbçilərimizdən soruşmursunuz? Niyə axı sərhədimizdə baş verənləri siz də bizim kimi erməni həmkarlarınızdan eşitməlisiniz? Mən hələ onu demirəm ki, bizim erməni məlumatlarına möhtac olmağımız da sizin düzgün qurulmayan informasiya siyasətinizdən qaynaqlanır. Mən hələ onu da demirəm ki, ermənilər bəyanat yayıb bizim etibarımızı beş quruş etdikdən sonra sizin onları təsdiq etməniz, yumşaq desək, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Üstəlik, erməni əsgərləri bizim postlara atəş açırsa, deməli, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müvafiq maddələrini pozurlar. Bu da bizim ermənilərə qarşı adekvat addım atmaq hüququmuzu doğurur. Ermənilərdən öyrəndiyiniz atəşkəs rejiminin pozulması faktına qarşı hansı tədbiri görübsünüz? Sizin qabiliyyətiniz ancaq ona çatır ki, gənc oğullarımızı sərhəddə aparıb erməni hərbçiləri ilə qovala-qaçdı oynadasınız? Sonra da erməni əsgərlərindən birinin döyülməsi səhnəsinin yayılmasına rəvac verib düşmən əlini gücləndirəsiniz? Axı istənilən dövlətin sərhəd pozuntusuna qarşı atdığı bir addım var: düşmən qüvvələrini ya güllələyərək, ya da əsir götürərək zərərsizləşdirmək. Niyə o zaman sərhədlərimizi aşsüzənə çevirən düşmən qüvvələri yerindəcə cəzalandırılmır? Buna mane olan kimdir?

Müdafiə Nazirliyinin adına yaraşmayan bu kimi halların Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya gəlişi ərəfəsinə düşməsi də adamı başqa düşüncələrə yönləndirir. Görünür, MN-də kimlərsə Azərbaycan ərazisində nəzarətin öz əlimizdə olmadığı qənaətini formalaşdırıb bu ziyarətə mane olmaq istəyir. Zira dünən yayılan rəsmi məlumat öz ərazisində baş verənləri düşmənlərdən öyrənən Müdafiə Nazirliyimizin ölkəmizi nə dərəcədə etibarli qoruduğunu şübhə altına qoyur. Hər an hər cür hadisə ilə üzləşəcək qədər təhlükəli vəziyyətdə olan sərhədlərimizə hansı qonağı dəvət edə bilərik?

Müdafiə Nazirliyini dünənki məlumatında diqqəti cəlb edən digər xüsus erməni hücumuna siyasi qiymət verilməsidir. Məlumatda bildirilir: “Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”.

Cənab Zakir Həsənov, əvfinizə sığınaraq soruşmaq istəyirəm: hərbi struktur nə zamandan hadisəyə siyasi qiymət verən olub? Müdafiə Nazirliyinin vəzifəsi hücum faktını qeydə almaq, ona adekvat cavab vermək, düşməni susdurmaqdır. Təbii ki, görülən bu tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Amma ona siyasi qiymət vermək əsla MN-nin işi ola bilməz.

Görünür, MN rəhbərliyi XİN-nin fəaliyyətini yarıtmaz olduğunu düşünür və onun da vəzifəsini öz boynuna götürür. Bəlkə də ona görə ki, ölkə başçısı XİN rəhbəri Ceyhun Bayramovu yeni vəzifəsinə təyin edəndə xarici siyasət kursunun dəyişdiyini bildimirmiş və bundan sonra hücum diplomatiyası həyata keçirəcəyimizi vurğulamışdı. Müdafiə Nazirliyindəki baş bilənlər isə harda “hücum” sözü görsələr, öz sahələri sayırlar. Qınamıram. Məsəl var; evə bişməyib, qonşudan gəlməyib. İndiyədək hücum diplomatiyası ilə qarşılaşmayan zehniyyət onunla hücum taktikasının arasındakı fərqi hardan bilsinlər?

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin hadisələrə adekvat və operativ reaksiya vermək qabiliyyəti də mübahisəyə açıqdır. Amma buna qiymət vermək Müdafiə Nazirliyinin işi deyil. Ən azı o səbəbdən ki, özü öz fəaliyyəti ilə məşğul ola bilmir, ən operativ məlumatları belə düşmənin ictimaiyyətə açıq qaynaqlarından öyrənin. Bu vəziyyətdə onun XİN-nin funksiyasını öz çiyinlərinə götürməsi “kor kora kor deməyincə” məsəlini xatırladır.

Heydər Oğuz,
Ovqat.com
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb