Prezident İlham Əliyev şəhid jurnalistlərə ev verib - FOTO
Siyaset
Oxunub: 54
22 iy 2021 | 10:43
Prezident İlham Əliyev şəhid jurnalistlərə ev verib - FOTO


22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən M.İbrahimov və S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar.

Prezident İlham Əliyev şəhid jurnalistlərə ev verib - FOTOPrezident İlham Əliyev şəhid jurnalistlərə ev verib - FOTOPrezident İlham Əliyev şəhid jurnalistlərə ev verib - FOTO
Bu gün, 18:13
Pakistan parlament sədrindən TƏKLİFLƏR
Bu gün, 17:30
Sahibə Qafarova üçtərəfli əməkdaşlığın əsas hədəflərini AÇIQLADI
Bu gün, 17:11
Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
Bu gün, 17:06
ABŞ-dan Ermənistan və Qarabağla bağlı ÇAĞIRIŞ
Bu gün, 16:57
Azərbaycan Prezidenti Pakistan Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB
Bu gün, 16:34
Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO
Bu gün, 16:23
Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"
Bu gün, 16:17
DİN-də yeni TƏYİNAT
Bu gün, 16:02
Almanyada güclü partlayış: "küçəyə çıxmayın" xəbərdalığı - VİDEO
Bu gün, 15:52
Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı
Bu gün, 15:47
Quşencə bələdiyyəsi gördüyü işlərin fotosessiyasını saytımıza göndərdi.Foto-Video
Bu gün, 15:45
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir.Məmurlar dövlətdən oğurluq edirlər.Video-fakt
Bu gün, 15:41
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş Video-muraciət etdi
Bu gün, 15:34
“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər”
Bu gün, 15:28
Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
Bu gün, 13:29
İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
Bu gün, 10:00
Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
Dünən, 23:39
Mərkəzi Nəbatat Bağında YEYİNTİ İTTİHAMI - dövlət vəsaiti mənimsənilib?
Dünən, 22:50
Əmrullayev KÖHNƏLƏRLƏ niyə BACARMIR? - İTTİHAM
Dünən, 22:22
Gənclər və İdman Nazirliyi LƏĞV EDİLİR - İDDİA
Dünən, 21:47
Xətainin icra başçısı ilə bağlı DTX-ya MÜRACİƏT OLUNDU - "Bəlkə qanunsuz tikintilərə göz yuman..."
Dünən, 21:18
Bayramlının nəzarətsiz buraxdığı SƏHİYYƏ... - Yəqin XƏBƏRİ YOXDUR...
Dünən, 20:48
"Niyə mən aldadıb, borc yaratdınız?.." - ETİRAZ
Dünən, 20:23
Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır
Dünən, 19:44
“Camaat gündəlik çörəyi güclə tapır” - GİLEY
Dünən, 19:22
“AST GROUP” MMC rəhbəri Sərraf Əliyev tərəfdaşını necə aldadıb? – İnanılmaz maska fırıldağı…
Dünən, 18:50
Rafayıl Quliyev NƏDƏN NARAHATDIR? - QALMAQAL