Spiker: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionun geosiyasi mənzərəsini dəyişib”
Siyaset
Oxunub: 341
27 iy 2021 | 19:52
Spiker: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionun geosiyasi mənzərəsini dəyişib”


“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, 30 illik münaqişəyə son qoyulması, həmçinin regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları yaranıb. Bütün nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün şərtlər yetişib”.

Bunu bu gün Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker əlavə edib ki, bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır: “Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir. Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir. Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir”.

Öz nitqində Milli Məclisin sədri deyib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatının yaradılmasının əhəmiyyətini bir daha vurğulamaq istəyirəm. Əminəm ki, bu format çərçivəsində görüşlərimizin davamlı keçirilməsi vacibdir. Bu formatın getdikcə daha səmərəli bir platformaya çevrilməsi ölkələrimizin daha sıx birləşməsinə təkan verəcəkdir.

Sahibə Qafarova bildirib ki, 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda Bakı Bəyannaməsi qəbul edilməlidir. İnanıram ki, bu sənəddə əksini tapacaq məsələlər dövlətlərimiz arasında münasibətlərin inkişafının parlament ölçüsünü möhkəmləndirməyə kömək göstərəcəkdir.

Belə ki, Bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin ifadə olunması, hesab edirəm, əhəmiyyətli olacaqdır.

Sədr deyib ki, bundan əlavə, beynəlxalq təşkilatların, o cümlədən parlament assambleyalarının konstruktiv dialoq və əməkdaşlıq üçün əlverişli platforma təqdim etməsinin, maraq doğuran müxtəlif sahələrdə daha yaxşı iş birliyi qurulması səylərində hökumətlərə hərtərəfli dəstəyin qeyd edilməsi, eləcə də qərar vermə proseslərində qadın parlament üzvlərinin rolunun gücləndirilməsi üçün təşəbbüslərin və addımların dəstəklənməsi, inanıram ki, bizim üçtərəfli əməkdaşlığımızı dərinləşdirməyin mühüm bir amilinə çevriləcəkdir.

O, eyni zamanda, Ermənistan Respublikasının minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin qınanmasını, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması səylərində Azərbaycanla həmrəylik ifadə olunmasını da vacib hesab edib.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...