Sahibə Qafarova üçtərəfli əməkdaşlığın əsas hədəflərini AÇIQLADI
“Qürur hissi ilə qeyd edə bilərm ki, 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə şanlı Zəfər ili kimi daxil olmuşdur. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanaraq torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuşdur”.
Sahibə Qafarova: “Üçtərəfli əməkdaşlıq platforması qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir”
Bunu bu gün Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spikerin sözlərinə görə, bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü ilə təmin etmiş oldu. “İşğalçı Ermənistan ordumuzun gücü qarşısında tab gətirə bilməyib təslim aktını imzalamağa məcbur oldu. 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu və hazırda bölgədə yeni reallıq yaranmışdır”.
Parlamentin sədri söyləyib ki, haqlı mübarizəmizdə qardaş ölkələr Türkiyə və Pakistan tərəfindən bizə verilən dəstək xalqımızın yaddaşında əbədi yaşayacaqdır: “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana açıq siyasi və mənəvi dəstək göstərməsi dövlətlərimiz arasında müttəfiqliyin yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir. Artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu təxminən 30 il ərzində Türkiyə və Pakistan bütün beynəlxalq platformalarda Azərbaycana köməyini əsirgəməmişlər və Ermənistanla diplomatik münasibətlər saxlamamışlar. Bu, yuxarıda qeyd etdiyim siyasi və mənəvi dəstəyin bariz sübutudur və biz bütün bunlara görə qardaş xalqlarımıza hər zaman minnətdarıq. Biz də qardaş Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə onların mövqelərini ayrı-ayrı platformalarda dəstəkləmişik və bu dəstək bundan sonra da davam edəcəkdir”.
Milli Məclisin Sədri bildirib ki, beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan yanaşmalar, təəssüf ki, hələ də qalmaqdadır: “Biz illər boyu bu yanaşmaların şahidi olmuşuq və bu gün də şahidi oluruq. Ona görə də dünyada qərəzli və ədalətsiz yanaşmaların mövcudluğu və getdikcə artması qardaş dövlətlər olaraq bizi daha sıx əməkdaşlığa sövq edir. Bu mənada inanıram ki, bu gün burada əsasını qoyduğumuz parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platforması dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəkdir.
Hazırda ölkələrimizin ayrı-ayrı hökumət qurumları arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Parlamentlər olaraq, bizim də bu proseslərə fəal dəstək göstərməyimiz çox əhəmiyyətlidir. Biz deputatlar xalq tərəfindən seçilən, onun adından danışan və onun mənafeyini təmsil edən nümayəndələrik. Bu mənada, parlamentlərimiz arasında daha sıx əməkdaşlıq, əminəm ki, xalqlarımızın daha da yaxınlaşmasına, güclü tarixi əlaqələrimizin güclənməsinə kömək edəcəkdir.
Parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platformasının səmərəli fəaliyyət göstərməsi ortaq milli maraqlarımızın beynəlxalq platformalarda, xüsusən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə müdafiəsini təmin edəcəkdir”.
Bu gün, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Bu gün, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Bu gün, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Bu gün, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Bu gün, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Bu gün, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Bu gün, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Bu gün, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Bu gün, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Bu gün, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Bu gün, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Bu gün, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Bu gün, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Bu gün, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Bu gün, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Bu gün, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Bu gün, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Bu gün, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”