3-12-2020, 22:50 Oxunub: 65
Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər"

"Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır".
"Ölkə.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxışı zamanı bildirib.
"COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.
Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər", - dövlət başçısı vurğulayıb.
XƏBƏR LENTİ
23:39 | Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq! 22:50 | Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu 22:22 | Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO 21:47 | Başçının DİQQƏTİNƏ: Goranboyda vətəndaş acınacaqlı durumdadır... - Vətəndaş HARAY ÇƏKİR 21:18 | Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR 20:44 | Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT 20:19 | Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA 19:52 | "Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?" - GİLEY 19:23 | Ermənistan üçün tək şans: Bataqlıq, yoxsa aydınlıq? - TƏHLİL 18:45 | Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL 18:20 | Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır - AMMA... 17:49 | Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər - ilginc detallar... 17:21 | Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO 16:46 | “Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir” - GƏLİŞMƏ 16:17 | Metro da açılmalıdır, digər obyektlər də... - Əks halda...