Əcəba MOLLA REJİMİ NƏDƏN ƏNDİŞƏ KEÇİRİR? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 243
14 sen 2021 | 22:22
Əcəba MOLLA REJİMİ NƏDƏN ƏNDİŞƏ KEÇİRİR? - GƏLİŞMƏ


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir.

O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır”.

Birincisi, Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturu yanacaqla dolu nəqliyyat vastiələrini Azərbaycan sərhədini pozaraq erməni separatçılarına yanacaq məhsulları daşıyır. Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır.

İkincisi, Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var. Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir.

Üçüncüsü, Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Azərbaycanın Xəzər dənizindən hasil etdiyi neft və qazı məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir.

O ki qaldı, Tehranın “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib?

Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməlidir. Çünki Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımaqdan yayınır. Ermənistan hər iki ölkə ilə sülh sazişi imzalamadığına görə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən çəkinir. Türkiyə-Azərbaycan hərbi ittifaqı digər ölkələrə qarşı yönəlməyib.

Buna baxmayaraq, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb. İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib. “Azərbaycan niyə İranla deyil, Türkiyə ilə strateji münasibətlər qurub” sualı illərdir Tehranda bağlı qapılar arxasında səslənib.

İranın siyasi dairələri anlamaq istəmirlər ki, Azərbaycan üçün məzhəb prinsipi yaddır, milli və təhlükəsizlik maraqları önəmlidir. Azərbaycanın milli və təhlükəsizlik maraqları isə Türkiyə ilə ittifaqı gücləndirməyi diqtə edir, bunu ikinci Qarabağ savaşı da göstərdi. Qarabağ separatçılarına yanacaq daşıyan dövlət isə bizə tərəfdaş deyil, sadəcə qonşudur.

“Atlas” Araşdırmalar Mərkəzi
Bu gün, 00:52
Dövlət büdcəsi belə dağıdılır! - Nazirin nəzərinə
Bu gün, 00:43
İsmayıllıda mədəniyyət və turizm nazirliyi regional idarəsində milyon manatdan çox mənimsəmə
Dünən, 23:26
İLGİNC: Naxçıvanın muxtariyyəti ləğv edilir - Belə deyirlər...
Dünən, 22:50
Bakı İnzibati Məhkəməsində KİM YATIB, KİM OYAQ... - İDDİA
Dünən, 22:22
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
Dünən, 21:47
"Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" - NARAZILIQ!
Dünən, 21:18
İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - TƏHLİL
Dünən, 20:43
Slavyan Universitetində 226 minlik yeyinti iddiası: - 'Dedi ki, pullar rektora çatır...'
Dünən, 20:24
Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO
Dünən, 19:44
Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var
Dünən, 19:19
Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – VİDEO
Dünən, 16:00
Koronavirusdan sağalanlar bunları YEMƏSİN!
Dünən, 15:35
Memorial Kompleksin və Zəfər Muzeyinin təməli qoyuldu - Video
Dünən, 15:32
"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb
Dünən, 15:29
Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - Fotolar
Dünən, 15:23
İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar
Dünən, 14:00
Bakının mərkəzində bağlanan yollar açılıb
Dünən, 13:56
Müsahibə zamanı İlham Əliyev kövrəldi - VİDEO
Dünən, 13:50
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dünən, 13:35
Ağsu rayonunda qəbul imtahanlarından yüksək bal toplayan məzunlarla görüş keçirilib
Dünən, 13:33
Azərbaycan liderindən Ermənistana sərt xəbərdarlıq - VİDEO
Dünən, 13:28
Ceyhun Bayramov: "Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək"
Dünən, 13:22
İlham Əliyev Türkiyənin nüfuzlu media orqanına müsahibə verib - CANLI YAYIM
Dünən, 12:31
Eldar Yunusovun qızının bağçasında “ölü canlar" -İDDİA
Dünən, 12:19
Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:12
Prezident: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur”
Dünən, 12:07
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib