İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər yenidən aktivləşib - Xainlər İŞ BAŞINDADIR...
Siyaset
Oxunub: 286
14 sen 2021 | 21:18
İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər yenidən aktivləşib - Xainlər İŞ BAŞINDADIR...


Ordumuzun ötən il Ermənistan üzərində qazandığı möhtəşəm qələbəni sinirə bilməyənlər vaxtaşırı müxtəlif iddialarla çıxış edirlər. Azərbaycanın özündə də bəzi qüvvələr var ki, onlar hər fürsətdə Rusiya faktorunu gərəyindən artıq qabardır, ictimai xof yaratmağa çalışırlar.

İllər boyunca “Kreml Qarabağı azad etməyə qoymaz” deyənlər 44 günlük döyüşlər nəticəsində ordumuzun Qarabağın böyük hissəsini işğaldan təmizləməsini “unudaraq” yenidən aktivləşiblər. İndi də cəmiyyətdə düşkünlük yaratmağa yönəlik növbəti fikirlər yaymağa çalışırlar. Belə qüvvələrin iddiaları bundan ibarətdir ki, Moskva Azərbaycana Qarabağı tam azad etməyə imkan verməyəcək, nəticədə Xankəndi, Xocalı, Xocavənd işğalda, ya da Rusiya sülhməramlılarının nəzarəti altında qalacaq. Lakin müşahidə etdiyimizi proseslər tam əksini göstərir. Azərbaycan polisinin Qubadlı istiqamətində, Gorus-Qafan magistralında postlar qurması, gömrükçülərimizin buradan keçən İrana məxsus yük maşınlarından dövlət rüsumu tələb etməsi, ölkəmizin ərazisinə daxil olan yüklərin və sənədlərin yoxlanılması məhz ərazidəki rus sərhədçilərin gözü qarşısında baş verir. Düzdür, erməni rəsmilər Rusiya hərbçilərini əsas gətirərək əhalini təşvişə düşməməyə çağırırlar, ancaq ermənilər kifayət qədər narahatdırlar. Dünənədək Qarabağı əbədi ilhaq etdiklərini düşünənlər bu gün Azərbaycanın sərhədlərin hər qarışı üçün ortaya iradə qoymasından əndişə keçirirlər, ancaq geridönüşü də mümkün saymırlar. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan da növbəti dəfə Qarabağın dağlı-aranlı əldən getdiyini elan edib, reallıqla barışmağa çağırıb. Qarabağdakı bir ovuc erməni də qaçmaq üçün fürsət axtarır. Paşinyan və arvadının Rusiya əleyhinə səsləndirdiyi, yaxud nümayiş etdirdiyi kəskin reaksiyalar da Kremlin ermənilərə görə Azərbaycanla düşmən olmaq istəməyəcəyi barədə qənaət formalaşdırmaqdadır.

Digər tərəfdən, faktiki olaraq bölgəmizdə Rusiyanın iştirakı olmayan hərbi-siyasi blok yaranıb və Moskva reallığı qəbul etmək zorundadrır. Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak edib. İndi də növbəti mərhələyə başlayıblar desək, yanılmarıq. Ölkəmizdə Qarabağ məsələsinin tam, birmənalı həllində maraqlı olmayan qüvvələr var, o qüvvələr bu səbəbdən millətin qələbəsinə şübhə toxumu səpir, gözdən salmağa çalışırlar. Belələrinə yönəlik suallar da az deyil: Rusiya amilindən qorxmalı, çəkinməliyikmi? Moskva qarşısında gözüqıpıqmı olmalıyıq?

Prezident İlham Əliyev bütün riskləri gözə aldı, Vətən müharibəsi başlatdı, qələbə qazandı. “Rusiya nə edər, Putin nə deyər” məsələsinə qalsaydı, hələ də torpaqlarımız işğaldaydı.

Bəzi müşahidələr onu deyir ki, əslində Rusiya da bu böyük anlaşmanın içindədir. Bunu fərq etməmək mümkün deyil. Sadəcə, Putin elə bir mövqe tutmaq məcburiyyətindədir ki, müstəqil, heç bir bloka, ittifaqa qoşulmayan imici qalsın. Bu, bizə də lazımdır. Rusiyanın neytral qalması kifayətdir ki, yerdə qalan torpaqları azad edək, Xankəndinə bayrağımızı sancaq. Moskvanın neytral qalmasının faydasını 44 günlük Vətən müharibəsində gördük...

“Əgər xatırlayırsınızsa, Vətən müharibəsindən əvvəlki dövrdə də Azərbaycan cəmiyyətində belə bir fikir təbliğ olunurdu ki, Azərbaycan Ermənistanla müharibə edə bilməz, çünki Rusiya buna icazə verməz. İddia olunurdu ki, Ermənistanla müharibə Rusiya ilə müharibə etməyə bərabərdir”. Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deputat Ceyhun Məmmədov söylədi. Millət vəkilinin sözlərinə görə, əgər həmin insanların dedikləri nəzərə alınsaydı, hələ də torpaqlarımız işğal altında idi: “Prezident İlham Əliyev bütün riskləri nəzərə alaraq, müharibəyə başladı. Bu mərhələdə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi də ciddi rol oynadı. Ancaq Vətən müharibəsində qələbə göstərdi ki, bu fikrin ciddi əsası yoxdur”. C.Məmmədov bildirdi ki, bu gün Azərbaycan öz müttəfiqləri ilə birgə Rusiyanın iştirakı olmadan yeni hərbi-siyasi blok yaradıb: “Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi alyansı Qarabağın azad edilməsi prosesində iştirak ediblər. İndi də növbəti mərhələyə başlayıblar. Günü-gündən bu əməkdaşlıq müxtəlif birgə təlimlərlə daha da gücləndirilir. Heç şübhəsiz ki, bu əməkdaşlıq və birgə təlimlər nəticəsində Azərbaycan işğalda olan digər ərazilərini də qısa müddətdə azad edərək bayrağını Qarabağa sancacaq. Bu məsələ artıq qarşısıalınmaz prosesə çevrilir”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Qaxmaqlı bildirdi ki, Azərbaycan ictimai rəyindəki ehtiyatlılıq təəccüb doğurmur: “44 günlük savaşdan öncə də Azərbaycan ictimai fikrində Rusiyanın nə deyəcəyi və nə edəcəyi ilə bağlı fikirlər vardı və böyük əksəriyyət Rusiyanın buna imkan verməyəcəyi yönündəydi. Amma Azərbaycanın əlində elə arqumentlər vardı ki, biz onlardan vaxtında və məqamında yararlanıb Rusiyanın bu işə qarışmasının qarşısını aldıq. Sadəcə olaraq, Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirmək tədbirləri gördü və Rusiya məcburən neytral qalmalı oldu. Burada, şübhəsiz, siyasi, diplomatik və digər faktorlar da rol oynadı. İndi də Azərbaycanın əlində həmin arqumentlərdən biri - ərazi bütövlüyünün tam təmin edilməsi haqqı var və bu haqqı bizim əlimizdən heç bir qüvvə - o cümlədən Ermənistanın strateji müttəfiqi olan Rusiya ala bilməz”. Q.Çaxmaqlı qeyd etdi ki, biz duruma uyğun istənilən an yeni antiterror əməliyyatlarına başlaya və istədiyimizə nail ola bilərik: “Bu işi gecikdirmək həmin hədəfimizdən uzaqlaşmaq olardı. İndi bölgədə Azərbaycan - Türkiyə - Pakistan Alyansı mövcuddur. Qarşıya qoyulan hərbi vəzifəmizi yerinə yetirmək imkanlarımız var. Rusiya bu işə mane ola bilməz. Həm də ona görə ki, indi dünyada Rusiyanın mənfi imici var, onun üzərinə bütün dünya gəlir. Həm də Rusiya Qarabağ məsələsində proseslərin içindədir, reallıqlarla hesablaşmaq məcburiyyəti qarşısındadır. Rusiya niyə buradadır? Sülhü təmin etmək üçün, deyilmi? Xankəndi və digər ərazilərimizdə Azərbaycan dövlətinə qarşı təhdidlər aradan qaldırılmayıbsa, deməli, sülhdən danışmaq olmaz. Bəzi prinsipial məsələlərdə nala-mıxa vuran Rusiya rəsmilərinin mövqeyi təbii ki, bizi qane etmir, onun sülhməramlı missiyası da getdikcə effektiv olmur. Rusiya anlamalıdır ki, Azərbaycan bütün ərazisində dövlət suverenliyini təmin etməkdə sərbəstdir və bunu nə vaxtsa edəcək. Ermənistana gəlincə, bu dövlətin bizim iradəmizə tabe olmaqdan başqa çarəsi yoxdur. Ermənistan get- gedə anlayır və qəbul edir ki, artıq Qarabağ Azərbaycanındır”.

QAT sədri Akif Nağı hesab edir ki, Rusiyanın regionla bağlı mövqeyi nəzərə alınmalıdır, amma bu, onların dediyi ilə hərəkət etmək anlamına gəlməməlidir: “Regionda Azərbaycan, Türkiyə və Pakistanın daxil olduğu yeni güc mərkəzi yaranıb, Moskva da bu reallıqla hesablaşmaq zorundadır. İkinci Qarabağ müharibəsi də Rusiyanın xəbəri olmadan başlandı. Son 200 il ərzində Rusiya özünü elə aparıb ki, dörd tərəfdə baş verənlər yalnız onun icazəsi ilə ola bilər. Rus şovinizminin belə bir tezisi var idi ki , ”bir top belə bizim xəbərimiz olmadan atəş aça bilməz". Azərbaycan bəlkə də ilk ölkə idi ki, sentyabrın 27-də bu ssenarini pozdu. Həmin gün Azərbaycan topları sükutu pozdu və istədiyinə nail oldu. Kreml də bunu Azərbaycana bağışlaya bilmir". A.Nağı Rusiya təhlükəsi ilə bağlı deyilənlərdə başqa izlər axtarmağın tərəfdarıdır: “Azərbaycanda müxtəlif ölkələrin təsir agentləri var, rusiyanınkılar isə daha fəaldır. Onlar müharibənin başlanmasına qarşı da təbliğat aparır, cəmiyyəti rus amili ilə qorxudurdular. Biz onların bu təbliğatını heçə endirə bildik. İndi də iş başındadırlar, amma istəklərinə nail ola bilməyəcəklər. Qələbədən ruhlanan, öz gücünə inanan xalqı, dövləti artıq heç nə ilə dayandırmaq olmaz”. QAT sədri 44 günlük müharibədə neytral qalmağı səbəbsiz saymır: “Rusiya özxoşuna ”neytral" qalmadı, onu Azərbaycan və Türkiyənin birgə iradəsi məcbur etdi. Rusiya əslində çox kiçik güzəştlə kifayətlənməli oldu, sülhməramlı adı altında hərbi qüvvələrini Azərbaycan ərazisinə yeritdi. Bu, ona o qədər də əlavə imkanlar vermir. Təbii ki, arxayınlaşmalı deyilik. Rusiya qüvvələrinin oradan çıxarılması daim gündəmdə olmalı, beş il gözləməli deyilik. Kremlin buradakı təsir agentləri ictimai rəyə yeritməyə çalışırlar ki , 5 il gözləməliyik. Amma o qədər gözləməyə ehtiyac yoxdur, daha tez, yaxın 2 ildə ruslar bölgəni tərk etməlidir! Buna hökmən nail olmalıyıq, işlərimiz bu istiqamətdə getməlidir".

Konfliktoloq Elxan Mehtiyev də bu mövzu ilə bağlı maraqlı arqumentlərini bölüşüb. “44 günlük savaşda göstərdiyi döyüş qabiliyyəti, sahib olduğu müasir texnika və texnikaya yiyələnmə baxımından və müharibə zamanı nümayiş etdirdiyi qarşılıqlı, hərbi, idarəetmə baxımından ordumuza yanaşsaq, ordumuz çoxlarının sürprizinə rəğmən çox-çox ön sıralardadır. Mənim NATO və MDB ölkələrinin ordularını da ayrı-ayrılıqda analiz edərək gəldiyim nəticə odur ki, Azərbaycan Ordusu yuxarıda qeyd etdiyim kriteriyalara görə keçmiş sovet məkanında Rusiyadan sonra ikinci ordudur”, - E.Mehtiyev Moderator.az-a deyib. Ekspertin sözlərinə görə, NATO ölkələri ilə müqayisədə, Azərbaycan Ordusu 9-cu yerə çıxır. Ancaq ekspert deyir ki, bu, bizi əsla arxayınlaşdırmalı deyil, əksinə, ordunun fəaliyyəti daimi təlim və müasir texniki təminatla müşayiət olunmalıdır. “Azərbaycan ordusu Azərbaycanın təhülkəsizliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Biz sabah Ermənistanla sülh müqaviləsi imzalasaq da, Azərbaycan Ordusu öz mahiyyətini dəyişməli deyil. Mahiyyət etibarilə, Azərbaycan ordusu güclü və çevik ordu olmalıdır. Bunu onun coğrafi məkanı və üzləşdiyi son tarixi təcrübə və qarşıdakı problemlər tələb edir. Bu ordu müdafiə ordusu yox, ölkəyə qarşı bütün təhdidlərə vaxtında cavab verə bilən çevik ordu olmalıdır. Ordumuz yüksək dərəcədə təlim keçmiş çoxfunksiyalı xüsusi, peşəkar qüvvələrlə və güclü kəşfiyyatla yanaşı, ən müasir hərbi avadanlıq və texnikaya yiyələnməlidir. Yuxarıda qeyd etdiyim kimi, torpaqlarının işğalı, indiki durum və Azərbaycanın geniş enerji resursları və nəqliyyat şəbəkəsinə sahib olması, onu təhlükəsizliyi prioritet edən ölkəyə çevirmişdir. Bu baxımdan Azərbaycanda ordu və təhlükəsizlik qüvvələrinin xüsusi yeri olmalıdır”.

E.Mehtiyev hesab edir ki, Azərbaycan artıq yeni təhlükəsizlik konsepsiyası və yeni hərbi doktrina qəbul etməlidir.

Görüləcək işlər çoxdur, amma hansısa ölkənin barəsində mif yaradıb da, ümummilli hədəflərimizdən çəkindirməyə səy göstərmək, insanlarımızın əlini işdən soyutmaq qəti şəkildə yolverilməzdir!
“Yeni Müsavat”
Bu gün, 00:52
Dövlət büdcəsi belə dağıdılır! - Nazirin nəzərinə
Bu gün, 00:43
İsmayıllıda mədəniyyət və turizm nazirliyi regional idarəsində milyon manatdan çox mənimsəmə
Dünən, 23:26
İLGİNC: Naxçıvanın muxtariyyəti ləğv edilir - Belə deyirlər...
Dünən, 22:50
Bakı İnzibati Məhkəməsində KİM YATIB, KİM OYAQ... - İDDİA
Dünən, 22:22
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
Dünən, 21:47
"Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" - NARAZILIQ!
Dünən, 21:18
İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - TƏHLİL
Dünən, 20:43
Slavyan Universitetində 226 minlik yeyinti iddiası: - 'Dedi ki, pullar rektora çatır...'
Dünən, 20:24
Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO
Dünən, 19:44
Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var
Dünən, 19:19
Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – VİDEO
Dünən, 16:00
Koronavirusdan sağalanlar bunları YEMƏSİN!
Dünən, 15:35
Memorial Kompleksin və Zəfər Muzeyinin təməli qoyuldu - Video
Dünən, 15:32
"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb
Dünən, 15:29
Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - Fotolar
Dünən, 15:23
İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar
Dünən, 14:00
Bakının mərkəzində bağlanan yollar açılıb
Dünən, 13:56
Müsahibə zamanı İlham Əliyev kövrəldi - VİDEO
Dünən, 13:50
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dünən, 13:35
Ağsu rayonunda qəbul imtahanlarından yüksək bal toplayan məzunlarla görüş keçirilib
Dünən, 13:33
Azərbaycan liderindən Ermənistana sərt xəbərdarlıq - VİDEO
Dünən, 13:28
Ceyhun Bayramov: "Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək"
Dünən, 13:22
İlham Əliyev Türkiyənin nüfuzlu media orqanına müsahibə verib - CANLI YAYIM
Dünən, 12:31
Eldar Yunusovun qızının bağçasında “ölü canlar" -İDDİA
Dünən, 12:19
Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:12
Prezident: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur”
Dünən, 12:07
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib