Rusiyanın Cənubi Qafqazla bağlı çoxgedişli siyasəti: Kreml gözləmədədir - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 629
29 noy 2021 | 17:43
Rusiyanın Cənubi Qafqazla bağlı çoxgedişli siyasəti: Kreml gözləmədədir - NƏ BAŞ VERİR?


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistandan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün vasitəçilik xahişi alıb və belə yardım göstərməyə hazırdır.

“Mən təsdiq edə bilərəm ki, Ermənistan İrəvan və Ankara arasında vasitəçiliyə yardım üçün müraciət edib. Bildiyiniz kimi, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və səy göstərir, ölkəmiz bunu hər şəkildə davam etdirməyə hazırdır”, - deyə Zaxarova keçirdiyi brifinqdə bildirib.

Qurumun nümayəndəsi qeyd edib ki, dialoqun başlanması regionda ümumi vəziyyətin yaxşılaşmasına və “mehriban qonşuluq və etimad mühitinin formalaşmasına” töhfə verəcək.

Son cümlə ilə mübahisə etmək çətindir: həqiqətən də, dialoqa başlamaq bütün bunlara töhfə verəcək. Yeganə sual budur ki, Moskva bütün bunlarda doğrudan da maraqlıdırmı?

Təkcə Zaxarova deyil, Peskov, Lavrov və Putinin özü də dəfələrlə ictimaiyyətə bildiriblər ki, Rusiya Federasiyası Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını çox istəyir. Bəs belə bəyanatların səmimiliyinə inanmaq olarmı?

İrəvanın məhz Ermənistanın Türkiyə ilə bütün sərhədində sərhəd qoşunları olan və Ermənistanı məhz Türkiyədən gələn potensial “təhlükədən” qorumaq üçün Gümrüdə baza saxlayan Moskvadan vasitəçilik istəməsi də az təəccüblü deyil. Belə bir müraciət istər Ermənistan rəhbərliyinin özünün, istərsə də onun Moskvada oturan kuratorlarının Türkiyə ilə münasibətlərin ciddi şəkildə normallaşmasına hazır olmamasından xəbər verə bilər. Yoxsa ki, situasiyaya uyğun gələn başqa fərziyyələr, variantlar var?

Tanınmış xarici ekspertlər bu vəziyyətlə bağlı fikirlərini AYNA ilə bölüşüblər:

Yeqor Kuroptev, politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru (Tbilisi):

Kreml Azərbaycanla münaqişə ilə bağlı da deyir ki, onun həllinə kömək etmək istəyir, amma əslində onların yeganə gündəmləri bu münaqişəni yavaş odda saxlamaq və hər iki tərəflə öz imkanları daxilində manipulyasiya etməkdir. Aydındır ki, Moskvanın Ermənistanla Türkiyə arasında hər hansı normallaşmaya ehtiyacı yoxdur. Ümumiyyətlə, Kreml üçün arzu olunandır ki, Kremlin maraqlarının olduğu ölkələrin yaxınlığında Türkiyə mümkün qədər az olsun.

İrəvan Ankara ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, bu, ya birbaşa, ya da doğrudan da Ankara üçün, İrəvan üçün və Bakı üçün tərəfdaş olan və bütün yolların və kommunikasiyaların açılmasında həqiqətən maraqlı olan Gürcüstanın vasitəçiliyi ilə edilə bilər.

Bu məsələdə Kremldən istifadə etmək həm də Ermənistanın suverenliyinə və dövlətin xarici siyasətinin tabutuna son mismar vurmaq deməkdir. Yəqin ki, bu müraciətin özü də Moskvanın təcili tələbidir ki, hətta bu münasibətlərdə də Kreml öz gündəmini yeritmək istəyir, necə ki, indi İrəvanla Bakının münasibətlərində belədir.

Engin Özer, türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti:

- Məncə, əlbəttə ki, Moskva Türkiyə ilə Ermənistanın öz aralarında diplomatik əlaqələr qurmasında maraqlı deyil. Beləliklə, Ermənistan faktiki blokadadan çıxacaq. Moskvanın bunu etmək üçün heç bir həvəsi yoxdur. Görünüş naminə İrəvan vasitəçilik üçün Moskvaya üz tutur, sanki onsuz bu məsələni həll edə bilməz. Əslində İrəvan bu məsələni artıq həll edib, artıq Qərb istiqamətində hərəkət edir.

Gümrüdəki baza nəinki Ermənistanı Türkiyənin ehtimal edilən “təcavüzündən” qorumaq rolunu oynayır, o, 44 günlük müharibədən əvvəl mövcud olan status-kvonun saxlanmasına xidmət edirdi. Bu, Moskva üçün çox faydalı idi, çünki Ermənistan onun satelliti olaraq qalırdı. Amma bu vəziyyət indi dəyişir.

Rusiya artıq Ermənistanın Qərbə doğru tutduğu kursun qarşısını ala bilməz. Bundan başqa, düşünürəm ki, Türkiyədə hakimiyyət dəyişikliyi olacaq. Ərdoğan gedəcək və onun yerinə yeni, qərbyönlü hökumət gələcək. Bu, Ermənistan üçün daha yaxşı olacaq, iqtisadiyyatı Qərb istiqamətinə inteqrasiya etmək daha asan olacaq. Çünki Zəngəzur dəhlizi açılsa, o zaman Türkiyə Ermənistana qarşı embarqonu aradan qaldıracaq və o, bütün mallarını Aİ-yə çatdıra biləcək.

Rusiyanın Cənubi Qafqazda böyük problemi var və bura Azərbaycan yox, Gürcüstandır. Rusiya Federasiyası Gürcüstanla diplomatik münasibətləri bərpa etmək, Tiflisin Qafqazdakı mövcud reallıqları – qismən tanınan Abxaziya və Cənubi Osetiyanı qəbul etməsi üçün hansısa yolla ona təzyiq göstərməyə çalışır. Eyni zamanda, Rusiya öz ərazisindən keçən nəqliyyat dəhlizinin tikintisi üçün tamamilə Gürcüstandan asılıdır. Ona görə də Moskvanın Qafqazdakı proseslərlə bağlı müəyyən planları var.

Rusiya guya ki, Zəngəzur dəhlizinin açılmasını dəstəkləyərək, bu məsələdə Gürcüstanı sınağa çəkir, deyir ki, Abxaziyadan keçən yolla bizə Türkiyə və Ermənistana dəmir yolu dəhlizi açmasanız, o zaman Zəngəzur dəhlizindən istifadə edəcəyik. O zaman isə artıq 1,5-2 ildən sonra bütün Rusiya malları və yükləri Azərbaycan ərazisindən Türkiyə və Ermənistana gedəcək. Amma Gürcüstanda indi ultra-vətənpərvərlik əhval-ruhiyyəsi var və heç kim Rusiya ilə münasibətləri düzəltməyə hazır deyil. Ona görə də Moskva sadəcə indi gözləyir, Zəngəzur dəhlizinin açılması ilə zamanla oynayır. Ümumiyyətlə, Moskva Azərbaycan dəhlizlərindən Gürcüstana təzyiq aləti kimi istifadə edir. Bu, indi yaşadığımız reallıqdır.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ