“Rusiya MN-in son xəritə oyunbazlıqlarının hədəfi Tərtər - Gəncə dəhlizidir...” - FAKT BUDUR!
Siyaset
Oxunub: 570
12 yan 2022 | 18:50
“Rusiya MN-in son xəritə oyunbazlıqlarının hədəfi Tərtər - Gəncə dəhlizidir...” - FAKT BUDUR!


“Rusiyanın dırnaqarası “sülhməramlı”larının Azəbaycan torpaqlarındakı real fəaliyyətlərində və məsuliyyət xəritələri üzərindəki suverenliyimizi təhdid edən əməllərinin mənzərəsini mən də izləyirəm. Və görürəm ki, bu məsələyə Moderator.az saytı xüsusilə həssas yanaşır. Amma çox təəssüf ki, belə ciddi məsələ Azərbaycan media məkanında geniş müzakirə olunmur. Rusiya hərbçilərinin Qarabağda və Laçın dəhlizindəki məsulliyyət zonalarının xəritəsindəki guya "yanlışlıq" və “texniki xəta” ları və Azərbaycanın həmin zonadan kənar yaşayış məntəqələri və yüksəkliklərini əsassız olaraq öz xəritələrinə yerləşdirməsi birinci hal deyil. 2020-ci ilin noyabrından bəri belə “xəta”lar gündəlik davam edir”. DİA.AZ xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlmasında saytımızın son günlər də Müdafiə Nazirliyinin mətbuat katibliyi ilə əlaqəli şəkildə ictimailəşdirdiyi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi konrtingentinin öz məsuliyyət zonaları xəritələrinə 44 günlük müzəffər savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndini də, özü də "Madagiz" adıyla daxil edilməsinə münasibət bildirən politoloq Ərəstun Oruclu söyləyib.

“Tərtər rayonu, xüsusən Tərtər şəhərinə yaxın ərazidə yerləşən Suqovuşan, həmçinin eyni adlı rayonun Aprel döyüşləri və 44 günlük savaş zamanı da azad edilməmiş Seysulan istiqamətindəki məsələ daha ciddidir. Və hesab edirəm ki, məsələnin ciddiliyinin başlıca səbəbi Tərtərin geo-siyasi məkandakı vacib strateji mövqeyi ilə bağlıdır. İstər 2016-cı ildə Azərbaycan ordusunun sözügedən əraziləri, o cümlədən Seysulan kəndini işğaldan azad etməsinə müxtəlif təxribat və xəyanətlər yoluyla əngəllər yaradılması, istər 2020-ci ilin 44 günlük savaşında oxşar təxribatların təkrarlanması və nəhayət, Rusiyanın bugünkü davranışı, onun “sülhməramlı” ordusuna aid xəritədə qeyd edilən hoqqabazlıqlar(Özü də bu, əslində birbaşa Rusiya Müdafiə Nazirliyinə aid edilməli davranışdır. Çünki bəhs edilən xəritələrin dərc olunduğu sayt həmin quruma məxsusdur) çox pis və təhlükəli mətləblərdən xəbər verir. Və bu, Azərbaycan dövlətini və xalqını açıq-aşkar təhdid etməkdir. Putin rejimi tərəfindən təhdidin də səbəbi, zənnimcə, Kremlin Azərbaycandan ölkə ərazisindən keçən müxtəlif dəhlizlərə, kommunikasiyalara, yollara nəzarət tələb etməsidir. Baxmayaraq ki, Rusiya istər 44 günlük müharibəyədək, istərsə də ondan sonra bu tələbləri hiss etdirmirdi. Ancaq məhz 10 noyabr üçtərəfli bəyanat-razılaşmasından sonra bu məsələlər asta-asta gündəmə gəldi. Və məlum oldu ki, Moskvanın Azərbaycandan ciddi umacaqları var. Bunların da ən birincisi, ən başlıcası Azərbaycan ərazisindən keçən geo-siyasi əhəmiyyətli dəhlizlərə və nəqliyyat-kommunikasiya qovşaqlarına nəzarətin Rusiyaya verilməsidir” -deyə siyasi şərhçi açıqlamasının ardında söyləyib.

Ərəstun Oruclu konkret olaraq Suqovuşanın "Madagiz" adıyla Rusiya MN-in "sülhməramlı"ların məsuliyyət zonası xəritələrinə yerləşdirməsinə münasibət bildirib.

“Konkret olaraq Suqovuşan məsələsinə gəlincə, şübhə etmirəm ki, Rusiyanın bu məsələdə Azərbaycana verdiyi başlıca mesaj rəsmi Bakını güzəştə getmədiyi halda hələ də qorumaqda, silahlandırmaqda davam etdiyi erməni separatçıları vasitəsilə ölkənin hansısa bölgələrinin işğalıyla təhdid etməkdir. Düşünürəm ki, söhbət məhz bundan gedir. Amma çox təəssüf ki, Azərbaycanın çox strateji əhəmiyyətli bir ərazisi istər 1-ci Qarabağ savaşı, istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 44 günlük II Qarabağ müharibəsindən sonra da və indi də təhdid altında qalmaqda davam edir. Şübhəsiz ki, bu, Tərtər şəhəri və ətraf ərazilərdir. Məhz Tərtərin işğalı və ona qonşu Goranboy rayonunun bir hissəsinin nəzarətə götürülməsi Rusiyaya öz “sülhməramlı” adlanan hərbi qüvvələrini daha da içəri ərazilərimizə sürüşdürərək mühüm geo-siyasi əhəmiyyətli Gəncə dəhlizini nəzarətə götürmək imkanı yarada bilər. Və çox güman ki, Rusiya MN bütün bu xəritə oyunbazlıqlarıyla ona eyham edir ki, Azərbaycan ona həmin dəhlizə nəzarəti dinc yolla götürmək imkanı versin və bununla da Kreml başqa təhdidlərdən əl çəksin. Amma buna yol vermək qeyri-mümkündür, çünki bu, Azərbaycanın faktiki olaraq ikiyə bölünməsi deməkdir. Və fikrimcə, Azərbaycan bu təhdidin reallığını nəzərə alaraq məhz Tərtər istiqamətində və oraya yaxın ərazilərdə istər müdafiə istehkamlarını, istərsə də hərbi hissələri, özəlliklə də xüsusi təyinatlı hərbi hissələri gücləndirməlidir. Eləcə də ümumiyyətlə, bölgəni bütün mümkün müdafiə və hətta hücum vasitələri ilə təzhiz etməlidir. Biz zərbəni iki istiqamətdə gözləməliyik və bunun hər ikisi məhz geo-siyasətlə, konkret olaraq Gəncə dəhlizi ilə bağlıdır. Və bunun biri Tərtərdir, ikincisi isə nə qədər təəccüblü olsa da, yenə də Tovuzdur".

"Rusiyanın xüsusən Qazaxıstandakı faciəvi olaylardan sonra Azərbaycanı yenidən hədəfə alması bizim üçün çox ciddi, çox ciddi bir siqnal olmalıdır. Və biz bunu nəzərə alaraq dediyim kimi, ən əhəmiyyətli, ən həssas nöqtələrdə hərbi hissələrimizi və onların təchizatını gücləndirməliyik. Bundan başqa, Azərbaycan müntəzəm olaraq Rusiya kontingentinin, Rusiya MN-in yol verdiyi pozuntularının cəmini toplayaraq Rusiya hökumətinə, onun Xarici İşlər və Müdafiə nazirliklərinə ünvanlanmış çox açıq və konkret bəyanat və notalar verməlidir. Və bütün bu bəyanat və notalar toplanmalıdır ki, sonra biz Rusiyanın “sülhməramlı” kontingentinin ya indidən ölkədən çıxarılması, yaxud da gələcəkdə onların ərazimizdə qalma müddətinin uzadılmaması üçün ciddi əsas gətirə bilək. Və bu gün Ermənistanın KTMT-də sədr olduğu və Qazaxıstan prosesində fəal iştirak etdiyi bir dövrdə Paşinyanın bilərəkdən guya Qarabağda Azərbaycan tərəfdən də terrorçuların olmasını car çəkdiyi bir vaxtda biz bu məsələlərə son dərəcə ciddi və həssas yanaşmalıyıq. Bütün bu məsələlərin, bütün bu oyunbazlıqların qarşısı çox qəti və sərt şəkildə alınmalıdır”- deyə politoloq vurğulayıb.
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO