Paşinyanın KTMT FƏALLIĞI QƏRBİ DÜŞÜNDÜRƏCƏKMİ?.. - GƏLİŞMƏ
Siyaset
Oxunub: 281
12 yan 2022 | 16:27
Paşinyanın KTMT FƏALLIĞI QƏRBİ DÜŞÜNDÜRƏCƏKMİ?.. - GƏLİŞMƏ


Məlum olduğu kimi, Ermənistanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana kömək etməsi ətrafında müzakirələr səngimir. DİA.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, Ermənistanın bu prosesdə iştirakı və xüsusən də oraya əsgər göndərməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Buna görə Paşinyan həm kəskin tənqid edilir, həm də lağa qoyulur. Bunu əsasən onunla əlaqələndirirlər ki, ötən il KTMT sərhədlərdəki münaqişələrlə bağlı Ermənistanın müraciətinə məhəl qoymadı.

Bu arada ölkədə yaranan digər narahatlıq isə Qərblə bağlıdır. Qeyd edilir ki, Ermənistanın məlum addımından sonra Qərbdən ölkəyə maliyyə yardımlarının olacağına ümid etməyə dəyməz. Yəni Ermənistanın sözügedən oyunlarda iştirakına görə Qərbdən bu ölkəyə edilən yardımlar kəsilə bilər: “Bütün dünya bunu görür. O cümlədən ABŞ da, Fransa da. Biz onların hörmətini itirmişik. Qərbdəki siyasətçilər seçicilərin rəyindən çox asılıdır və bu ölkələrin vətəndaşları Ermənistanın geriyə nəhəng sıçrayış etdiyini indi izləyirlər. Qazaxıstanda baş verənlərdən Rusiya və Belarusun faydaları göz qabağındadır. Amma Ermənistana heç bir faydası yoxdur. Biz iqtisadi cəhətdən qazanmayacağıq. Gözlənilən yardımlar olmayacaq”.

Görünən odur ki, Qazaxıstan məsələsində Ermənistanın fəallığı Qərbin yardımları kəsəcəyi reallığını artırıb. Doğrudur, Avropa Birliyindən 2.6 milyard avro Ermənistana yardım nəzərdə tutulub. Lakin Paşinyan hakimiyyətinin nankorluğu göz qabağındadır və Rusiyanın Qazaxıstana girmək prosesində canfəşanlığı onun Qərbin gözündən düşməsinə gətirib çıxarıb. Belə riyakar, qətiyyətsiz siyasət yürütməklə Paşinyan Avropadakı dostlarına sadiq olmadığını nümayiş etdirir. Çünki Qərbin düşmən gözündə gördüyü Rusiyanın bu həmləsinə dəstək vermək, KTMT-nin tərkibində Qazaxıstana hərbçi göndərmək Moskvanın nökərçiliyini qəbul etməkdir. Üstəlik, 44 gün ərzində ordusu darmadağın edilən bir ölkə hansı üzlə Almatıya “sülhməramlı” göndərir, bu da gülünc məsələdir.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a dedi ki, Paşinyan KTMT-dəki fəaliyyəti ilə Rusiyaya yarınır. Onun sözlərinə görə, Ermənistan siyasi iqtidarı Qərb-Rusiya arasında oynamağa çalışır: “Amma Paşinyan yaxşı dərk edir ki, Parisdən, Brüsseldən yapışmaqla deyil, yaxında Moskva var və onun təsir gücü daha çoxdur. Ona görə ikiüzlü siyasət aparır. Amma onun Qazaxıstanla bağlı son militarist hərəkəti göstərdi ki, heç də özü haqda uydurulmuş demokrat obrazını əyninə biçə bilməz. Hər halda, Qərbdə də İrəvanın bu addımlarından müəyyən nəticələr çıxarılacaq”.

ALDP sədrinin fikrincə, Avropa gördü ki, Paşinyanın “çörəyi dizinin üstündədir” və ona axıra qədər etibar etmək olmaz: “Əvvəla, Paşinyan Avropa Birliyinin gözü qarşısında Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinə dəstək verdi, ikincisi, erməni cəmiyyətində tənqidlərlə üzləşdi, ən əsası Qərbdən gələn maliyyə yardımlarından müəyyən qədər məhrum edilə bilər. Əgər Ermənistan KTMT-dəki aktivliyindən sonra Rusiyaya daha da yaxınlaşmaq xətti tutarsa, Qərb Paşinyana gözlənilən dəstəyi daha verməyəcək. Ancaq Ermənistanın ağalarını belə tez-tez dəyişməsi onun haqqında təzədən düşünməyə əsas verəcək”.

Partiya sədrinin sözlərinə görə, Ermənistanın Qazaxıstana hərbçi göndərməsi ABŞ-dan da dəstəyin azalmasına səbəb ola bilər: “Dövlət katibi Blinken Qazaxıstan hadisələrini Rusiyanın SSRİ-ni bərpa etmək niyyəti kimi qiymətləndirir. Amerikalılar belə düşünürsə və Paşinyan da bu prosesə qoşulursa, deməli, Vaşinqtonda İrəvana münasibət qismən dəyişə bilər. Hər halda, kapitulyasiya etmiş Paşinyanın bu qərarı rüsvayçılıq və fiasko idi”.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanın son addımları onun demokrat maskasını yırtıb atdı: “Onun demokratik dəyərlərə sadiq olmadığını, şəxsi və siyasi, millətçilik niyyətlərinin həyata keçirmək üçün bir vasitə olduğunu ortaya qoydu. Hətta Qazaxıstana hərbçi göndərmək qərarı verdikdən sonra Qərbin müxtəlif nəşrlərində istehzalı fikirlər səslənməyə başladı, məşhur şahmatçı Kasparov isə öz saytında Paşinyanı yerdən yerə vurub, onun demokrat olmadığını, Rusiyanın oyunlarında biabırçı iştirakını tənqid atəşinə tutub”.

Q.Hüseynlinin fikrincə, Paşinyan həyasızlığından qalmayıb, KTMT-nin iclasında Qazaxıstanla müqayisə aparıb, guya 44 günlük müharibədə də Azərbaycan tərəfindən muzdlu terrorçular döyüşüb: “Bu böhtan heç bir əndazəyə sığmır və Ermənistan rəhbərliyi yenə kin qusmağa davam edir. Əksinə, erməni tərəfindən muzdlu döyüşçülərin müharibəyə qatılması sübut olunub. Bir sözlə, Ermənistanın Qazaxıstan hadisələrinə qarışması onun Qərbin gözündən düşməsinə səbəb ola bilər”.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)