“Qarabağdakı ermənilər istəsələr, Krım kimi, onlar da Rusiyaya birləşə bilərlər” - Daha bir rus gədası SƏRSƏMLƏDİ
Siyaset
Oxunub: 281
17 may 2022 | 21:43
“Qarabağdakı ermənilər istəsələr, Krım kimi, onlar da Rusiyaya birləşə bilərlər” - Daha bir rus gədası SƏRSƏMLƏDİ


Rusiya siyasi dairələri, xüsusən son zamanlar Kremlə bağlı ekspertlər açıq şəkildə Qarabağla bağlı təhlükəli açıqlamalar verirlər. Bir qədər əvvəl “rus icması” oyununa başlayan Moskva, ardından Sstanislav Tarasovun dili ilə Bakını hədələməkdən çəkinməmişdi.

Tarasov deyirdi ki, əgər Azərbaycan Qarabağı tam olaraq öz ərazisinə qatarsa, Rusiyanı qarşısında görəcək. Bundan başqa, o, həmçinin Moskvanın buna imkan verməyəcəyini də bildirmişdi.

Dünən isə Tarasova daha bir rus eksperti qoşulub. Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin NEWS.am saytına verdiyi müsahibəsində deyib ki, Qarabağla Krımdakı vəziyyət arasında müəyyən oxşarlıq var. O bildirib ki, Rusiya üçün Krımla bağlı vəziyyətdə Krım əhalisinin mövqeyi çox vacib idi. “Krım əhalisinin 80%-ni ruslar təşkil edirdi. Onlar Rusiyaya qoşulmaq istəyirdilər, Rusiya buna getdi. Bu zaman Rusiya tərəfi də diqqətini Qarabağda yaşayan insanların əhval-ruhiyyəsinə yönəldir. Niyə o deyir ki, gələcəkdə problemləri həll etmək lazımdır? Təbii ki, bu rəyin təsdiqlənməsi üçün Qarabağda referendum keçirilməlidir”.

Onun sözlərinə görə, Qarabağın status ilə bağlı bir neçə variantı var. Lepexin qeyd edir ki, birinci variant Azərbaycanın tərkibində qalmaqdır. “İkincisi “müstəqil respublika” kimi qalmaqdır. Üçüncüsü Ermənistanın tərkibində, dördüncüsü isə Rusiya Federasiyasının tərkibində olmaqdır”.

Bununla bağlı ekspert qeyd edib ki, Qarabağda yaşayan ermənilər birinci bənd barədə nə danışmayacaq, nə də düşünməyəcəklər. “Onlar qalan üç bəndi nəzərdən keçirəcəklər. Eyni zamanda, Ermənistan rəhbərliyi Qarabağı rədd etdiyi üçün orada yaşayan ermənilər Ermənistanın bir hissəsi olmaq barədə düşünmürlər. Ermənistanın hazırkı rəhbərliyinin Qarabağla bağlı danışıqları intensivləşdirməyə çalışdığı və Avropadan statusu tez müəyyən etməyi tələb etdiyi bir şəraitdə, əslində, söhbət yalnız bir şeydən gedir: birinci statusdan, mövcud vəziyyəti düzəltməkdən, yəni Qqarabağın Azərbaycanın bir hissəsi kimi qalmasından. Onlar hesab edirlər ki, bununla da problem həll olacaq”.

Lepexin hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyinin mövqeyi tamamilə əks-məhsuldardır. “Oonlar birinci variantı real şəkildə həyata keçirməyi, yəni Qarabağdan xilas olmağı, onu Azərbaycanın tərkibində buraxmağı təklif edir və bununla problemi həll edəcəyinə inanır. Bu, problemi o mənada həll edəcək ki, indiki elitanın başağrısı olmayacaq. Çünki onlar şəxsi korporativ işləri ilə məşğuldurlar və məşhur Qarabağ klanına, xüsusən də klanın rəhbəri Köçəryan və digər liderlərinə nifrət bəsləyirlər”.

Rusiyalı ekspert ermənilərə ağıl verməkdən, yol göstərməkdən də çəkinməyib. O deyib ki, Ermənistan Rusiyanın mövqeyini dinləməlidir. “Çünki Ermənistan özünü gücləndirməlidir. Ermənistana güclənmək və gələcəyə daha inamla baxmaq üçün vaxt lazımdır və heç bir halda o, tələsməməlidir, yəni müharibənin nəticələrini Azərbaycanın xeyrinə möhkəmləndirməlidir. Biz bu nəticələrin qeyri-müəyyənliyini hər cür uzatmalı və Rusiya Federasiyasına arxalanmalıyıq və eyni zamanda özümüzü iqtisadi, hərbi cəhətdən gücləndirməliyik ki, Azərbaycanın yenidən hansısa ekspansionist siyasətə keçdiyi bir şəraitdə Ermənistan Rusiyanın köməyi buna müqavimət göstərə bilsin. Bu, çox ciddi vəzifədir, elitadan ciddi hazırlıq tələb edir və Avropa siyasətçiləri ilə rahat şəraitdə pivə içmək üçün Brüsselə səfərlər deyil. Birbaşa sərhəddə işləmək, silahlı qüvvələr yaratmaq, iqtisadiyyatla məşğul olmaq lazımdır. Görünür, rahat həyata öyrəşmiş Ermənistan hökumətindəki bəzi insanlar bu günü istəmirlər”.

Vladimir Lepexin onu da vurğulayıb ki, təbii ki, Azərbaycan Rusiyanın Qarabağdakı hərbi mövcudluğundan xilas olmaq istəyir. “Çünki bu, Azərbaycanın Cənubi Qafqazın xəritəsini öz xeyrinə tamamilə yenidən cızması üçün yeganə maneədir. Ancaq türklər bunda daha çox maraqlıdırlar. Və prinsipcə, hər gün Türkiyə tərəfinin bir növ aktivləşməsini gözləmək olar. Hətta təəccüblüdür ki, türklər öz maraqlarını təbliğ etmək baxımından niyə o qədər də aktiv deyillər. Amma görünür, ümid edirlər ki, bəzi erməni liderlərinin əli ilə problemlərini həll etmək mümkün olacaq. Və onlar fəal şəkildə Ermənistanın maraqlarını təslim etməyə və bu regionda Rusiyanın rolunu azaltmağa sövq edirlər”. //jamaz.info//
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO