Azərbaycanın bu qurumda olmağa nə ehtiyacı var, nə də həvəsi... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 277
19 may 2022 | 16:46
Azərbaycanın bu qurumda olmağa nə ehtiyacı var, nə də həvəsi... - GƏLİŞMƏ


Mayın 16-da Moskva Kremlində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin görüşü keçirilib. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Comart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iştirak ediblər.

Qeyd edək ki, iclas Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyinə və KTMT-nin yaradılmasının 20 illiyinə həsr olunub. Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə imzalanıb. 2002-ci il mayın 14-də Kollektiv Təhlükəsizlik Şurası Moskvada keçirilən sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi iştirakçısı olan dövlətlər arasında əməkdaşlıq mexanizm və strukturlarının beynəlxalq regional təşkilata - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına çevrilməsi, ona müvafiq statusun verilməsi barədə qərar qəbul edib. 2003-cü il sentyabrın 18-də isə KTMT Nizamnaməsi qüvvəyə minib.

Ukraynada müharibə və NATO-nun daha iki ölkə hesabına genişlənməsi fonunda Rusiyanın patronajlıq etdiyi qurumun toplanması Moskva üçün təbii ki, mühümdür. Əvvəla, bu da hərbi qurumdur və Rusiyaya artan təhdidlər fonunda az da olsa, güc nümayişidir. Üstəlik, Rusiya təbii ki, yaxın perspektivdə KTMT-ni digər dövlətlər hesabına gücləndirməyə çalışacaq. Təsadüfi deyil ki, görüş ərəfəsində bu barədə artıq açıqlama da verilib. Belarusun müdafiə naziri Viktor Xreninin sözlərinə görə, KTMT bir neçə ildən sonra öz sıralarında daha çox müttəfiqi birləşdirəcək.

Rusiya prezidenti Vladimir Putin isə toplantıda Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT yanında müşahidəçi status verilməsini istəyib. “Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki təbii tərəfdaşlarımızla əməkdaşlıq gücləndirilməlidir. Bizim fikrimizcə, MDB-yə KTMT ilə müşahidəçi statusunun verilməsi məqsədəuyğun və düzgün olardı - biz bunu müzakirə etməliyik”, - deyə Rusiya lideri qeyd edib.

Vladimir Putinin sözügedən bəyanatı çox maraqlıdır. Çünki bu, KTMT üzvü olmayan dövlətlərin - bunların içində Azərbaycan da var - dolayısıyla KTMT-də müşahidəçi statusa malik olması anlamına gəlir. Bəs KTMT-yə daha hansı dövlətləri üzv cəlb etmək olar? Azərbaycan bu sırada özünü görürmü? Yada salaq ki, fevral ayında Moskvaya rəsmi səfərində Prezident İlham Əliyev KTMT haqda fikirlərini açıqlayıb. “Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Fikrimcə, heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur”, - deyə dövlət başçısı bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan istisna olmaqla, Azərbaycanın KTMT-nin digər üzvləri ilə dostluq münasibətləri var.

Ortaya suallar çıxır: Azərbaycan dünyada, xüsusilə regionda artan təhdidlər fonunda hərbi bloklarla bağlı mövqeyini necə balanslaşdıracaq? NATO Azərbaycanı tərəfinə çəkmək kimi istəkdə ola bilərmi? Rusiya Ermənistanla sülh müqaviləsini imzaladıb, Azərbaycana belə bir təklif edərsə, Bakı buna necə baxar? Dia.az-ın məlumatına görə, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, dünyada baş verən dərin hərbi-siyasi proseslər nəticə etibarilə yeni dünya nizamının yeni formasını təyin edəcək: “Şübhəsiz ki, onun necə olacağı həm də hazırda davam edən Rusiya - Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Əslində bizim də daxil olduğumuz postsovet məkanı ölkələrinin və hətta postsosialist məkanının siyasi gələcəyi və perspektivləri də müəyyən mənada bu nəticənin yaratdığı yeni reallıqlarla bağlı olacaq. Ancaq şübhəsiz ki, bu proseslərdən hansı ölkənin nə dərəcədə təsirə məruz qalacağı, bunun mənfimi, yoxsa müsbətmi təsirinin olacağı hər bir ölkənin müstəqil olaraq aldığı qərarlardan və davranışlardan asılıdır. Ona görə də bütün bu perespektivlərin mayın 16-da Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin görüşü və bu görüşdə verilən mesajlar kontekstində şərh edilməsi doğurdan da aktualdır. Ancaq məsələ ondadır ki, görüş bir növ predmetsiz idi. Yəni əvvəlcədən tərtib edilmiş xüsusi gündəlik və onun ətrafında yenə də əvvəlcədən diplomatik kanallar vasitəsilə razılaşdırılmış konkret sənəd yox idi. Elə görüşə ev sahibliyi edən və KTMT-nin yaranmasının təşəbbüskarı və əslində onun mövcudiyyətini qoruyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də təşkilatın gələcəyi ilə bağlı ümumi fikirlər səsləndirdi. Bu fikirlər həm də KTMT-nin mümkün inkişaf perspektivləri ilə bağlı olsa da, o qədər də konkret deyildi”. H.Babaoğlu qeyd etdi ki, Putun toplantıda Müstəqil Dövlətlər Birliyinə KTMT yanında müşahidəçi status verilməsi, "Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki təbii tərəfdaşlarla əməkdaşlığın gücləndirilməlidir ilə bağlı fikirlər bildirib: “Göründüyü kimi, bunlar bir hərbi-siyasi ittifaqın gələcəyini təyin edəcək qərarlıqdan və konkretlikdən xeyli dərəcədə uzaq fikirlərdir və şübhəsiz ki, əsassız deyil. Çünki KTMT-yə üzv olan ölkələrin demək olar ki, hamısı öz milli təhlükəsizliklərini təmin etmək üçün alternativ ittifaq axtarışındadırlar və hətta bunun üçün müxtəlif qərar və öhdəliklər də qəbul ediblər. Putinin söylədiyi təbii müttəfiqlik kateqoriyası isə daha çox Belarus, Tacikistan və Ermənistana aid edilən fikirlər kimi qəbul edilə bilər. Ermənistan elə həmin görüşdə açıq şəkildə bu təşkilatdan narazılığını ifadə etdi. Tacikistan isə yerləşdiyi coğrafiya və onun yaratdığı mürəkkəb şərtlərlə doğrudan da Rusiya ilə təbii müttəfiqliyə meyllidir. Ancaq bunun KTMT çərçivəsində mümkün olub-olmayacağından əmin deyil. Çünki digər KTMT üzvü olan Qırğızıstanla münasibətlər bəzən müharibə həddinə qədər gərginləşir. Belə olan halda KTMT-nin kimin yanında olacağı məsələsi ciddi suala çevrilir. Belarus isə KTMT çərçivəsində müttəfiqliyi yetərli hesab etmədiyi üçün Rusiya ilə ittifaq dövləti yaradır. Göründüyü kimi, KTMT dövlətləri arasında vahid mövqe, yaxud ortaq təhlükəsizlik konsepsiyası tam deyil və mümkün də görünmür. Ona görə də Rusiya-Belarus ittifaq dövləti məhz ikitərəfli münasibətlər kontekstində tənzimlənir”.

Azərbaycana gəldikdə isə deputatın fikrincə, aydındır ki, nə olursa-olsun Azərbaycan bu və ya digər dərəcədə postsovet məkanında baş verən proseslərdə mütləq iştirakçı olmalıdır: “Çünki yerləşdiyimiz geostrateji rayon və tarixi-siyasi keçmişimiz bunu zəruri edir. Ancaq əsas məsələ bu iştirakçılığın forması və səviyyəsidir. Düşünürəm ki, rəsmi Bakı bu vaxta qədər məlum proseslərdə iştirakla bağlı ən praqmatik və doğru qərarları qəbul edə bilib. Elə hazırda da bütün təhlükəsizlik məsələləri ilə bağlı ən müxtəlif çağırışları Rusiya başda olmaqla, digər KTMT ölkələri ilə - Ermənistan istisnadır - ikitərəfli qaydada uzlaşdıra bilir. Doğrudur, bu, xüsusi siyasi diplomatik məharət və əlavə enerji tələb edir. Ancaq ölkəmiz milli maraqlarımızın diktə etdiyi bu tələblərin öhdəsindən gəlməyi layiqincə bacarır. Azərbaycanın yuxarıda izah etdiyimiz xarici siyasət strategiyasının memarı Prezident İlham Əliyev məsələ ilə bağlı verdiyi açıqlamada da çox praqmatikdir. İlham Əliyev Moskvaya rəsmi səfəri zamanı KTMT haqqında rəyini açıq bildirmişdi. Göründüyü kimi, belə şərtlər olduğu halda, təhlükəsizlik və müttəfiqlik əlaqələri ikitərəfli qaydada daha səmərəli və etibarlı olur ki, Azərbaycan da elə bunu edir. Yəni konkret halda Rusiya ilə 22 fevral 2022-ci ildə imzaladığı müttəfiqlik haqda sənədlə bir daha bunu rəsmiləşdirmiş olur.

Politoloq Tural İsmayılov isə qeyd etdi ki, KTMT hazırda effekti olmayan təşkilatdır: “Bugünkü beynəlxalq münasibətlər sistemində təşkilatın heç bir ciddi çəkisi və siyasi nüfuzu yoxdur. KTMT NATO-ya alternativ kimi yaradılsa da, reallıqda həm hərbi bilik və bacarıqlar, həm müdafiə sənayesi, həm təşkilata üzv dövlətlərin səmimiyyəti baxımından əsla NATO-ya bərabər ola bilməz. Baş verən hadisələr də sübut edir ki, bu təşkilatın dünyada heç bir real təsir imkanları yoxdur. Hazırda digər MDB üzvlərini təşkilata cəlb etmək üçün Rusiya əlindən gələni edir. Rusiya ən yaxın perspektivdə başqa ölkələri də bura cəlb etməyə çalışır”. T.İsmayılov oxucular üçün maraqlı bir məqama da toxundu: “Hətta nə qədər irrasional görünsə də, Rusiya Cənubi Amerika ölkələrinin bəzilərini də bura cəlb etməyə çalışacaq”. Ekspert hesab edir ki, Rusiya Azərbaycanı burada görmək istəyərdi: “Amma dövlətimiz bu sahədə balanslı xarici siyasət kursu həyətə keçirir və mən yaxın gələcəkdə KTMT-yə üzvlük məsələsini düşünmürəm. NATO hələ ki Azərbaycana üzvlük təklif etməyib. Amma gələcəkdə belə bir təklif olarsa, ölkəmizin bu təklifi qiymətləndirmək imkanları mövcuddur. Bütövlükdə Azərbaycan ən uğurlu modeli tətbiq edir, həm NATO, həm də KTMT ilə əlaqələrini eyni məsafədə saxlayır”.

Sonda xatırlatmaq yerinə düşər ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hazırda ikinci dönəm quruma sədrliyi həyata keçirir. Qarabağ uğrunda müharibədə Azərbaycanı dəstəkləyən bir qurumda uğurla təmsil olunan təşkilatdan uzaqlaşıb, perspektivi olmayan bir quruma üzv olmaq isə normal düşüncənin məhsulu ola bilməz, rəsmi Bakı da dəfələrlə buna eyham vurub. Bloklara qoşulmamaq xətti tutan ölkəmiz hətta ən ağır dönəmlərdə, Qarabağ işğalda olduğu zaman qarşısına qoyulan şərtlərə boyun əyməyib, indiki güclü halında isə KTMT onun nəyinə gərəkdir? Üstəlik, 2016-cı ilin aprel döyüşlərindən bu günədək cərəyan edən proseslər göstərdi ki, Azərbaycan bu qurumda təmsil olunmadığı halda, onun nüfuzu Ermənistanın nüfuzunu qat-qat üstələyir. Elə Nikol Paşinyanın 16 may iclasında qurumun üzvlərini tənqid etməsi də məhz bunun nəticəsi idi...
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"