Bakının “dəmir” 2025 hədəfi: Qazaxıstan nümunəsi təkrarlana bilər - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 264
25 in 2022 | 22:22
Bakının “dəmir” 2025 hədəfi: Qazaxıstan nümunəsi təkrarlana bilər - NƏ BAŞ VERİR?


ABŞ-ın ATƏT-in Minsk Qrupunu diriltməyə yönəlik cəhdlərini nə qədər qəribə görünsə də, rəsmi Moskva soyuq qarşıladı. Hətta bir az da qəzəb doğurdu. Rusiya XİN rəsmisi Mariya Zaxarova, üstəlik, Vaşinqtonu qeyri-səmimilikdə suçladı.

“Karen Donfridin açıqlamalarının səmimiliyinə şübhə etdim. Əgər Vaşinqton və Paris həqiqətən də Minsk Qrupunun unikal vasitəçilik formatını vacib hesab etsəydi, bütün iştirakçı dövlətlər tərəfindən təsdiq edilmiş mandatına etinasız yanaşmazdı”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa fevralın 24-də Minsk Qrupunun rusiyalı həmsədri ilə təmasları heç bir məsləhətləşmə aparmadan kəsiblər. “Belə məsuliyyətsiz hərəkətlərin təkrarlanmayacağına təminat yoxdur. Yeni reallıqlardan dərs almaq lazımdır. Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır və imkan verə bilməz ki, müəyyən xarici oyunçuların siyasiləşmiş addımları regionda sülhün və sabitliyin bərqərar edilməsi üçün onsuz da çətin olan səyləri pozsun. Üç ölkə liderinin bəyanatlarında qeyd olunan öhdəlikləri və tapşırıqları qeyd-şərtsiz yerinə yetirmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - Zaxarova əlavə edib.

*****

Əslində Minsk Qrupu ilə bağlı situasiyada Rusiya daha səmimi görünür, nəinki açıq ermənipərəst mövqe ortaya qoyan, riyakarlıq edən ABŞ. Ancaq elə çıxmasın ki, rəsmi Moskva Minsk Qrupunun ləğvinin tərəfdarıdır. Xeyr. Rusiya da bu uğursuz formatın tərəflərə, xüsusən qalib Azərbaycana ehtiyat təzyiq rıçaqı kimi qalmasında maraqlı görünür(dü). Bunu V.Putin aprel ayında Nikol Paşinyanla Moskvada keçirdiyi görüş zamanı bir daha açıq büruzə vermişdi. Onu da demişdi ki, “biz Minsk Qrupunun zəngin təcrübəsindən istifadə eləməliyik”.

Başqa yandan, Zaxarovanın yuxarıdakı sitatından da göründüyü kimi, Rusiya ABŞ və Fransanın Minsk Qrupu bəhanəsi ilə Güney Qafqazda, Qarabağda öz təsirini artırmasını istəmir, sülh prosesində öz vasitəçiliyini onlarla bölüşməyi qəti arzulamır. Bunun üçün onun əlində hüquqi əsas da var: 10 noyabr 2020-ci il üçtərəfli kapitulya aktı. Bu sənəddə xarici oyunçulardan yalnız Rusiyanın, Putinin imzası durur. Orada 4-cü bir dövlətin və ya “Minsk Qrupu”nun adı çəkilmir.

Əlbəttə, kapitulyasiya sənədi şimal qonşumuza Azərbaycanda hərbi cəhətcə, qanuni şəkildə yerləşmək üçün unikal fürsət yaradıb. Eyni zamanda Türkiyə amilini bölgədə legitimləşdirib - həm də ortaq Monitorinq Mərkəzinin yaradılması ilə. Bütün bunlar sözsüz ki, Qərbi, özəlliklə ABŞ-ı, Fransanı qıcıqlandırır. Qatar isə artıq gedib...

*****

O ayrı məsələ ki, Rusiya 10 noyabr sənədinin ona yaratdığı şansdan Azərbaycana qarşı sui-istifadə eləmək niyyətinə düşməməli, əcaib planlar cızmamalıdır. Çünki Rusiya hərbi kontingentinin Qarabağda qalma müddəti orada konkret göstərilib - 2025-ci ilin 10 noyabrı. Əgər həmin tarixə 6 ay qalmış (10 may 2025) Bakı müddəti uzatmağa razılıq verməsə, rus hərbçilər Qarabağdan çıxmalıdır.

Necə ki, bu ilin yanvarında məlum hadisələr zamanı Qazaxıstan prezidenti Q.Tokayevin xahişi ilə Rusiya hərbi kontingenti KTMT adı ilə Qazaxıstana yeridilsə də, az sonra yenə Tokayavin istəyi ilə 2 həftəyə geri göndərildi. Dünya da dağılıb-eləmədi. Rusiya və Qazaxıstan yenə mehriban qonşular kimi qaldı.

Odur ki, Rusiyadakı bəzi qaynar başlar indidən özlərini buna hazırlasınlar. Bunu Qazaxıstan rahatca edə bildisə, yanında NATO üzvü Türkiyənin durduğu Azərbaycan da analoji qərarı verə bilər. Ümid edək ki, Rusiyada 2024-cü ilin martında keçiriləcək növbəti prezident seçkisinin nəticəsi də bu prosesə yardımçı olacaq, nəinki əngəl.

*****

Ümumiyyətlə, Azərbaycan yaxşı ki, öz ərazisindən Rusiya bazaları və hərbi kontingentinin çıxarılması məsələsində pozitiv təcrübəyə malikdir. Sonuncu Rusiya hərbi bazası Qəbələ RLS idi ki, o da problemsiz-filansız 2012-ci ildə qapadıldı. Qarabağdakı Rusiya sülhməramlı kontingenti də təbii ki, orada əbədi qalası deyil. Bu, Azərbaycan Konstitusiyasına, Hərbi Doktrinamıza da ziddir. Ona görə ki, ərazimizdə xarici dövlətlərin hərbi bazaları yerləşə bilməz.

Lakin Qarabağ məsələsi bəzi özəl xüsusiyyətləri, o sırada iki xalqın barışığı kimi olduqca həssas məqamı özündə daşıdığı üçün rəsmi Bakı zamana hesablanmış müəyyən taktiki güzəştlərə gedib. Strategiya isə həminkidir: Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan “anklav” ərazi də yaxın illərdə Azərbaycana, Qarabağ iqtisadi bölgəsinə inteqrasiya olunmalı, Xankəndi daxil, orada da yalnız Azərbaycan qanunları işləməlidir. Yəni Bakının 2025-ci ilə “dəmir” hədəfi dəyişməz qalır.

Rusiyanın buna nə etirazı ola bilər ki? Bu xüsusda hər hansı etiraz və ya manipulyasiyalar ərazi bütövlüyümüzün şübhə altına alınması anlamına gələcək ki, bu da öz növbəsində Rusiyanın rəsmi mövqeyi ilə, 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsi ilə avtomatik ziddiyyət təşkil edəcək. Ancaq Rusiyadakı ermənipərəst “qaynar başlar” unutmasın ki, 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi də var...

*****

“Azərbaycan və Rusiya 2025-ci ildən hərbi kontingentin ərazimizdən çıxarılmasını hədəfləməlidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a eksklüziv müsahibəsində ReAl Partiyasının başqanı İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin çıxarılması ölkələrimiz arasında etimad səviyyəsinin artmasına səbəb olacaq, çünki Rusiya kontingentinin ərazimizdə 2025-dən sonrakı mövcudluğu cəmiyyətimiz tərəfindən Azərbaycan dövlətinin Rusiya təzyiqləri qarşısında zəifliyi kimi yozulacaq.

“Belə yozumlar olarsa, bu, uzunmüddətli perspektivdə Azərbaycan-Rusiya münasibətlərinin uğurlu və dinamik inkişafına xidmət etməyəcək. Rus qüvvələrinin Qarabağdan çıxarılması isə yalnız münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Əksinə, sülhməramlılar bu və ya digər bəhanə ilə qalsalar, sizi əmin edirəm ki, Azərbaycan-Rusiya münasibətlərinə çox uzun müddətə, hətta mən deyərdim, onilliklər üçün zərbə dəyəcək. Bu isə heç kimə - nə Moskvaya, nə də Azərbaycana lazımdır. Ona görə ki, biz dost qonşu ölkə kimi Rusiya ilə mehriban qonşuluq və sıx əməkdaşlıq etmək istərdik”, - deyə partiya sədri qeyd edib.

Rusiya tərəfdən də eyni məramın güdülüb-güdülmədiyini hələ 2025-ə xeyli qalmış biləcəyik...
“Yeni Müsavat”
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb