İran Azərbaycanın güclənməsindən əndişələnir - FAKT BUDUR!
Siyaset
Oxunub: 235
25 in 2022 | 21:18
İran Azərbaycanın güclənməsindən əndişələnir - FAKT BUDUR!


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda din-dövlət münasibətlərindən və son günlər yaşanan olaylardan danışıb. Sədr müavini bildirib ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Onun sözlərinə görə, bəzən Azərbaycanı dini azadlığın pozulduğu ölkələrlə eyni sırada göstərməyə cəhd edirlər: “Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir. Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilat kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar.

Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər”. S.Heydərov qeyd edib ki, dini mövqedən yönələn təhdidləri nəzərə alsaq, belə hallar bir an belə Azərbaycana qarşı səngimir: “Reallıq odur ki, Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar.

Bunun da heç bir xoş nəticəsi olmayacaq. Əksinə, bununla onlar öz işlərinə kölgə salırlar”.

Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb:

“Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar. Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar xristian və islam dinlərini siyasiləşdirməyə çalışırlar. Təbii ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir”. Sədr müavini Azərbaycandakı dini icmalara çağırış edib: “Ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır”.
Xatırladaq ki, son günlər İran tərəfdən ölkəmizə qarşı növbəti hədyanlar səslənməkdədir. Ölkədə baş vermiş bəzi olayları əlində bayraq edən İran mollaları Azərbaycanda guya din azadlığının olmadığını, dindarların təzyiqlərə məruz qaldığını iddia edirlər. Dia.az-ın məlumatına görə, siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşməsinin əsas səbəbi qələbədən sonra Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməz. Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir:

“Məhz buna görə də maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir. “Allahın təhqir edilməsi” məsələsi Tehranın əlini gücləndirmək üçün formalaşdırdığı uydurma informasiyadır. İran son günlər Azərbaycana qarşı, xüsusilə dini inanclı qadınların iştirakı ilə aksiyalar təşkil etməyə çalışır. Aydın məsələdir ki, İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir. Bunun bütün resurslarından istifadə etməyə hazırdır. İnsanların imanı ilə manipulya edən, bu istiqamətdə qadınları belə önə atan molla rejimi bir daha göstərir ki, onun “ali” maraqları naminə edə bilməyəcəyi şey yoxdur. İranın məzhəb siyasətinə qarşı rəsmi Bakının Cənubi Azərbaycan məsələsini qaldırmalı olduğunu təklif edənlər var. Hesab edirəm, bu, doğru yanaşma deyil. Birincisi, Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır.

İkincisi, Azərbaycan təkcə 10 milyon azərbaycanlının deyil, həm də 40 milyondan çox cənublu soydaşlarımızın vətənidir. Rəsmi Bakı heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarının qanının axmasına yol verə bilməz”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!