2-09-2016, 14:53 Oxunub: 613

Səlim Müslümovun işçisi əcnəbi vətəndaşa sosial yardım, ölüyə müavinət 'verilib' - ŞOK FIRILDAQ

Səlim Müslümovun işçisi əcnəbi vətəndaşa sosial yardım, ölüyə müavinət 'verilib' - ŞOK FIRILDAQ








Sumqayıtda əcnəbi vətəndaşa sosial yardım, ölüyə müavinət “verilib”

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılmış auditin hansı məbləği əhatə etdiyi göstərilməyib.

Məlum olub ki, ünvanlı sosial yardımın (ÜSY) təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin əmək haqqı gəlirləri, sosial müavinətlər, əmək pensiyaları, torpaq payı, digər mənbələrdən gəlirlər haqqında, ailənin tərkibi, kredit öhdəliyi, aparılmış alqı-satqı, ailənin istifadəsində avtomobilin olması (bunda 100 iş üzrə) haqqında düzgün və ya tam məlumat verilməyib, ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, Azərbaycanda daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.

Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericiliyin tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda əlilliyə görə, sağlamlıq imkanlarının məhdudluğuna görə, ailə başçısının itirilməsinə görə, kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənilib, vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olub. Təqdim edilmiş məlumatlara əsasən auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlərin mövcud olduğu müəyyən edilib və həmin pullar audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Yaxınlarda yenə bir neçə rayonun icra hakimiyyəti, təhsil şöbəsi və sosial müdafiə mərkəzinin audit nəticələrindən yazmışdıq, maliyyə pozuntuları eyni təşkilatların strukturuna daxil olan qurumlarda sanki bir-birinin kopiyasıdır. Bu da onu deməyə əsas verir ki, hər bir təşkilatda baş verən korrupsiya və yeyinti halları həmin qurumlarda “mərkəzləşdirilmiş” qaydada idarə olunur.
DSMF-nin şöbəsində qanun pozuntuları DSMF-nin şöbəsində qanun pozuntuları Sosial Biznesmen sosial müavinət aldı – Qubada Biznesmen sosial müavinət aldı – Qubada Bolge Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib Sosial DSMF-nin Ağsu şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir DSMF-nin Ağsu şöbəsinin müdiri sakinlərin dəfn puluna göz dikir Bolge Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azaldı Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azaldı Sosial