13-06-2017, 15:06 Oxunub: 440

Bir məmurun qadağan olunmuş biznes şəbəkəsi: Dövlətin milyonları bir ailənin cibinə necə axır?

Bir məmurun qadağan olunmuş biznes şəbəkəsi: Dövlətin milyonları bir ailənin cibinə necə axır?












Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Bu şirkətlər və QHT təhsil ocaqlarını necə kompüterləşdirib ?

Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi Samir Məmmədovun adı ölkə mətbuatında ən çox hallandırılan məmur-biznesmenlərdən biri, bəlkə də birincisidir.

Biz yazının girişində “məmur-biznesmen” ifadəsini təsadüfi işlətmədik.

Məlumdur ki, bütün sivil dünyada məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunub.

Bəli, məhz qanunla.

Çünki sivil dünya gözəl bilir ki, məmur əlindəki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda dövlət vəsaitlərini öz şəxsi biznesinə yönəldəcək.

Amma çox təəssüf olsun ki, bizdə hələ ki bu qanun mövcud olsa da işləmir. Və məmurlarımızın çoxunun şəxsi biznesi var, məmurlar dövlət vəzifəsi tutmaqla yanaşı sahibkarlıqla məşğul olurlar.

Bu məsələ dəfələrlə ölkə parlamentində millət vəkilləri Vahid Əhmədov, İlyas İsmayılov və başqaları tərəfindən qaldırılsa da nəticəsi olmayıb.

Bəli, Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzəifəsi daşıyarkən, 5 minə yaxın orta məktəbin və əlavə olaraq ali məktəblərin və kolleclərin kompüterləşməsi adı altında öz şəxsi bizneslərini “çiçəkləndiriblər”.

Təsəvvür edirsiniz, qlobal bir layihədən söhbət gedir.

Həm də söhbət təkcə məktəblərə sadəcə kompüterlərin alınıb quraşdılımasından getmir. Bura məktəblərin proqram təminatı, müxtəlif internet cihazları ilə təchiz olunması, müəllimlərin kompüter hazırlığı və s məsələlər daxildir.

Bu qlobal məsələnin həyata keçməsi üçün dövlət tərəfindən milyonlarla vəsait ayrılıb.

Bütün bu işləri isə “AzeduNet” MMC, “Enginet” MMC, “Mədəd” MMC , “Mədəd” Qeyri-Hökumət Təşkilatı və “KÜR” kompüter zavodu həyata keçirib.

Görək bu şirkətlərin və QHT-nin sahibi kimlərdir..?

İlk öncə “Mədəd”dən başlayaq.

Guya orta məktəblərdə müəllimləri informasiya texnologiyaları, informatika ilə tanış edən bu “Mədəd” MMC-nin və Mədəd QHT-nin rəhbəri Emil Məmmədovdur.

Emil Məmmədov isə Təhsil Nazirliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi Samir Məmmədovun əmisi oğludur.

Təhsil ocaqlarını informasiya texnologiyaları ilə təchiz edən “Enginet” MMC-nin təsisçisi Məlikov Elnur Yadigar oğlu, direktoru isə Nağıyev Anar Xəlil oğludur.

Məlumat üçün qeyd edək ki, Elnur Məlikov Emil Məmmədovun qaynıdır.

Bu şəbəkənin digər bir qolu olan “AzeduNet” MMC-nin təsisçiləri isə Haciyev Fuad Bəyalı oğlu, Həsənov Heydər Elmar oğlu və direktoru Yahyayev Natiq Rza oğludur.

Bunlarda Samir Məmmədovun yaxınlarıdır. Bu MMC məktəblərin internet təminatını həyata keçirir.

Beləliklə dövlətin xoş məqsədlə ayırdığı milyonlar bu əmioğlanları, qayınlar arasında milyonlar qazanmağa səbəb olub.

Əslində bu məsələ dövlət satınalmaları olduğu üçün yaxın qohumların birgə iştirakı yolverilməzdir.

Bu şəbəkənin daha bir maxinasiya yeri isə Mingəçevirdəki “KÜR” kompüter zavodudur.

Əli Abbasovla Samir Məmmədovun şərikli biznesi olan, keyfiyyətsiz “KÜR” kompterləri orta məktəblərdə toz altında istifadəsiz qalıb. Ancaq dövlətin ayırdığı milyonlar göyə sovrulub, daha doğrusu Məmmədov əmiuşaqlarının və Əli Abbasovun cibinə axıb.

Bu gün Emil və Samir Məmmədovlar Abşeron rayonu Xırdalan qəsəbəsində böyük tikinti kompleksinə sahiblik edirlər.

Görəsən hansı pulların hesabına..?

Məmədovların bir uğuru da keçmiş MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovla yaxın qohum olmalarıdır.
Məlumat üçün bildirək ki, Samir Məmmədovun əmisi, “Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov qudadır.

Beləcə bu şəbəkənin bir ucu həbsxanada, bir ucu Elmlər Akademiyasında müşavir, o biri QHT sektorunda, bir başqası Bakı Mühəndislik Universitetinin Texnoparkına rəhbərlik edir.

Bir sözlə “Böyük qırxayaq”… (365info.az)
İqtidarın qüdrətli 6 keçmiş naziri nə işlə məşğuldur? - SİYAHI İqtidarın qüdrətli 6 keçmiş naziri nə işlə məşğuldur? - SİYAHI Siyaset Bakı Biznes Universitetinin «gözə görünməz tələbələri»… Bakı Biznes Universitetinin «gözə görünməz tələbələri»… Gundem Qaradağ icra başçısı ilə bağlı şok xəbər yayıldı - 20 MİLYONLUQ MAXİNASİYA Qaradağ icra başçısı ilə bağlı şok xəbər yayıldı - 20 MİLYONLUQ MAXİNASİYA Sosial “Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir”- Deputat “Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir”- Deputat Siyaset
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…