16-01-2019, 10:03 Oxunub: 212

MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: Xalq narazıdır

MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: Xalq narazıdır















Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.

Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:

“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.
MTRŞ-dan telekanallara xəbərdarlıq — Efirdə mənəvi dəyərlərə, efir etikasına zidd verilişlər var MTRŞ-dan telekanallara xəbərdarlıq — Efirdə mənəvi dəyərlərə, efir etikasına zidd verilişlər var Medeniyyet Gələn ay Azərbaycanda yeni telekanal açılır Gələn ay Azərbaycanda yeni telekanal açılır Medeniyyet “Cəmiyyət istəməsəydi, onlar efirdə olmazdılar” - Rasim Balayevə cavab “Cəmiyyət istəməsəydi, onlar efirdə olmazdılar” - Rasim Balayevə cavab Sosial "Baxmağa normal veriliş tapa bilmirəm" - MTRŞ sədri Sosial ANS-ə daha bir zərbə ANS-ə daha bir zərbə Sosial