8-04-2019, 13:00 Oxunub: 420

Bu şəxslər icbari tibbi sığorta haqqından azaddırlar

Bu şəxslər icbari tibbi sığorta haqqından azaddırlar














Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı – 120 manat dövlət büdcəsi hesabına ödəniləcək.

AzərTAc xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

“İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”, – deyə Z.Əliyev diqqətə çatdırıb.
İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək Sosial İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi? – Sədrdən açıqlama İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi? – Sədrdən açıqlama Sosial İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb Sosial "Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək" - deputat Sosial İmkansız ailələrə yardım ediləcək İmkansız ailələrə yardım ediləcək Sosial