20-04-2019, 12:28 Oxunub: 419

Təhsil naziri Ceyhun Bayramov Elina Hacıyevanın ölümü barədə danışdı

Təhsil naziri Ceyhun Bayramov Elina Hacıyevanın ölümü barədə danışdı















Təhsil naziri Ceyhun Bayramov 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündən kədərləndiyini bildirib.

Azvision.az xəbər verir ki, nazir bu barədə “ASAN Radio”nun “QəbuldASAN” proqramında danışıb.

“162 nömrəli məktəbdə baş vermiş hadisə, 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”, – deyə nazir vurğulayıb.

C.Bayramov, həmçinin qeyd edib ki, məktəb psixoloqu, sinif rəhbərləri, fənn müəllimləri şagirdlərin psixoloji durumundan xəbərdar olmalıdır. Onun sözlərinə görə, valideyn daim müəllim, sinif rəhbəri ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar 162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar Medeniyyet İntihar edən Elinanın məktubu üzə çıxdı – Mətn İntihar edən Elinanın məktubu üzə çıxdı – Mətn Hadise Şagirdin intihar etdiyi məktəbin direktoru işdən çıxarıldı Şagirdin intihar etdiyi məktəbin direktoru işdən çıxarıldı Sosial Özünü məktəb binasından atan şagirdin ürək dağlayan görüntüləri yayıldı – Video Özünü məktəb binasından atan şagirdin ürək dağlayan görüntüləri yayıldı – Video Hadise Ceyhun Bayramov: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir” Ceyhun Bayramov: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir” Sosial