12-06-2019, 21:19 Oxunub: 618

Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO

Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO














Ölkəmizdəki bir sıra şadlıq evlərində zaman-zaman ciddi qanun pozuntularının aşkarlandığı, əlaqədar qurumların bu qəbildən olan şadlıq evlərinə qarşı tez-tez müxtəlif cərimələr tətbiq etdiyi məlumdur.

Lakin şadlıq evləri ilə bağlı şikayətlərin hələ də davam etdiyi təəssüf doğuran reallıqlardan biridir.

Bu günlərdə Moderator.az-a paytaxtdakı Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin qanunazidd fəaliyyəti ilə bağlı ilginc videomaterial fakt daxil olub.

Videodan da göründüyü kimi, şadlıq evinin kababxanasından qalxan tüstü bütün ətraf əraziləri hisə qərq etməkdə, əsl “müharibə şəhəri” effekti yaratmaqdadır. “Kral”dan yüksələn tüstü o qədər qatıdır ki, bu mənzərəni ilk dəfə görən şəxsə elə gəlir ki, yanan manqallardakı kababların yağı deyil, şadlıq sarayının özüdür.

“Kral” şadlıq sarayının bu şəkildəki fəaliyyətindən ən çox narazı olan isə heç şübhəsiz həmin əraziyə yaxın yerlədə yaşayan vətəndaşlardır. Belə gedərsə, isti yay günlərində təmiz havanın həsrəti ilə yaşayan sakinlərin günün-günorta vaxtı öz mənzillərində əleyhqazla dolaşacağı gün uzaqda deyil. Hətta Moderator.az-a daxil olan məlumata görə, ötən həftənin bazar günü ərazidə yaşayan sakinlər şadlıq sarayının yaratdığı ekoloji narahatçılığa görə etiraz aksiyası keçiriblər. Bu səbəbdən də ümid edirik ki, əlaqədar dövlət qurumları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kral”ın "rəiyyət" və qanunlara etdiyi bu hörmətsizliyin qarşısını alacaq, ən azından şadlıq sarayının baca sisteminin müvafiq tələblərə uyğun şəkildə yenidən təşkilinə nail olmaqla paytaxt sakinlərini özgə mədəsinə gedən kababların acı tüstüsünü ciyərlərinə çəkmək əzabından xilas edəcək...
Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı: “30 manata görüşürəm” – VİDEO Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı: “30 manata görüşürəm” – VİDEO Sosial / Video Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi Sosial Bakıda şadlıq evinin administratoru xadiməyə təcavüz etdi – ŞOK Bakıda şadlıq evinin administratoru xadiməyə təcavüz etdi – ŞOK Hadise Mingəçevirdə şadlıq sarayında 10 nəfər zəhərləndi Mingəçevirdə şadlıq sarayında 10 nəfər zəhərləndi Hadise “NEOLİT” şadlıq sarayı yandı “NEOLİT” şadlıq sarayı yandı Hadise
XƏBƏR LENTİ
21:50 | Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir 21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək