12-06-2019, 22:48 Oxunub: 605

Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA

Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA













Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ölkə ərazisində əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib və bu sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası da ildən-ilə dövlət səviyyəsində artırılıb. Elə bunun nəticəsidir ki, 2007-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. 2014 cü-ildən isə sözügedən sərəncamda dəyişiklik edərək 5 iyunu meliorasiya və su və su təsərrüfatı işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb.

2007 ci ildən bu yana meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar hər il iyunun 5-ni peşə bayramları kimi keçirməyə başlayıblar. Bu bayramda olkə başçısı hər il bu sahədə fərqlənənlərin bir sıra medal və fəxri adlarla mükafatlandırması az qala adət halını almışdı. Amma bu il meliorasiya və su təsərrüfatı işçilərinin peşəı bayramları ürəkaçan olmayıb. Belə ki, Prezident İlham Əliyev hər olduğu kimi bu il Meliorasiya və su təsərrüfatı sahəsində çalışanlara heç bir mükafat vermədi. Bu da artıq Əhməd Əhmədzadənin meliorasiya sahəsində gördüyü işlərin cənab Prezidentin heç də ürəyincə olmadığından xəbər verir. Məlum olduğu kimi hər il bu sahənin inkişaf etdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bundan əlavə sözügedən quruma hər il Prezidentin ehtiyyat fondundan da milyonlarla vəsait ayrılır. Lakin ayrılmış bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir. Çünki yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən insanların böyük əksəriyyəti narazılıq edir.Bunlardan əlavə son dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də məlumatlar yayılmaqdadır.Odur ki, Prezident İlham Əliyev nəhayət Əhməd Əhmədzadənin meliorasiya sahəsindəki inkişafla bağlı hesabatlarının yalanlardan başqa bir şey olmadığını gördü. Bu isə Əhməd Əhmədzadənin tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil.

Qeyd etmək istərdik ki, son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar da buna səbəb ola bilər. Qeyd edək ki, Əhməd Əhmədzadə sözügedən cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət qədər böyük bir kapital sahibinə çevrilib. \\aktualinfo.org\\
Əhmədzadənin varisi kim olacaq? - Patriarx məmurun mirası uğrunda savaş başlayıb... Əhmədzadənin varisi kim olacaq? - Patriarx məmurun mirası uğrunda savaş başlayıb... Gundem / Sosial / Dunya İlham Əliyev sərəncam verdi İlham Əliyev sərəncam verdi Siyaset Bu şəxslərə fəxri adlar verildi Bu şəxslərə fəxri adlar verildi Siyaset Şərəfli həyat yolu, layiqli iş - Əhməd Əhmədzadə - ÖZƏL Şərəfli həyat yolu, layiqli iş - Əhməd Əhmədzadə - ÖZƏL Sosial Əhməd Əhmədzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Əhməd Əhmədzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Gundem
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…