16-07-2019, 14:39 Oxunub: 181

Nazirlik qanunsuz işdən çıxarılan 77 nəfəri işinə bərpa etdi

Nazirlik qanunsuz işdən çıxarılan 77 nəfəri işinə bərpa etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Nazirlikdən verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
“Maaşları artırın” – Nazirlikdən müraciət “Maaşları artırın” – Nazirlikdən müraciət Sosial Azərbaycanda sosial ödənişlər bərpa edildi Azərbaycanda sosial ödənişlər bərpa edildi Sosial DİQQƏT!!! Nazirlikdən müraciət - İşlər dayandırılmalıdır DİQQƏT!!! Nazirlikdən müraciət - İşlər dayandırılmalıdır Hadise “Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi “Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi Sosial Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə əmək şəraitinə nəzarəti gücləndirib Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə əmək şəraitinə nəzarəti gücləndirib Iqtisadiyyat