15-10-2019, 11:02 Oxunub: 270

Nazirlik: İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa olunub

Nazirlik: İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən “Report”a bildirilib ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.

Vətəndaş müraciətləri ilə əlaqədar xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Nazirlik qanunsuz işdən çıxarılan 77 nəfəri işinə bərpa etdi Nazirlik qanunsuz işdən çıxarılan 77 nəfəri işinə bərpa etdi Sosial Azərbaycanda sosial ödənişlər bərpa edildi Azərbaycanda sosial ödənişlər bərpa edildi Sosial DİQQƏT!!! Nazirlikdən müraciət - İşlər dayandırılmalıdır DİQQƏT!!! Nazirlikdən müraciət - İşlər dayandırılmalıdır Hadise “Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi “Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi Sosial Büdcəyə 400 min manat ödəndi Büdcəyə 400 min manat ödəndi Sosial