12-11-2019, 21:47 Oxunub: 874

“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM

“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM

Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev tabeçiliyində çalışan işçilərə məcburi işdən çıxmaları üçün ərizə yazdırır.

Bu barədə Gununsesi.org-a adıçəkilən strukturda çalışan vətəndaşlar bildirib.

Onların sözlərinə görə, İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC sədrin maliyyə məsələləri üzrə Rafiq Aslanovun bacısı oğlu olduğundan, özünü cəzasızlıq mühitində hiss edir: “Bir neçə aydır ki, bu vəzifəyə təyinat alıb. Adam özünü özəl müəssisə rəhbəri kimi aparır. Xəstə övladı olan süpürgəçi qadını belə işdən çıxarır. Açıq şəkildə dayısına güvənir. Bizim Əhməd Əhmədzadədən heç bir narazılığımız yoxdur. O, insanları heç zaman incitmir. İlqar Əliyevdən əvvəlki rəhbərlər də normal insanlar olub. Bu adam özünü nə sayır, biz bilmirik. İşə təyin olunandan sonra büdcə hesabına özünün iş otağını təmir etdirdi. İş otağına bitişik hamam düzəltdirib. Ayrıca istirahət otağı yaradıb”.

Şikayətçilər sonda İlqar Əliyevin işdən azad etdiyi şəxslərin adlarını da təqdim edib: “Yelmar, Kamil, İlham, Taleh, Əlvan, Zabil, Gülbəniz. Rəhman, Ehtiram, Nərmin Səbinə, Amaliya, Hafiz, Əlfəddin, Tural, Rövşən, Şəfa və başqalarıdır”.

İlqar Əliyevlə bağlı işdən azad olunan şəxslərin müraciətindən sonra qısa araşdırma apardıq.

Məlum oldu ki, onun qanunsuz əməlləri bununla da bitməyib. O, fəaliyyətində ciddi korrupsiya əməllərinə yol verir.

Belə ki, o, idarənin balansında olan reys üzərində hərəkət edən kranı yararsız kimi sənədləşdirərək, satıb.

Halbuki, həmin kranın mövcud dəyəri 1 milyon manata yaxındır. Onun yarasız olması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarının rəyi və razılığı olmalıdır ki, o metal kimi satılsın.

Bundan başqa İlqar Əliyev idarənin elektirik sisteminin yenilənməsi işində də korrupsiya əməllərinə yol verir. Köhnə kabellər yenisi kimi sənədləşdirilir və ortada böyük vəsaitlər silinir.

Məsələ ilə bağlı İlqar Əliyevin mövqeyini öyrənməyə çalışsaq da, bu cəhdlərimiz fayda vermədi.

Mövzuya qayıdacağıq.
Əhmədzadənin gedişi reallaşır... - İDDİA Əhmədzadənin gedişi reallaşır... - İDDİA Sosial Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA Sosial Əhmədzadənin varisi kim olacaq? - Patriarx məmurun mirası uğrunda savaş başlayıb... Əhmədzadənin varisi kim olacaq? - Patriarx məmurun mirası uğrunda savaş başlayıb... Gundem / Sosial / Dunya Əhməd Əhmədzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Əhməd Əhmədzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Gundem Əhmədzadə Zaqatalanı dağıdır Əhmədzadə Zaqatalanı dağıdır Bolge
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)