20-11-2019, 12:10 Oxunub: 254

Kirayə avtomobillərin sığorta problemi — VİDEO

Kirayə avtomobillərin sığorta problemi — VİDEO

Paytaxtda son bir neçə ildə avtomobil kirayəsi ilə məşğul olan firmaların sayı artıb.
BAKU.TV xəbər verir ki, şirkətlərin müştəri sarıdan bir problemi olmasa da, maşınların sığortalanmasında vəziyyət heç də yaxşı deyil. Sahibkarlar bir çox hallarda avtomobilləri sığorta etdirə bilmədiklərini və bu işdə çətinlik çəkdiklərini bildirirlər.

Maşın icarəsi şirkətinin meneceri Təbriz İlyasov məsələyə belə münasibət bildirib:
“Bir çox hallarda olur ki, sığorta menecerləri yaxınlaşıq, şərtlərini deyirlər, biz razılaşırıq. bizi ofislərə dəvət edirlər.

Biz o ofislərə gedib hazır sənədlərə imza çəkmək üzrə olarkən artıq onların rəhbərliyindən xəbər gəlir ki, bu xüsusi riskli qrupa aiddir. bura taksi sürücüləri və icarə şirkətləridir ki, onların avtomobuillərinə risk eləmirlər. eliyə bildiklərimiz edirik eliyə bilmədiklərimizi isə sığorta etdirə bilmirik”

Avtomobillərin sığortalanmaması müştəriləri də narahat edir. Onlar əsasən də, bahalı maşını götürməkdə çətinlik çəkdiklərini deyirlər.
"Bahalı maşın icarəyə götürmək istədim. Ancaq sığortası olmadığı üçün imtina etdim"

Sığorta eksperti Xəyal Məmmədxanlının sözlərinə görə, maşın icarəyə verən şirkətlər xüsusi risk qrupuna aid edildiyi üçün sığorta partfeli olduqca zərərlidir. Ona görə də sığorta şirkətləri bir çox hallarda bu riskləri sığortalamaqdan imtina edirlər.

“Amma bizim sahibkarlarımız həmin qiymətə avtomobillərinin bir illik sığortasını tələb edirlər. Təbii ki, bu mümkün olan bir şey deyil. Çünki risk adi avtomobillərdən, yəni fiziki şəxslərə məxsus avtomobillərin riskindən dəfələrlə artıqdır. Təbii ki, risk nə qədər artıqdırsa sığorta haqqı da bir o qədər artıq olmalıdır”, - deyə Xəyal Məmmədxanlı bildirib.

Xoşagəlməz halların qaçılmazlığı sığortanın vacibliyini hər zaman ön plana çəkir. Məsələnin həlli isə həm sığorta şirkətləri, həm də sahibkarların razılaşmasından asılıdır.

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var Iqtisadiyyat "Günay" sığorta şirkəti vətəndaşı aldadır - GİLEY Sosial Atəşgah Sığorta Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir - GİLEY Sosial Sığorta şirkətləri insanları bu cür ALDADIR - İTTİHAM Sığorta şirkətləri insanları bu cür ALDADIR - İTTİHAM Sosial Sığorta şirkətlərinin milyonluq fırıldaqları - Şok adlar Sığorta şirkətlərinin milyonluq fırıldaqları - Şok adlar Sosial
XƏBƏR LENTİ
21:50 | Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir 21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək