22-11-2019, 14:19 Oxunub: 318

Bu şirniyyatlardan almayın! - Fotolar

Bu şirniyyatlardan almayın! - Fotolar

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən “Balu” şirniyyat sexinə reyd keçiriblər.

“Qafqazinfo”nun məlumatına görə, müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə “Balu” adı altında müxtəlif növ şirniyyatlar hazırlanır.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum olub ki, müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.

Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkarlanıb.

Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.
Bu şirniyyatlardan almayın! - Fotolar
Bu şirniyyatlardan almayın! - Fotolar
Bu şirniyyatlardan almayın! - Fotolar
Bu şirniyyatlardan almayın! - Fotolar
Bu şirniyyatlardan almayın! - Fotolar
Bu şirniyyatlardan almayın! - Fotolar
“Qidam” sexinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar “Qidam” sexinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar Sosial “Əvsəloğlu”nun fəaliyyəti məhdudlaşdırıldı - Fotolar “Əvsəloğlu”nun fəaliyyəti məhdudlaşdırıldı - Fotolar Sosial Saxta nehrə və kərə yağı istehsal edən sexlər aşkarlandı — SİYAHI Saxta nehrə və kərə yağı istehsal edən sexlər aşkarlandı — SİYAHI Iqtisadiyyat Gözəllik salonu adı altında gizlənən ət sexinin ÜRƏK BULANDIRAN GÖRÜNTÜLƏRİ — VİDEO Gözəllik salonu adı altında gizlənən ət sexinin ÜRƏK BULANDIRAN GÖRÜNTÜLƏRİ — VİDEO Hadise Bakıda saxta makaron, şirniyyat istehsalı aşkarlandı Bakıda saxta makaron, şirniyyat istehsalı aşkarlandı Iqtisadiyyat
XƏBƏR LENTİ
21:50 | Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir 21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək