6-12-2019, 12:28 Oxunub: 192

Azərbaycanda 650 min ağacın əkilməsinə start verildi — FOTO

Azərbaycanda 650 min ağacın əkilməsinə start verildi — FOTO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağac əkilir.
Baku.ws xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib. Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.
Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Azərbaycanda 650 min ağacın əkilməsinə start verildi — FOTO
Azərbaycanda 650 min ağacın əkilməsinə start verildi — FOTO
Bu gün Azərbaycanda 650 min ağac əkiləcək Bu gün Azərbaycanda 650 min ağac əkiləcək Medeniyyet Sabah Azərbaycanda 650 min ağac əkiləcək Sabah Azərbaycanda 650 min ağac əkiləcək Medeniyyet Nazir müavinindən ağacların kəsilib, yerində fındıq bağı salınmasına – Reaksiya Nazir müavinindən ağacların kəsilib, yerində fındıq bağı salınmasına – Reaksiya Sosial “İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” – Əli Həsənov “İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” – Əli Həsənov Siyaset İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunacaq — Sərəncam İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunacaq — Sərəncam Medeniyyet