6-12-2019, 14:17 Oxunub: 194

“İlham Əliyevin yüksək reytinqinin olması bizə bu inamı verir ki...”

“İlham Əliyevin yüksək reytinqinin olması bizə bu inamı verir ki...”


“Seçkinin keçirilməsini gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin keçirilməsində yaxından iştirak edəcəyik. Namizədlərimizi irəli sürəcəyik”

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov bu gün keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, partiyanın sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə bu inamı verir ki, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaqlar, Yeni Azərbaycan Partiyası Azərbaycanın parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək:

“Hesab edirəm ki, ölkənin bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirirlər: “Beləliklə də, biz Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı islahatlar kampaniyasına hakimiyyətin digər bir qolunun da qoşulmasının şahidi oluruq. Parlamentin də, qanunverici hakimiyyətin də islahatlar sferasına cəlb olunması bütövlükdə Azərbaycanda islahatların, yeniləşmənin daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.
Azərbaycan xalqı YAP-ın fəaliyyətindən məmnundur Azərbaycan xalqı YAP-ın fəaliyyətindən məmnundur" — Əli Əhmədov Siyaset Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək Siyaset İlham Əliyevin namizədliyinin irəli sürüldüyü anın VİDEOSU İlham Əliyevin namizədliyinin irəli sürüldüyü anın VİDEOSU Siyaset YAP prezidentliyə namizədinin adını açıqladı YAP prezidentliyə namizədinin adını açıqladı Siyaset İlham Əliyev: İlham Əliyev: "Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir" Siyaset