6-12-2019, 21:44 Oxunub: 197

Siyavuş Novruzovdan müxalifətə çağırış — “Səmərəli işlə məşğul olub, ağac əksinlər”

Siyavuş Novruzovdan müxalifətə çağırış — “Səmərəli işlə məşğul olub, ağac əksinlər”


"Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər.
“Ölkə.Az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, insanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər: “Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir”.
O, deyib ki, YAP da bu gün təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir: “70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması üçün aparılacaq. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər”.
Prezidentlə xanımı Şamaxıda ağac əkdi Prezidentlə xanımı Şamaxıda ağac əkdi Gundem / Dunya / Bolge “Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov “Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov Siyaset "Müxalifət xalqı aldatmaq və onlardan istifadə etmək üçün bu addımı atır" - Siyavuş Novruzov Siyaset Siyavuş Novruzov: Siyavuş Novruzov: "Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər" Siyaset “Bu yoldan geri çəkilməyəcək” – Siyavuş Novruzov “Bu yoldan geri çəkilməyəcək” – Siyavuş Novruzov Siyaset