7-12-2019, 16:20 Oxunub: 302

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin… – Deputat

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin… – Deputat


Ermənilərlə müxtəlif platformalarda söz atışmaları özü də diplomatiyamızın əhəmiyyətli funksiyalarından biri sayılır. Burada ilk öncə psixoloji üstünlüyü götürmək üçün mövzunun mahiyyətinə uyğun hazırcavablıq və digər kənar müşahidəçilər tərəfindən bəsit, eyni zamanda beynəlxalq etiketə uyğunsuz formada görünməyəcək üslub vacibdir.

Bu sözləri deputat Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, qışqırıqçılıqla, yalvarmaqla, “nə olar, məni evimə qaytarın” ritorikası ilə auditoriyanın rəğbətini öncədən itirmiş olursan:

“Ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun cavabını izlədim və sonra da diqqətlə oxudum. Erməni rəsmisinin sərgilədiyi küstah davranışlara mahiyyət üzrə verilən cavabdır.

İki istiqamət erməniləri pərt etmək üçün daha məqbuldur. Birincisi, ciddi iqtisadi layihələrdən kənarda qalmanın günahkarının özləri olduğunu vurğulamaq, ikincisi isə faşizmi Njdenin obrazında təşviq etmək istəyən cəmiyyət olduqlarına görə ittiham etmək.

Hər ikisi də əks cavab verməyə imkan tanımayan ittihamlardır. Digər tərəfdən İrəvanla bağlı eyham da yerinə düşdü”.

Deputatın fikrincə, nazir Mikayıl Cabbarov bir dövlət rəsmisinin ekstremal situasiyada necə tutarlı cavab verməsinin lazım gəldiyini ortaya qoydu:

“Əlbəttə, hamımıza aydındır ki, biz torpaqlarımızı bu cür söz atışmaları ilə geri qaytarmayacağıq, əvvəl-axır mütləq savaş meydanında işğalçının dərsini verməliyik.

Lakin o böyük savaşa qədər, bu cür söz atışmalarına hazırlığımız yetərli səviyyədə olmalıdır ki, beynəlxalq auditoriyada psixoloji üstünlüyümüzü itirməyək”. /Axar.az/
Deputat: “Makron erməni soyadı götürsə, təəccüblənməyin” Deputat: “Makron erməni soyadı götürsə, təəccüblənməyin” Siyaset Deputat: Ermənistan Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qala bilər Deputat: Ermənistan Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qala bilər Siyaset Deputat televizyalardan şikayətləndi: “Belə görüntü yaranır ki, biz xalqı düşünmürük” Deputat televizyalardan şikayətləndi: “Belə görüntü yaranır ki, biz xalqı düşünmürük” Siyaset DİQQƏT!!! “WhatsApp” yazışmaları izləniləcək DİQQƏT!!! “WhatsApp” yazışmaları izləniləcək Maraqli Ermənilər Qarabağı qaytarmağa razılaşdı – ŞOK SƏBƏB Ermənilər Qarabağı qaytarmağa razılaşdı – ŞOK SƏBƏB Siyaset