13-12-2019, 20:44 Oxunub: 162

Əlillər məhkəmə özbaşınalığı ilə üz-üzə... - İTTİHAM

Əlillər məhkəmə özbaşınalığı ilə üz-üzə... - İTTİHAM


"Əlillər barəsində ayrı-seçkiliyin qadağan edilməsi BMT konvensiyası və yerli qanunvericilik aktları ilə təsbit olunsa da, gerçəkdə hakimiyyətin heç bir qolu qadağaya əməl etmək istəmir. İcra hakimiyyəti orqanlarını bir yana qoyaq, bəs məhkəmə hakimiyyətinə nə gəlib? Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun - Konstitusiyanın 60-cı maddəsi hər kəsin inzibati və məhkəmə təminatı hüququ azadlığını təsbit edir. Di gəl, vətəndaş nə inzibati, nə də məhkəmə yolu ilə hüququnu təmin edə bilmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bir yandan məhkəmələrin qeyri-prosessual münasibət sərgiləməsi, bir çox hallarda hətta qarşı tərəfin vəkili rolunda çıxış etməsi , digər yandan vəkil ayrılmasından imtina edilməsi, özəlliklə, aztəminatlı ailələrin – qaçqın -köçkünlərin, əlillərin məhkəmə müdafiəsi və təminatı hüququnu heçə çıxarır. Birinci və apellyasiya instansiyalarında məhkəmələr , ümumiyyətlə , vəkil ayrılmasının qanunsuz olduğunu Mülki Prosessual Məcəlləsinin ( MPM ) 67-ci maddəsi ilə əsaslandırıb, yalnız Ali Məhkəməyə kassasiya şikayəti verəndə vəkilin iştirakının məcburi olduğunu bildirirlər. Halbuki, birincisi, İnzibati Prosessual Məcəllədə (İPM) vəkilin məcburi iştirakı nəzərdə tutulmayıb, amma ali instansiya hakimləri İPM-ə zidd olaraq MPM-in 67-ci maddəsini tətbiq etməklə inzibati – iqtisadi işlərdə də kassasiya şikayətini yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkilin yazmasını tələb edirlər. İkincisi, aztəminatlı şəxsin müdafiəyə ehtiyacı varsa, ona vəkil ayrılması qanunla müəyyən olunub. “”Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə görə, məhkəmədə müdafiəçiyə ehtiyacı olan aztəminatlı şəxslərə vəkil pulsuz , dövlət hesabına xidmət göstərir . Məhkəmələrin yalnız tabe olmalı olduğu Konstitusiyanın 149-cu maddəsində prosesin hər bir mərhələsində tərəflərin müdafiə hüququnun təmin edilməsi yazılıb. İPM-in 31-ci maddəsində də tərəflərin vəkillə təmsil olunmaq hüququ təsbit olunub.

Qanunvericilik, Konstitusiya aztəminatlı şəxslərin prosesin istənilən mərhələsində müdafiəçi ilə təmin olunmaq hüququnu təsbit etsə də, məhkəmələr özləri bu hüquqa kobud qadağa qoyub. Fikir verin, Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyev Qarabağ əlillərinin vəkillə təmin olunmaq haqqında ərizələrinə aztəminatlı olmalarını sübut edə bilməmələri (?) səbəbindən şifahi şəkildə imtina etməklə cavab verib ! (?) Bəyəm “müharibə əlili “ vəsiqəsi aztəminatlı olmağın sübutu deyil? Bakı Apellyasiya Məhkəməsinin sədri Elşad Şamayev olan Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti də 3-cü şəxs Qarabağ əlilinə hələ də kassasiya şikayəti vermək üçün vəkil ayrılmasına qərar verməyib. Şəki İnzibati-İqtisadi Məhkəməsi və Apellyasiya Məhkəməsinin Gündüz Abbasov, Rövşən Rəfiyev və b. ibarət üçlüyü isə Ali Məhkəmə , Vəkillər Kollegiyası Bakıda yerləşdiyi halda , əlilin özünün də Bakıda yaşadığına baxmayaraq, vəkili gah İsmayıllıdan, gah Ağsudan ayırır! (?) Hələ də - 7 aydır nə vəkil “tapılıb” şikayəti yazır, nə də məhkəmə qərarını icra etdirir. Şəki Apellyasiya Məhkəməsi aztəminatlı şəxsə birinci və apellyasiya instansiyalarında vəkil ayrılmasının orijinal yolunu da “tapıb” . Məhkəmə Vəkillər Kollegiyasına ərizə verməyi, vəkil ayrılması təmin edilməsə, məhkəmədə mübahisələndirməyi yataq əlillərinə tövsiyə edir. Belə süründürməçilik ilə neçə ilə məhkəmə müdafiəsi hüququnun gerçəkləşməsinə nail olmaq olar?

Mülki işlərdə ali instansiyada vəkilin məcburi iştirakı peşəkar hüquqi yardım siyasətinə bağlanılsa da, gerçəkdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərə “peşəkar qadağa” yetkisi bağışlayır. Vətəndaş aylarla vəkil ayrılmasına nail ola bilmir , ayrılanda da vəkil , “tapılmır”, tapılanda isə vəkil işə çıxmaqdan imtina edir. Aşağı instansiyalarda vəkil xidmətindən dövlət hesabına yararlanmağa da məhkəmə qərar verməkdən imtina edir , vəkil isə pulsuz xidmət göstərməkdən. Beləcə, məhkəmə müdafiəsi hüququna elə məhkəmə , müdafiəçi qadağası hökm sürür".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Baş nazirdən hərbi qulluqçuların icbari şəxsi sığortası və pensiya təminatı ilə bağlı — SƏRƏNCAM Baş nazirdən hərbi qulluqçuların icbari şəxsi sığortası və pensiya təminatı ilə bağlı — SƏRƏNCAM Siyaset BNA Azərbaycan dövlətinin qanunlarını necə pozur... - Bu özbaşınalığa görə quruma CİNAYƏT İŞİ açıla bilər BNA Azərbaycan dövlətinin qanunlarını necə pozur... - Bu özbaşınalığa görə quruma CİNAYƏT İŞİ açıla bilər Sosial Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq Sosial Şirvan şəhər Icra hakimiyyəti Əlillərə qarşı hörmətsizlik etdi... Şirvan şəhər Icra hakimiyyəti Əlillərə qarşı hörmətsizlik etdi... Bolge Prezidentdən nazirlik və icra hakimiyyətləri ilə bağlı fərman - Hökumətə vaxt verildi Prezidentdən nazirlik və icra hakimiyyətləri ilə bağlı fərman - Hökumətə vaxt verildi Siyaset