14-01-2020, 14:30 Oxunub: 104

Magistraturaya qəbul qaydaları sadələşdirildi

Magistraturaya qəbul qaydaları sadələşdirildi


“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli qərarına əsasən magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib.
Bu barədə "Ölkə.Az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar. Qeyd edək ki, bu ixtisaslara qəbul qaydalarında dəyişikliklər imtahanların məzmununa və mərhələlərin sayına təsir etməmişdir və əvvəlki qaydalarda da ixtisas magistraturasına və jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında iştirak edirdilər.

Nazirlər Kabinetinin müvafiq dəyişikliklərlə bağlı qərarı ilə buradan tanış ola bilərsiniz.
Şagirdlərə şad xəbər – Qadağa ləğv edildi Şagirdlərə şad xəbər – Qadağa ləğv edildi Sosial 10 mindən çox tələbə ali məktəbdən xaric olundu - Azərbaycanda 10 mindən çox tələbə ali məktəbdən xaric olundu - Azərbaycanda Sosial Nazirlər Kabinetinə yeni səlahiyyət verildi: Tələbə qəbulu planını bu qurum müəyyən edəcək Nazirlər Kabinetinə yeni səlahiyyət verildi: Tələbə qəbulu planını bu qurum müəyyən edəcək Siyaset Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir Sosial TQDK ləğv olundu TQDK ləğv olundu Gundem