Qarabağ əlili çarəsiz durumda... - GİLEY
Sosial
Oxunub: 291
2 mar 2020 | 21:20
Qarabağ əlili çarəsiz durumda... - GİLEY


"Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu 7 ildir sığorta, yol polisi, məhkəmə, icra, sosial müdafiə məmurlarının dələduzluğu, dövləti cinayəti ilə üz-üzədir. Təsəvvür edin, əlilə aid olmayan, şəhid ailəsinə məxsus 90-HX-384 nömrəli “Slavuta” markalı reabilitasiya vasitəsinin “avtoşbala” məmur oğlu Fərid Zakir oğlu Hüseynovun 10-Ck-200 nömrəli “Nissan” maşını ilə tam yararsız hala salınıb , amma əlil Suraxanı yol polisi İsgəndərov tərəfindən 400 manat cərimə olunub! Bu azmış kimi, “Rəvan sığorta “ şirkəti müştərisi Fərid Hüseynov ilə cinayət əlaqəsinə girərək 10 min manatlıq -3 əlil avtomobilinin dəyərində defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən 7 ildir 10 min manat tələb edir! 7 ildir Qarabağ əlili ona aid olmayan reabilitasiya vasitəsinin məhv edilməsinə görə saxta defekt aktı (bu saxtalığı vergi xidməti “Rəvan”ın və “Nurgün Motors” u bir neçə dəfə cərimələməklə təsbit edib ) ilə məhkəmələrdə “müalicə olunur “! Əlilin qarşılıqlı iddialarına, əlavə şəkər xəstəliyinə tutulmasına görə qaldırdığı iddiaya da rüşvət qarşılığında baxılmır". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Amma “Rəvansığorta”nın rüşvəti ilə Sabunçu məhkəməsi eyni predmet və əsaslar üzrə başqa məhkəmənin icraatında eyni tərəflər arasında iş olmasına baxmayaraq, əlilə və şəhidə qarşı iddianı icraata götürüb ! Və şəhidin varisi tapılmadığından sədr İlqar Abbasovun göstərişi ilə hakim İmran Burcayev 10 minlik iddia tələbini əlilə yönəldib “aidiyyatı” üzrə Suraxanı məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edib və qərardaddan şikayət vermə müddəti keçməmiş Suraxanı məhkəməsinin artıq görəvdən alınan hakimi Ramil Həsənov gizlincə 28.11.2016 tarixli qətnamə ilə Qarabağ əlilinə qarşı 9 min manatlıq dələduzluğu təmin edib! Əlilin aidiyyatdan verdiyi şikayətə baxan Ali Məhkəmənin 16.05.2017 tarixli qərarı isə 3 ildir icra olunmur! (?) Əksinə, Sabunçu məhkəməsi və Suraxanı məhkəməsi (hakimi Ramil Həsənov ) , Suraxanı icra məmuru Vüsal Əliyev Ali Məhkəməyə, Konstitusiyaya hörmətsizlik edərək qüvvədə olmayan qətnamə “əsasında” icra sənədi olmadan əlilin pensiyasının yarısını, əmlakının hamısını dələduz “Rəvan” sığorta şirkətinə qurban veriblər. Qarabağ əlili Konstitusiyanı, “İcra haqqında” qanunun tələbini 3-7 ildir anlada bilmir. Bütün məhkəmələr, dövlət qurumları rüşvətin, korrupsiyanın qarşısında qanundan, Konstitusiyadan soraqsız olmalarını ortaya qoyub! Bircə Ali Məhkəmədən başqa! Ali Məhkəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi ) hakimi Miminat Hacıbəyovanın Qarabağ əlilinin ƏƏSMN yanında DSMF-ə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi yenidən baxmağa göndərsə də, 1 BİİM -in keçmiş sədri , hazırda Xətai məhkəməsinə sədr təyin edilən Rəşid Rzayev cavabdeh ilə qeyri-prosessual münasibətə girərək 1 il ərzində isə baxılmasını təmin etməyib. Qarabağ əlilinin pensiyasını yarıqat edən Suraxanı icra məmuru Vüsal Əliyev isə, heç demə, əlilin bütün əmlakına da məhkəmə qərarı olmadan gizlincə yol polisi yolu ilə həbs qoydurub. Ölkədəki dərinləşən “məhkəmə -hüquq islahatları”nı indi göz önünə gətirin! Bir yanda sosial müdafiəyə, reabilitasiyaya , xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlili, digər yanda onun pensiyasını, reabilitasiya vasitəsini, əmlakını məhkəmənin icra sənədi olmadan mənimsəyən Ədliyyə Nazirliyinin icra məmuru Vüsal Əliyev, “ Rəvan “ sığorta şirkəti, ƏƏSMN yanında DSMF-in məmurları və Ali Məhkəmədən başqa bütün digər məhkəmələr! ! (???) Budur hüquq və azadlıqların inzibati və məhkəmə təminatı?

28 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsində hakimi Miminat Hacıbəyovanln sədrliyi ilə Qarabağ əlili Xaliq Abbaszadənin ƏƏSMN yanında DSMF-ə qarşı Ali Məhkəmədən qayıdan iddiası üzrə hazırlıq iclası keçirilib . Bəri başdan onu vurğulayaq ki, qərardadı ləğv edilən hakimin yenidən həmin işə baxması yolverilməzdir və nəticəsi öncədən qeyri-prosessual münasibətə əsasən olacağı şübhəsizdir. Eyni zamanda, məhkəmə marağına toxunan 3-cü şəxs Qarabağ əlilinin də vəsatətini

təmin etməyib və bu da onun obyektiv olmadığını göstərir. Halbuki cavabdeh ƏƏSMN yanında DSMF 4 ildir borclu olduğu həmin məhkəmənin 20.06.2016 tarixli qərarını icra etməkdən imtina edir, amma icra sənədi olmadan icra məmurunun məktubu ilə Qarabağ əlilinin pensiyasını başqasına ödəyir! (?)

Görəsən, məhkəmə -hüquq islahatları bəzi hakimləri, icra məmurlarını, sosial müdafiə məmurlarını qanunun aliliyinə nə vaxt vadar edəcək?"

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)