19-05-2020, 16:16 Oxunub: 126

Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına Gömrük Komitəsindən REAKSİYA/ VİDEO

Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına Gömrük Komitəsindən REAKSİYA/ VİDEO


Ötən gün Sabirabad rayonunda mağazalardan birindən Ermənistan istehsalı olan siqaretin alındığına dair məlumat vermişdik.

Oxu.az xəbər verir ki, bu barədə məlumatları əks etdirən foto və video redaksiyamıza oxucular tərəfindən göndərilib.

Dövlət Gömrük Komitəsi (DGK) məsələ ilə bağlı araşdırma aparıb və bununla bağlı rəsmi münasibət yayıb.

Komitədən verilən məlumata görə, DGK-nin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində ciddi araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan istehsalı tütün məhsullarının satışı aşkar edilməyib:

“Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır.

Qeyd edək ki, komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq, məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.

18 may, 13:51

Azərbaycanda istehlakçı Ermənistanda istehsal olunmuş siqaret satıldığının şahidi olub.

Bu barədə redaksiyamıza müvafiq foto və videolar göndərilib.

Sübutları göndərən yerli sakin iddia edir ki, siqareti Sabirabadda yerləşən marketlərdən birindən alıb:

“Sabirabadın girişindəki dairəvi yolun yaxınlığında yerləşən kiçik marketə daxil oldum. Siqaret alıb çıxdım. Onun üzərində “Masis” yazılıb. Sonra diqqətlə baxanda üzərində “Made in Armeni” yazısını gördüm.

Bəlkə də, inanmazlar, amma üç aydan çoxdur, ölkədə karantin rejimi tətbiq olunur. Heç yerə gedə bilmirik. Ermənistan istehsalı olan siqaretlər Azərbaycana necə gətirilib, başa düşə bilmirəm”.

Bakıda Ermənistan məhsulu satılır - FOTO Bakıda Ermənistan məhsulu satılır - FOTO Iqtisadiyyat Azərbaycana gətirilən erməni içkiləri məhv edildi — FOTO Azərbaycana gətirilən erməni içkiləri məhv edildi — FOTO Hadise Komitədən Komitədən "Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara — AÇIQILAMA Sosial Sarkisyan Ermənistanı satışa çıxaracaq Sarkisyan Ermənistanı satışa çıxaracaq Dunya Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO Bakının məşhur ticarət mərkəzlərində Ermənistan malları satılır – FOTO Sosial