23-05-2020, 23:04 Oxunub: 142

Birdəfəlik 60 manat pul veriləcək — Baş Nazirdən MÜHÜM QƏRAR

Birdəfəlik 60 manat pul veriləcək — Baş Nazirdən MÜHÜM QƏRAR


Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görməli, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi bu sərəncamla ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident bu ASC-yə 28 milyon manat ayırdı — SƏRƏNCAM Prezident bu ASC-yə 28 milyon manat ayırdı — SƏRƏNCAM Iqtisadiyyat İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM Siyaset Prezident bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM Prezident bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM Siyaset Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı — SƏRƏNCAM Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı — SƏRƏNCAM Siyaset Prezident Ağdamda subartezian quyularının qazılmasına 2,5 milyon manat ayırıb Prezident Ağdamda subartezian quyularının qazılmasına 2,5 milyon manat ayırıb Iqtisadiyyat