30-05-2020, 22:49 Oxunub: 333

Jurnalistlərin binasında "Çin əməliyyatı" - Küllü miqdarda yeyinti aşkarlandı

Jurnalistlərin binasında "Çin əməliyyatı" - Küllü miqdarda yeyinti aşkarlandı


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.

"BakuPost"un əldə etdiyi məlumata görə, yoxlamalar zamanı küllü miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı
mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib.
Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub
Əli Həsənov həbs oluna bilər... - İDDİA Əli Həsənov həbs oluna bilər... - İDDİA Hadise Vüqar Səfərliyə cinayət işi açıla bilər - Jurnalistlərin binasında yoxlama başladı Vüqar Səfərliyə cinayət işi açıla bilər - Jurnalistlərin binasında yoxlama başladı Sosial Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb - Vüqar Səfərli Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb - Vüqar Səfərli Iqtisadiyyat Jurnalistlər üçün tikiləcək 3-cü bina nə zaman hazır olacaq? Jurnalistlər üçün tikiləcək 3-cü bina nə zaman hazır olacaq? Iqtisadiyyat Jurnalistlər üçün tikilən üçüncü binada son vəziyyət Jurnalistlər üçün tikilən üçüncü binada son vəziyyət Iqtisadiyyat