6-07-2020, 20:43 Oxunub: 119

"Belə haqsızlıq olmaz..." - GİLEY

"Belə haqsızlıq olmaz..." - GİLEY


Bu gün dünyada baş verən hadisələr dünyada yaşayan insanların bir araya gələrək(ermənilərdən başqa) Allaha dua etmələri Allahdan bütün dünya xalqlarının (ermənilərdən başqa)bağışlanmasını istəmələri vacibdir.Amma görün biz nə edirik?Bütün dünyada həmrək olaraq qarşımıza çıxan bəlanın Allah tərəfindən dəf olunmasını istəmək əvəzinə birləşərək ,həmrək olaraq bir-birimizə dəstək verərək yenə də Allaha yalvararaq bu bəladan xilas olmamızı istəmək əvəzinə görün biz nələr edirik?Hərdən insanları kateqoriyalara bölürük.Yaxşılara,pislərə,nə bilim daha hansı mövcud olmayan sifətlərə.2019-cu ilin 6 dekabrından bəri ”Gündəlik Bakı” qəzetinin redaksiyası yenə şikayətçilərlə doludur.Tükürpədici faktlar ,baş vermiş olaylar sanki insanın damarında qanını dondurur.Gün ərzində şikayətləri çatdırıb yazmaq da olmur.Amma nə etməli?Bu xalqın nümayəndələri bizimdir.Onlar “Gündəlik Bakı” qəzetini problemlərinin işıqlandırılacağı bir mətbu orqan kimi tanıyırlar.Hörmətli oxucular sizi yormaq istəmirəm.Birbaşa mətləbə keçirəm.

Sabirabad rayonu,Məhəmmədhüseyn Şəhriyar kənd sakini Abdullayeva Fatimeyi-Zəhra Abuzər qızı tərəfindən olunan müraciəti sizə çatdırıram.O,qəzetimiz vasitəsi ilə öz şikayətini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Səhiyyə naziri cənab Oktay Şirəliyevə çatdırmaq istəyir.

Müraciətdə belə deyilir. Biz müraciəti nöqtə vergülünə toxunmadan olduğu kimi dərc edirik: "Uğursuz ailə həyatından bir azyaşlı oğlumla atamın himayəsindəyəm.Sizdən kömək istəyərək üzərimə olunan haqsızlığa,təhqirə və azyaşlı oğluma görə tükürpədici nalə çəkən,fəryad edərək kömək istəyən anayam.Oğlum 1 ildən çoxdur ki,xəstədir.Bütün həkimləri gəzdirmişəm.Dərdinə əlac yox imiş.Böyrəyində ciddi problem var. Qan azlığı var deyə,həkim təyinatı ilə təcili Azərbaycan Respublikası Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzinə 01.07.2020-ci il tarixində apardım.Böyrəyi,ağciyəri,öd kisəsi yoxlanmalı,ultrasəs müayinəsi edilməli idi.Həkim Sadıqov Məhərrəm Mamed oğlunun yanına girmək üçün növbə(nömrə)pulla satırlar. 5 AZN. Özü isə 10 AZN-ə yoxlayır.Bu çətin vaxtda camaatı soyurlar.Növbəni pulla aldım.Sonra məni aldadaraq,üstümə hədə qorxu gələrək təhqir etdilər.Hətta Sadıqov Məhərrəm üstümə şər atdı ki,siz virus daşıyıcısınız,rədd ol otağımdan deyərək azyaşlı uşağımla məni otağından tulladı.Uşağım pis halda olarkən mənə tibbi yardım edən olmadı.Axı insanlıq lazım,insaf lazım.Sadıqov Məhərrəm dedi ki,get hara müraciət edirsən et,vecimə deyil.Axı prezident özü uşaqları görəndə onları öpmək üçün uşaqların üzündə gülüş yaradır,vətəndaşlarla xoş davranır.Bəs tibb işçiləri niyə özbaşınalıq edir,özünü böyük aparır? Mən dedim prezidentimin xəbəri yoxdur siz burda haqsızlıq edirsiniz.Sadıqov Məhərrəm mənə sual olaraq dedi,aparatı mənə kim alıb?Öz zəhmətim ilə almışam.Kimə şikayət edirsən et,sənin oğlunu yoxlamayacam,otağımdan rədd ol və sair kişiyə yaraşmayan sözlər işlətdi.Bir olan Allahım şahiddir ki,siz tibb işçilərinin maaşını artırmısınız ki,biz vətəndaşı əzsin,təhir etsin.Uşaqları,qocaları qorumaq lazımdır.Diaqnostika Mərkəzində deyirlər qocalar və uşaqlar maska taxmasınlar.Niyə axı?Məqsəd nədir?Virusdan hamı qorunmalıdır.Xahiş edirəm məni tək qoymayın.Bu çətin gündə mənim heç kimim yoxdur. Varlı,pullu deyiləm.Həkimlər uşağıma baxmır,məni təhqir edir.Axı 6 yaşlı uşağın nə günahı var? Belə haqsızlıq olmaz.Sizdən dönə-dönə xahiş edirəm,Sadıqov Məhərrəmi işindən azad edin.O mənə dağ çəkdi.Oğlum gözümün önündə ölürdü.(USM) etməli idi.Mənim səsimə səs verin.Xahiş edirəm.Yalvarıram,imkan verməyin haqsızlıq baş alıb getsin.Baş həkim Nəsib doktor özü çox gözəl insandır.Əməliyyatda olduğu üçün xəbərsiz olub.Baş həkimin müavini Kamil doktor Məhərrəm doktorla əlbir olaraq məni təhqir etdi.Gözümün işiğı bircə balam var.Bəxti qara ,talehsiz qadınam.Ümid yerim sizsiniz.Böyük ümidlərlə Abdullayeva F.A."
“Bizi Azərbaycana verin. Burada yaşamaq istəmirik!” – Ermənilərdən ŞOK müraciət – VİDEO “Bizi Azərbaycana verin. Burada yaşamaq istəmirik!” – Ermənilərdən ŞOK müraciət – VİDEO Video / Kriminal Şəmkirdə icra başçısı görün nə edir... - Varlılardan alıb, öz adından kasıblara paylamaq istəyir... Şəmkirdə icra başçısı görün nə edir... - Varlılardan alıb, öz adından kasıblara paylamaq istəyir... Bolge Parisdə erməni iyrəncliyi — Raşida Datiya qarşı görün nə etdilər Parisdə erməni iyrəncliyi — Raşida Datiya qarşı görün nə etdilər Hadise “Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR “Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR Siyaset Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü? Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü? Maraqli