Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? - İTTİHAM
Sosial / Dunya
Oxunub: 748
8 iy 2020 | 22:22
Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? - İTTİHAM


Bildiyimiz kimi bu gün xarici ölkəkərin beynəlxal miqyasda kifayət qədər tanınan bir cox şirkətlərının Azərbaycanda rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Əsasən neft-kimya sənayesi sektorunda fəaliyyət göstərən bu kimi şirkətlər, işlərini beynəlxalq standartlara uygun şəkildə qurmaqla yanaşı,Azərbaycan qanunvericiliyinin tələblərinə də ciddi şəkildə riayət etməklə həyata keçirirlər. Amerika və inkişaf etmiş bir çox Avropa dövlətlərindən Azərbaycanda iş görməyə gələnlər arasında bu gün qardaş Türkiyəni təmsil edən şirkətlərə daha çox rast gəlmək olar.

Azərbaycana iş görmək adı ilə gələrək rəsmi nümayəndəliyini açan böyük şirkətlərdən biri də “Polat Yol Yapı Sanayi ve Ticaret .A.Ş.”-dır. Sözügedən şirkət qardaş Türkiyə Cümhuriyyətində hələ 1975-ci ildən təsis olunub.Yarandığı gündən bu günə qədər maliyyə və texniki imkanları ilə Türkiyənin infrostruktur bazarındakı mövqeyini beynəlxalq səhnəyə daşımaqla dünya miqyasında bir şirkətə çevrilmişdir.Şirkət hal hazırda dünyanın bir çox ölkələrində rəsmi nümayəndəliklərini açmaqla iri infrostruktur layihələrinin həyata keçirilməsində əsas pay sahiblərindən biridir.”Polat Yol Yapı” Türkiyədə də,iş gördüyü bütün digər ölkələrdə də yerli qanunvericiliyn tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.

Şirkətin Azərbaycandakı nümayəndəliyi 2007-ci ildə açılıb.Azərbaycanda gördüyü ilk işi barədə konkret məlumatımız yoxdu.Rəsmi məlumatlarda şirkətin adı Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidən qurulması işləriniin həyata keçirilməsində hallanır. Bu barədə 4 noyabr 2015-ci ildə yolun açılışında sabiq Nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısı İlham Əliyevə məlumat verəndə bəlli olur. Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin tikintisini 14 oktyabr 2015-ci il tarixinədək “Azərinşaatservis” MMC yerinə yetirmiş, 29 iyul 2016-cı il tarixindən isə “Polat Yol Yapı Sanaye və Ticarət” A.Ş. davam etdirib.Daha sonra “Polat Yol Yapı” şirkəti Oğuz dairəsindən Zarağan-Qəbələ şəhərinə qədər olan 42 km yolun da asfalt-beton işlərini həyata keçirib.Ölkə başçısı tərəfindən açılışı 2018-ci ilin fevralında olan Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərini də “Polat Yol Yapı” şirkəti həyata keçirib.Hazırda şirkət Bakıdan Rusiya sərhəddinə olan mağıstral yolun yenidən qurulması işlərinin də həyata keçirilməsində iştirakçıdır. Bütün bunlar öz yerində. şirkət iş görür,pul qazanır. Lakin bu işləri gördükdə Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edirmi?

Aktualinfo.org əldə etdiyi məlumatlar ətrafında apardığı araşdırmalarda “Polat Yol Yapı” şirkəti məxsus olduğu Türkiyə və çalışdığı digər xarici ölkələrdən fərqli olaraq,Azərbaycanda qanunvericiliyin tələblərinə uyğun olaraq yox, yerli məmurların iş prinsipi ilə fəaliyyət göstərir. Yerli məmurların iş prinsipi isə Azərbaycanda hər kəsə məlumdur. Layihə-smeta sənədlərində göstərilənləri minimuma endirib bu yolla maksimum pul qazanmaq.Çox təəssüflər olsun ki,”Polat Yol Yapı”-nın rəhbərliyi də məhz bu yolu seçib və bu, şirkətin gördüyü işlərdə özünü açıq-aydın biruzə verir.

“Polat Yol Yapı” şirkətinin gördüyü işlərdə buraxdığı ciddi nöqsanlar yuxarıda qeyd etdiyimiz Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidən qurulması işlərinindən üzə çıxmağa başlayıb. Yolun bir neçə il olar istismara verilməsinə baxmayaraq,artıq dağılması burada hər şeyin heç də texniki şərtlər əsasında aparılmadığını göstərir.Belə ki,ümumi eni 12 m, asfalt-beton örtüyünün isə eninin 8 m olması göstərilməklə, uzunluğu 35000 m olan asfalt yolun qalınlığı 21 sm nəzərdə tutulmuş asfalt-beton örütyünün 3-cü qatı ümumiyyətlə vurulmamış və nəticədə sənədlərdə qeyd edildiyi kimi 3-cü texniki dərəcəli deyil, 4-cü texniki dərəcəli olmuşdur. Bundan əlavə isə Nəqliyyat Nazirliyinin sifarişi əsasında həyata keçirilən 35 km uzunluğunda müasir standartlara cavab verməli olan asfalt yolun çəkilişi zamanı smeta-planda qeyd edildiyi kimi, 101,6 min kub.m. əsasın alt layının 25 sm qalınlığında tikinti normalaraına uyğun olaraq qırmadaş qarışığından tikilməsi nəzərdə tutulub. Lakin şirkət tərəfindən bu tikinti materialı əvəzinə yaxınlıqdakı Şin, Gürmük, Qaşqaçay vadilərindən xam daş-çınqıl qarışığı daşınaraq istifadə edilmişdir.Beləliklə də şirkət çay yataqlarını qanunsuz mənimsəyərək yerli ekologiyaya ciddi ziyan vurulmaqla yanaşı, yerli tikinti materiallarından istifadə etməklə ayrılmış dövlət vəsaitinin təyinatından kənarlaşdırılmasına yol verilmiş, yolun çəkilişini layihə smeta dəyərindən çox ucuz həyata keçirmişdir. Lakin kağız üzərində isə yuyulmuş və xüsusi ölçüdə doğranmış qırmadaş qarışığından istifadə edildiyi sənədləşdirilmişdir.

“Polat Yol Yapı” şirkətiin daha bir qanunsuzliğu 2017-ci ildə Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirdiy zaman yerli sakinlərin sosial şəbəkələrdə yaydıqları şikayətlərindən və dövrü elektron mətbuatın verdiyi məlumatlardan məlum olur. Belə ki, yolun çəkilişi zamanı şirkət tərəfindən Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar edilməsi,talanması bildirilir.Sözügedən məlumatlarda qeyd olunur ki “Polat Yol Yapı” şirkəti dövlət qurumları ilə bağladığı müqavilənin şərtlərinə uyğun iş görmək əvəzinə yerli İcra Hakimiyyətinin rəhbəri ilə əlbir olaraq qeyri-qanuni yollarla Ağcabədidə Azərbaycan xalqının mili sərvətini talan etməkdədir.Belə ki,Mingəçevir -Bəhrəmtəpə yolunun tikintisini davam etdirən “Polat Yol Yapı” şirkəti, tikinti üçün istifadə edilən qum, çınqıl materillarını Qarqar çayından daşımaqla həll edib ki,bu da yol çəkilməsi üçün nəzərdə tutulan çınqıl və quma ayrılan vəsaitlərin mənimsənilməsinə gətirib çıxarıb.

“Polat Yol Yapı” şirkətinə Azərbaycanda bu kimi qanunsuzluqlar törətməsinə kimlər şərait yaradır?Azərbaycanda yol verdiyi qanun pozuntularını Türkiyədə edərsə,”görəsən “Polat Yol Yapı” şirkətinin aqibəti necə olar? Yaxud da Azərbaycanda çəkdiyi yolları Türkiyədə,öz sözləri ilə desək yaparsa bu şirkətin aqibəti necə olar? Ümumiyyətlə bu şirkətin Azərbaycana gəlməsində və burada iri infrasruktur layihələrinin iştirakçısına çevrilməsində kimlərin rolu var? Yuxarıda qeyd etdiyimiz kimi şirkət Azərbaycanda 2007-ci ildən dövlət qeydiyyatına alınııb. Həmin dövrdə Azərbaycanın yolları iki nəfərin,Ziya Məmmədov və Cavid Qurbanovun əllərində olub. Yəni, onların razılığı olmadan bu bazara hər hansı bir şirkətin girməsi mümükün deyildi.Məlum olduğu kimi,Ziya Məmmədov bu sahədə artıq yoxdur,amma Cavid Qurbanov fəaliyyətini hələ də davam etdirir.”Polat Yol Yapı” şirkəti də artıq yeni layihələrin əsas iştirakçılarından birinə çevrilib. Məlumatlara görə Bakı-Qəbələ dəmir yolu xətinin bir hissəsini də məhz bu şirkət həyata keçirir.

Burada daha maraqlı məqam isə şirkətin Azərbaycanda qeydiyyatdan keçməsindədir. Belə ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “POLAT YOL YAPI SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycandakı filiali 08.02.2007-ci il tarixdə Gəncə şəhərindəki 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Goranboy rayonun Nadirkənd kəndi olan şirkətin qanuni təmsilçisi Aydın Polatdır.

Maraqlıdır,əsas ofisi İstanbulun Kadıköy məhəlləsində olan,Bakıdakı ofisi Hüseyn Arif 24-də yerləşən “Polat Yol Yapı” şirkətinin Goranboy rayonun Nadirkənd kəndi ilə nə kimi bağlılığı var? Məşhur Kadıköy hara,Nadirkənd hara?Şirkət nə üçün məhz Nadirkənddə qeydiyyata alınıb? Bizi izləyin
Aktualinfo.org
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR