5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR
Sosial / Dunya
Oxunub: 1 341
22 iy 2020 | 21:09
5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR


Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, hər zaman aktuallığı ilə hər kəsin diqqətini cəlb edib.

Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elm olmaqla bərabər, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini və dialеktikasını da izahlı şəkildə öyrədir.

5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR


Bir sözlə, müasir bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, bir o qədər də çətin məsələdir. Bütün bunlara baxmayaraq, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturunda vəzifə sahibi olan elə şəxslər var ki, onlar ekologiyamızın bu yöndə əhəmiyyətinə məhəl qoymurlar, açıq-aşkar şəkildə bu sahəyə qənim kəsilirlər, yeri gəldikdə şəxsi maraqlarının həlli yöndə minbir hoqqalardan çıxıb hər cür qanunsuzluq əməllərinə də qol qoyurlar. Bənzəri olmayan qanunsuzluqlara qol qoyan vəzifə sahiblərindən biri də, Nazirliyin nəzdindəki “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin rəhbəri Samir Fərəcovdur.

5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR


Çünki, 2019-cu ildə adı çəkilən bu idarənin rəhbəri qeyri-rəsmi şəxslərlə əlbir olaraq elə bir qanunsuzluq əməllərinə qol qoyub ki, sanki həmin mənzərəni gördükcə şoka deyil, birbaşa “şökə” düşməli oluruq. Belə ki, adı çəkilən bu idarə rəhbərinin qol qoyduğu qanunsuzluq əməlləri ilə bağlı məlumatlar redaksiyamıza çatdırılqdan sonra, məhz qarşı tərəf olaraq Samir Fərəcovdan sadalanan faktlara münasibət öyrənmək üçün, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinə rəsmi qaydada müraciət etdik.

5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR


Məsələnin maraqlı tərəfi o oldu ki, 14 may 2020-ci il tarixdə 5 saylı Yaşıllaşdırma idarəsinin rəisinə ünvanladığımız 228 saylı məktubumuza qarşı tərəf 15 may 2020-ci il tarixdə 5Yİ/15 saylı məktubla cavab verdi. Verilmiş cavab məktubunda yazılmışdır ki, “2017-ci ildə qeyd olunan əraziyə tərəfimizdən müxtəlif cinsli ağac və kol bitkiləri əkilmişdir. 2019-cu ildə vətəndaş İsmayılov Rəşad Rəhim oğlu həmin ərazinin 2007-ci ildən ona məxsus olması tələbi ilə bağlı bizə müraciət etmişdi. Elə ki, Rəşad İsmayılovun belə bir iddia tələbi əsasında Dövlət Reyestri Xidmətinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirildi və qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları vuruldu, o halda bəlli oldu ki, qeyd olunan ərazi Rəşad İsmayılova məxsusdur. Belə bir səbəb üzündən də, 2019-cu ilin sonlarında həmin ərazidəki müxtəlif cinsli ağac və kol bitkiləri tərəfimizdən çıxarıldı və ərazinin digər sahələrinə köçürüldü. Mübahisəli torpaq sahəsi isə, vətəndaşın özünə qaytarıldı”.

5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Muxtar Babayevə necə “kələk gəlir?”- ŞOK FAKTLAR


“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Samir Fərəcovun Gundemxeber.Az saytının redaksiyasına verdiyi belə bir cavab məktubundan sonra, Ekalogiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə 17 iyun 2020-ci il tarixdə rəsmi qaydada məktub ünvanlamalı olduq. Ünvanladığımız bu məktuba isə, 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Mübariz Vəliyevin imzası ilə təsdiq olunmuş 1425 saylı məktubla cavab verildi. Bu məktubda isə qeyd olunmuşdu ki, “Bakı-Şamaxı magistral avtomobil yolunun 25-ci km-də yolun sol tərəfində 15 iyun 2020-ci il tarixdə, hansı ki, ikinci dəfə xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda saat 15:20 radələrində 5 saylı Yaşıllaşdırma idarəsinin xidməti ərazisinin 1-ci sahəsində 0,39 ha sahədə yanğın hadisəsi baş verir. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası baş vermiş yanğın hadisəsinin qarşısını alır və bu gün də, adı çəkilən qurumda hadisəsinin başvermə səbəbləri araşdırılmaqdadır. Yanğın hadisəsi zamanı müxtəlif sayda ayrı-ayrı ağac növləri, yəni cəmi 34 ağac yanaraq məhv olmuş və bununla bağlı 5 saylı Yaşıllaşdırma idarəsində akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda yanğın hadisəsinin naməlum şəxs tərəfindən törədildiyi və bununla bağlı Qaradağ RPİ-nə rəsmi qaydada müraciət olunduğu da bildirilir”.

Əslində vəzifə sahibi olan şəxslərin verdikləri bu cür absurd cavablar, baş aldatmaqdan başqa bir şey deyil. Çünki, qeyd olunan ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxarılaraq məhv edilməsi prosesi, məhz 2019-cu ilin son aylarında həyata keçirilib. Yəni, qarşı tərəfin qeyd etdiyi “köçürülmə” prosesi yanğın hadisəsindən çox-çox əvvəl həyata keçirilir və bunların bir-biri ilə heç bir bağlılığı yoxdur. Hazırda redaksiyamızda zeytun və müxtəlif cinsli ağacların 2019-cu ilin son aylarında kökündən çıxarılaraq məhv edilmə kadırları var. Ona görə də, təqdim edəcəyimiz video-çəkiliş əsasında lazımi araşdırma işlərinin aparılması və bununla bağlı redaksiyamıza rəsmi qaydada cavabın verilməsi, bu gün bizim üçün olduqca önəm daşıyan məsələlərdəndir. Düşünürük ki, Siz belə bir problemin olduqca diqqətli və lazımınca araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırığınızı verəcəksiniz. Əgər diqqətli araşdırma işləri aparılarsa o halda bəlli olar ki, qeyd olunan iki hektardan artıq ərazidəki zeytun və müxtəlif cinsli ağacların çıxardıldığı torpaq sahələri fərdi şəxslərə satılmışdır. Onlar da, həmin torpaq sahələrində özləri üçün fərdi yaşayış evləri inşa etmişlər və bu gün bəzi evlər inşa olunmaqdadır. Ardı var…!
Mövzunu diqqətdə saxlayacağıq.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)