29-07-2020, 12:42 Oxunub: 1 462

Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR

Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR


“ETSN rəsmən təbiəti bazara çıxarıb. Artıq indiyənə qədər toxunulmaz olduğu qəbul edilən Milli Parkların ərazilərinə müştəri axtarırlar. Şirvan Milli parkının Salyan rayonu Yenikənd kəndi yaxınlığındakı ərazilərində minlərlə hektar ərazini kənd təsərrüfatına cəlb etmək istəyirlər. Bu işlər Mili Park ərazinin özgəninkiləşdirilməsinə gətirib çıxaracaq ki tamamilə qanunsuzdur və yolverilməzdir.
Müştəri isə general rütbəli şəxsdir. Generallar var şəhid olur, generallar var çobanlıqla, əkinçiliklə baş qatır. Ad çəkmək istəmirik. Bu əməllərinizdən əl çəkin. Ölkəmiz səhralaşma və quraqlıqla üz üzə qalıb.
Kənd camaatı şikayətçidir. İndiyə qədər bir keçinin keçməsinə icazə verməyən Milli Park rəhbərliyi indi kənd camaatını inandırmağa çalışır ki, bu yerlər əkinə və otarmaya cəlb ediləcək və sizə aidiyyatı yoxdur.”
Azerinfo.tv xəbər verir ki, məlumatı “facebook” social şəbəkəsinsə “ecofront”səhifəsi paylaşıb.
Qeyd edək ki, səhifənin paylaşımları sırf ekologiyanın qorunması ilə bağlıdır.
Səfudə yazılır ki, Milli Park Azərbaycanda təbiətin xeyrinə güzəştə gedilmiş tək tük yerlərdən biridir. Və biomüxtəlifliyin mühafizəsi sahəsində tək tük uğurlu proyektlərdən biridir.
Əkinlər gəlsə ceyranlar kütləvi zəhərlənəcək və minlərlə hektar yaşam arealını itirəcəklər. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. ETSN artıq heç bir qırmızı xətt tanımır!
Daha sonrakı paylaşımlarda Milli Parkdakı qoruq ərazisini fermaya çevirmək istəyən şəxsin adı qeyd edilib:
“Sizə müştərinin kim olması bu qədər maraqlıdırsa, bu sizin üçün nəyisə dəyişdirəcəksə söhbət Ədliyyə Nazirinin müavini Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Əkbər oğlu Həsənovdan gedir. Təbii ki, sənədlərdə onun adı olmayacaq. Amma özü şəxsən dəfələrlə ərazidə olub işin təşkilində iştirak edib. Ərazidə hamı bilir ki, buralar onundur.
Bu il artıq yüzlərlə hektarı icarəyə götürüb şumlayıb. İndi isə həmin yerləri və daha artığını tam mənimsəmək istəyir. Qoyunlarını da əraziyə gətirmək istəyir.
Ps. Ədliyyə general-leytenant Ceyhun Həsənov əslən Salyan rayonundandır.”
Qarşi tərəfi dinləyə bilərik.


Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR
Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR
Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR
Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR
Şirvan Milli Parkı məhv edilir: Ceyranları qoruqda generalın qoyunları əvəzləyəcək-FOTOLAR
Hirkan Milli Parkındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT Hirkan Milli Parkındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT Hadise Şəhərin mərkəzi parklarından birində cütlük cinsi əlaqəyə girdi - (18+) FOTOlar Şəhərin mərkəzi parklarından birində cütlük cinsi əlaqəyə girdi - (18+) FOTOlar Hadise Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişlənir - Siyahı Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişlənir - Siyahı Maraqli Bakıda pulsuz Bakıda pulsuz "Wi-Fi" artıq bu ərazilərdə də olacaq Maraqli AAAF Park camaatı elə peşman edib ki... Şirkətin qurumlarla problemi bitmir AAAF Park camaatı elə peşman edib ki... Şirkətin qurumlarla problemi bitmir Sosial