31-07-2020, 09:00 Oxunub: 150

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur


Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayram miladi təqvimlə iyulun 31-nə təsadüf edir.

Bu il koronavirus pandemiyası səbəbindən ölkənin bütün məscidləri bağlı olduğundan Qurban bayramı namazı qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazlarının ailə daxilində qılınması məqbul hesab edib.

Eyni zamanda bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilən yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.

Məlumat üçün bildirək ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.

Xatırladaq ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ Sosial Qurban bayramı üçün qoyun almaq istəyənlərin nəzərinə! Qurban bayramı üçün qoyun almaq istəyənlərin nəzərinə! Sosial Məscidlərdə bayram namazı qılınıb Məscidlərdə bayram namazı qılınıb Medeniyyet Azərbaycanda Qurban bayramı qeyd olunur Azərbaycanda Qurban bayramı qeyd olunur Sosial Azərbaycanda Qurban bayramı qeyd olunur Azərbaycanda Qurban bayramı qeyd olunur Sosial