Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?
Sosial
Oxunub: 458
8 apr 2021 | 21:43
Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?


Erməni işğalından azad edilmiş rayonlara media mənsublarının səfəri davam edir. Reportyor.info xəbər verir ki, bu dəfə bir qrup jurnalist Zəngilan rayonuna aparılıb.
Bundan əvvəlki səfər Ağdam şəhərinə olmuşdu. Lakin səfərin təşkili ciddi narazılıq doğurmuşdu. Media nümayəndələrinin əhəmiyyətli hissəsinin səfərdən kənarda qalması, Ağdama aparılan qrupun tərkibi hər kəsin təəccübünə səbəb olmuşdu. Xüsusilə, 44 günlük İkinci Qarabağ Savaşı zamanı Ermənistanla infromasiya savaşında faəllıq göstərən media quruluşlarının rəhbərləri, ayrı-ayrı jurnalistlər Ağdama aparılmamasından narazılıq edirdilər. Hələ bu səfər zamanı belə iddialar səsləndirilirdi ki, işğaldan azad edilmiş rayonlara səfərlər Prezident Admnistrasiyasının tərtib etdiyi siyahı əsasında təşkil edilir. Adı siyahıda olmayan hər hansı jurnalist, siyasi və ya ictimai fəal həmin səfərdə yer ala bilməz.
Bu dəfəki səfər də media camesində narazılıq doğurub. Yenə də səfərə əsasən ictimai rəyə təsir imkanları aşağı olamayan, yaxud ümumiyyətlə olmayan media mənsubları aparılıb. Doğrudur, Zəngilana səfər edən tərkibə bir neçə tanınmış jurnalist də var. Amma səfərdən kənarda qalan media mənsubları deyir ki, həmin şəxslər imitasiya üçün tərkibə əlavə edilib.
İddialara görə, işğaldan azad edilmiş rayonlara səfərə aparılan jurnalistlərin siyahısını Prezident Admnistrasiyasının sektor müdiri Vüqar Əliyev tərtib edir.
Vüqar Əliyev Prezidentin keçmiş köməkçisi, Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdiri Əli Həsənovun kadrı kimi tanınır. O uzun illər keçmiş şöbə müdirinin yanında çalışıb. Əli Həsənovun karyerasının son dövrlərində isə Vüqar Əliyev onun müavini olub.

Əli Həsənovla bağlı məsələ aydındır. Uzun illər ictimai-siyasi sahəni kurasiya edən keçmiş köməkçinin medianı hansı vəziyyətə saldığı bəllidir. Əli Həsənovun dövründə media mənsubları iki qrupa bölünmüşdü: Əli Həsənovun patronajlığını qəbul edən jurnalistləri və ona asi çıxanlar. Asilər keçmiş köməkçinin direktivləri əsasında işləməyi qəbul etməyən media mənsubları idi. Əli Həsənov bütün qapıları onların üzünə qapatmışdı. Yalnız özünün nəzarətində olan jurnalistlər ən müxtəlif üsullarla önə çəkilirdi ki, bu da mediaya təsadüfi, konyuktur maraqları peşə etikasından üstün tutan, insanları ləkələməyi, şərləməyi jurnalistikanın başlıca prinsipi hesab edən adamların doluşması ilə nəticələnmişdi.
Əli Həsənovun media üzərindəki “hakimiyyəti” illərində keçmiş köməkçinin mətbuatla bağlı qara işlərini əsasən Vüqar Əliyev görürdü. Elə bu səbəbdəndir ki, Əli Həsənov işdən çıxarılarkən Vüqar Əliyevin də Prezident Admnistrasiyasından kənarlaşdırılması gündəmə gəlmişdi. Amma hansısa sehrli əl Əli Həsənovun kadrını xilas elədi.
Əli Həsənovdan sonra media sahəsində vəziyyətin düzələcəyinə ümidlər artmışdı. Düşünülürdü ki, mətbuat keçmiş köməkçinin dəstəyi ilə “tanınmış baş redaktor”, “tanınmış jurnalist” olanlar media cameəsindən uzaqlaşdırılacaq. Mətbuat nəhayət, hansısa məmurun qaydaları, şəxsi istəyi ilə deyil, jurnalistika prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu gün vəzifədə olan məmura yaltaqlanıb, sabah o işdən çıxarılanda alovlu tənqidçiyə çevrilən “jurnalistlər” üçün meydan daralacaq. Yeri gəlmişkən, Əli Həsənov işdən çıxarılanda onu ən çox tənqid edənlər vaxtilə keçmiş köməkçinin hər sözünə “ləbbeyk” deyənlər idi.

Təəssüf ki, Əli Həsənov işdən çıxarılsa da, onun sistemi hələ fəaliyyətdədir. Müşahidələr göstərir ki, media ilə bağlı heç nə dəyişməyib. Yenə də eyni adamlar ortalıqdadır. Sadəcə bu dəfə bəh-bəhlə şəkil çəkdirdikləri şəxs Prezidentin keçmiş köməkçisi Əli Həsənov yox, Prezidentin indiki köməkçisi Hikmət Hacıyevdir. Bu Vüqar Əliyevin timsalında Əli Həsənovun kadrlarının hələ də iş başında olması ilə əlaqəli ola bilərmi? Bu sualın cabaı açıq qalır.

REPORTYOR.info
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO