Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə korona bazarı
Gundem / Sosial
Oxunub: 588
22 apr 2021 | 21:47
Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə korona bazarı


Azərbaycanda əhali bilmir ki, koronavirusla, yoxsa ondan daha təhlükəli olan rüşvətxorluqla mübarizə aparsın. İndi səhiyyə mafiozları bu iki xəstəliyin sintezini də yaradıblar və hazırda infeksiya üzərindən böyük pullar dövr edir: bura çarpayıların azlığı bəhanə edilərək yerlərin xəstə yaxınlarına satılmasından tutmuş dərmanların fantastik qiymətlərinə qədər bir “korona paketi” daxildir.
Dəhşətli və əcaib mənzərə odur ki, dünyanın heç bir ölkəsində pandemiya ilə mübarizə korrupsiya elementinə çevrilməyib. Ən azı bu məsələdə üçüncü dünya ölkələri belə vicdansızlığa yol vermirlər və anlayırlar ki, bəşəriyyət üçün bir bəla gəlib, xalqı xəstəlikdən qurtarmaq, maksimum az itki ilə pandemiyadan xilas olmaq lazımdır.
Anaxeber.info-ya gələn məlumatlar, sosial şəbəkədə yayılan informasiyalar, o cümlədən mötəbər KİV-lərdə dərc olunan xəbərlər belə deməyə əsas verir ki, Azərbaycanda koronavirus alver predmetinə çevrilib, bundan varlananlar var və bu biznesin başında duranların ifşası üçün TƏBİB-lə Səhiyyə Nazirliyi tərəfindən heç bir addım atılmır.
Buradan iki nəticə çıxarmaq mümkündür: ya elə sözügedən qurumlarda vəzifəli şəxslər həmin rüşvətin, bazarın başında dayanıb, ya da TƏBİB və Səhiyyə Nazirliyi yarıtmaz, bacarıqsız, səriştəsiz, laqeyd fəaliyyət göstərirlər.
Bəs soruşula bilər ki, virusla mübarizədə özbaşınalıqlar konkret olaraq nədən ibarətdir. İlk növbədə yoluxmaların artdığı zamanda bəzi modul tipli xəstəxanalar çarpayıların azaldığını bəhanə gətirməyə başlayırlar.
Bu zaman xəstə yaxınları məcbur olaraq “makler” tapmağa, xəstəsini yerləşdirmək üçün danışıq aparmağa çalışır. Və nəticədə xəstə yaxını 1500-2000, bəzi hallarda 3000 manat verərək palatada yer ala bilir. Deməli, çarpayı yeri az deyilmiş, sadəcə virusdan da pul qazanan əqidəsizlər var. İddialara görə, belə hallar FHN-ə məxsus Zığdakı modul tipli xəstəxanada yaşanıb. Sosial şəbəkələrdə yazılanlardan və ayrı-ayrı insanların söhbətlərindən məlum olub ki, 1500-2000 manat rüşvət verməklə xəstəni yerləşdirirlər.
Həmçinin xəstə müalicə aldığı günlərdə ona qulluq edən tibb işçilərinə “hörmət” etməyəndə lazımı qayğı göstərilmədiyi deyilir. Məsələn, oksigen aparatına qoşulan xəstənin boğazı tez-tez quruyur, mayeyə ehtiyacı yaranır, amma onları vaxtı-vaxtında su damcısı ilə təmin etmirlər.
Bu məlumatlar faktiki olaraq xalq içində dolaşır və nə TƏBİB, nə rəhbəri Ramin Bayramlı, nə Səhiyyə Nazirliyi, nə onun pandemiya dövründə qəhətə çıxan rəhbəri Oqtay Şirəliyev təftiş aparırlar.
Eyni zamanda, dərmanların fantastik qiymətə satışında açıq bazar ounu gedir. Halbuki həmin dərmanları dövlət alaraq ölkəyə gətirir və vətəndaşın müalicəsi üçün təmənnasız olaraq, istifadəyə buraxır.
Deyəsən, “qara maskalı” oğlanın səhiyyə sektorunda da görünməsinə zərurət yetişir. Çünki əhalinin pandemiya dövründə maddi vəziyyətinin çətinləşdiyi zamanda, xəstəliyin tüğyan etdiyi dövrdə faşist münasibət sərgiləmək, pulu olmayanı çölə atmaq, müalicə etməmək bağışlanmaz cinayətdir. Ancaq məsələ bu tənqidlərlə həll olmur, TƏBİB rəhbərliyi hara baxır? Nə üçün modul tipli xəstəxanalarda yoluxmuş xəstələrin yerləşdirilməsinin 2000-3000 manat rüşvətlə olduğunu araşdırmır?
R.Bayramlı pandemiyanın ilk vaxtlarında Operativ Qərargahın brifinqlərində bir-iki dəfə göründükdən sonra qeybə çəkilib. Hərçənd, hər gün canlı yayıma çıxmalı, xalqa hesabat verməli, epidemiyanın tempi, bizi gözləyən təhlükələr, qarşıda dördüncü dalğanın olub-olmayacağı, vətəndaların şikayət və narazılıqları, dərmanların satılması və s. suallara cavab, izahat verməlidir. Bunu da Prezident etməlidir?
Anaxeber.info bildirir ki, başqa bir iddialar vaksinlərin vurulması prosedurunda rüşvətin ayaq açmasıdır. Belə məlumatlar gəzir ki, peyvənd olunmaq istəməyən vətəndaşlar poliklinikalarda həkimə, yaxud tibb bacısına pul verməklə bu prosesdən yayınır, vərəqədə isə onun vaksin edildiyi qeyd olunur.
Əgər bu cür cinayətlərə yol verilirsə, mütləq şəkildə hüquq-mühafizə orqanları araşdırma aparmalıdırlar. Lakin ondan əvvəl TƏBİB və Səhiyyə Nazirliyi bu iddiaları yoxlamalı, neqativləri aradan qaldırmalıdır. Hər halda belə iddialar meydana çıxıbsa, “od olmayan yerdən tüstü çıxmaz” deməkdir və R.Bayramlı “Yalandır” söyləməklə bundan boyun qaçıra bilməz.
Eynilə testlərin götürülməsində yanlış nəticələr də ciddi narazılıq yaratmaqdadır. Elə bu günlərdə Ağ partiya sədri Tural Abbaslının bir testində pozitiv, digər testində neqativ çıxmışdı. TƏBİB rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir.
Ümumiyyətlə, Azərbaycanın səhiyyə sisteminin çoxdan qanqrena olduğu, can verdiyi haqda yazmışıq. Sadəcə, pandemiya dövründə bu eybəcərliklər daha da qabarıq şəkildə üzə çıxdı.
Əslində heyrətamiz reallıqdır ki, səhiyyəsi təpədən-dırnağa qədər rüşvət çirkabına bulaşmış ölkədə pandemiya ilə necə mübarizə apara bilirik.
Bunun üzərinə yarıtmaz idarəçilər, mafioz şəbəkələr, etimadı doğrulda bilməyən TƏBİB və bivec Səhiyyə Nazirliyi gələndə daha fəlakətli dekorasiya yaranır.
Yeri gəlmişkən, musavat.com da koronavirus biznesi ilə bağlı ciddi iddialar yazıb və görünür ki, heç də deyilənlər əsassız deyil, artıq media həyəcan təbili çalmağa başlayır. Sayt yazır ki, səhiyyə sisteminin içində oluşan gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar! Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Deməli, mürgüləyən TƏBİB və rəhbərliyi “qış yuxusundan” ayılsa, epidemiyanın yaz dalğasında nələr baş verdiyini anlayar.
Anaxeber.info
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?