“Vaqif İsmayılov talana başlayıb” - “Azəraqrar”ın Mərkəzi Aran Regional İdarəsində nələr baş verir?..
Bolge
Oxunub: 440
28 may 2021 | 11:52
“Vaqif İsmayılov talana başlayıb” - “Azəraqrar”ın Mərkəzi Aran Regional İdarəsində nələr baş verir?..


Nazirlik və EB onlara aid olan 20 min hektar ərazidə məhsulu toplayıb öz obyektinə daşıyan və idarəyə heç bir aidiyyatı olmayan Vaqif İsmayılovun qanunsuz və özbaşına hərəkətlərinə niyə reaksiya vermir?..

“Zamin Məmmədovhələ direktor təyin edilməyib, artıq onun adamları başlayıblar Mərkəzi Aran Regional İdarəsini talamağa. Əmin olun ki talamağa başlayıblar”.

Bu sətirlər “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin işçiləri adından PİA.az-a ünvanlanan məktubda yer alıb.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsində maraqlı hadisələr baş verir. İdarənin rəsmi işçiləri olmayan şəxslər işləri idarə etməklə və faktiki talanla məşğul olurlar. Bütün bu işlərin başında isə Beyləqan rayonundan olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vaqif İsmayılov durur. Bu barədə PİA.az-ın redaksiyasına ünvanlanan məktubda bildirilir ki, artıq Vaqif İsmayılov və adamları Mərkəzi Aran Regional İdarəsinə aid olan sahələrdə biçin işləri aparırlar.

Qeyd edək ki, bir neçə gündür ki, ölkə mətbuatında “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni direktör təyinatı ilə bağlı qamaqal xarakterli məlumatlar yayılır. Məlumatda qeyd olunub ki, Zamin Məmmədovun Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni direktör təyin ediləcəyi haqda yayılan xəbərlər indidən narazılıq yaradıb. Bildirilir ki, Zamin Məmmədov bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib, korrupsioner və dələduz məmur kimi ad çıxarıb.

Bu gün “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsində çalışanların PİA.az-a ünvanladığı məktubda bildirlir ki, idarərəyə hüç bir adiyyatı olmayan beyləqanlı iş adamı Vaqif İsmayılov Mərkəzi Aran Regional İdarəsinə aid olan torpaq sahələrdə yonca biçini ilə məşğuldur.

Burda maraqlı iş isə ondna ibarətdir ki Vaqif İsmayılov yonca biçinini gündüz yox, gecə aparır. Bundan başqa işçilərin iddiasına göprə Vaqif İsmayılov hər yerdə deyir ki mən Zamin Məmmədovun yaxın dostuyam və o, təyinatın alana qədər işlərə nəzarət edəcəm. Qeyd edilir ki, dünəndən bəri Vaqif İsmayılov 18 hektar ərazinin yoncasını biçdirib. Diqqət çəkən məslələrdən biri də odur ki, Vaqif İsmayilıov hazır preslənmiş yonca kiplərini bir hissəsini Sarısu yatağında olan fermasına daşıtdırır və bunu gecə saatlarında həyata keçirir. Qeyd olunur ki, Vaqif İsmayılov Regional idarədə işləyən digər qohumu Ceyhun Əsədovla yonca, arpa və buğda sahələrini gəzərək planlar qurur. Söhbət 20 min hektarın məhsulundan gedir və belə görünür ki, bu məhsul idarənin anbarlarına deyil, Vaqif İsmayılovun obyektlərinə daşınacaq.

Maraqlıdır ki, Regional İdarənin işçiləri Zamin Məmmədovun hələ idarəyə rəsmi təyinat almadığını bildirirlər. Buna baxmayaraq 5 gün əvvəl Zamin Məmmədov Mərkəzi Aran Regional İdarəsinə gəlib və özünü yeni təyin olunacaq direktor kimi təqdim edərək idarənin işçiləri qısa tanışlıq toplantısı keçirib. Elə həmin andan da qurumun işçisi olmayan, qurumda heç bir vəzifə və səlahiyyət sahibi olmayan Vaqif İsmayılov Regional İdarənin bütün işlərinə nəzarəti əlinə keçirib.

Məsələ ilə bağlı “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin, o cümlədən Kənd təsərrüfatı Nazirliyinin susması isə çoxlu sayda suallar yaradır. Nazirlik və EB kənardan gəlib onlara aid olan 20 min hektar ərazidə məhsulu toplayıb öz obyektinə daşıyan Vaqif İsmayılovun bu qanunsuz və özbaşına hərəkətlərinə niyə reaksiya vermir? Lap elə Zamin Məmmədov Regional İdarəyə direktör təyin olunsa belə, kənar şəxsin İdarənin bütün işlərini ələ keçirməsi hansı anlama gəlir?..

Bu arada “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin Mərkəzi Aran Regional İdarəsinin işçiləri mətbuatda gedən bir yanlışı da düzəldiblər. Məktub müəllifləri bildirir ki, Zamin Məmmədov Fəda Abbasovun deyil, nazir İnam Kərimovun həyat yoldaşının qohumu olduğunu bildirirlər. Zamin Məmmədovu da Mərkəzi Aran Regional İdarəsinə direktor qoymaq istəyən də məhz İnam Kərimovdur. Qeyd edək ki, daha əvvəl mətbuatda və sosial şəbəkələrdə Zamin Məmmədovun Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdir müavini Fəda Abbasovun qohumu olduğu bildirilmişdi.

Qarşı tərəfin mövqeyinmi dərc etməyə hazırıq…
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...