Lerik təhsilində NƏLƏR BAŞ VERİR? - İDDİA
Bolge
Oxunub: 408
7 in 2021 | 16:45
Lerik təhsilində NƏLƏR BAŞ VERİR? - İDDİA


Azərbaycanın təhsil sistemi özünəməxsus xüsusiyyətləri ilə vətəndaşlarımızı mat qoymaqda davam edir. Dünya üzrə texnologiyadan daha sürətli nə inkişaf edir deyə soruşsalar, düşünmədən deməliyik ki, bu bizim təhsil sistemimizdir. Yox düşünüb cavab versək o zaman, əsəb sistemimiz təhsil sistemimizin gününə qalacaq.
Biz aktual problemləri ümumiləşdirib şablonlarla ifadə etmək istəmirik. Hamısını ayrı-ayrılıqda təhlil etmək, iddiaları araşdırmaq şəffaflıq baxımından vacibdir. Çünki, bu xəstələnmiş sistemin təhsil şöbəsi ayrı, direktoru ayrı, müəllimləri ayrı dərddir. Pis hal odur ki, koronavirus kimi yayılan bu xəstəlik təhsilimizi öldürmür, süründürür.

Bu yaxınlarda, Lerik rayon Təhsil Şöbəsinin Müdiri Salayev Zöhrab deyib ki, mən vəzifəyə gələndən bəri şöbədə neqativ tərkibli, korrupsiyalı cinayətlər yoxdur. Müdir bu qeyri-adi hadisənin səbəbini belə izah edib ki, o, hər zaman məktəb direktorları və müəllimlər üçün DUA edir. Vay-vay, deyəsən, müdir özü üçün dua etməyi unudub…
Bu danışığın üzərindən az keçmiş müdir Lerik rayon Murya kənd tam orta məktəbin direktoru Əhməd Əhmədovu yanına çağırıb və deyib ki, mən Bakıya gedəcəm, iki hörmətli yoldaşa “çörək verib” yola salmaq lazımdır. Çörək müqəddəsdir, kiməsə çörək vermək savab işdir, amma və lakin… Kiminsə çörəyini alıb başqasına vermək necə işdir, hörmətli müdir?
Çörək məclisində spirtli içki qəbul etdikdən sonra Əhməd Əhmədov qərara gəlib ki, “sandıqdakı pambıqlara” azadlıq versin. O qədər dəyərli “ağ qızıl”a rəvamıdır gün üzünə həsrət qalsın? İnsaf da yaxşı şeydir…
Direktor etiraf edib ki, hər bir məktəb direktoru ayda Zöhrab müəllimə 200 AZN şirinlik verir. Sanmırıq ki, Zöhrab Salayev burada neqativ tərkibli, korrupsiya cinayətinə yol verir. Axı, müdirin duaları həmişə sizinlədir, hörmətli direktorlar.

Koronavirus Lerik rayonuna da düşərli olmayıb. İnternetin olmaması səbəbindən onlayn formatda dərslərin keçirilməsi mümkün olmayıb. Düşünürük ki. Zöhrab bəy Azərbaycan gələcəyinin əsas kadrları üçün səmimi qəlbdən narahatdır və onlar üçün də bolluca dua edib. Görəsən, şagirdlər də müdir üçün dua edirmi?
Əhməd müəllim deyib ki, Zöhrab bəy Balaşir bəydən daha yaxşıdır. Hətta Cəlil müəllim də “yeyən” imiş. O, onlayn təhsilin olmamasını isə birbaşa Vəligüllah müəllimlə əlaqələndirib. Onun məsuliyyətsizliyi, iş fəaliyyətinin səmərəsizliyi haqqında şikayətlənib. Yəqin ki, Əhməd müəllim Zöhrab müəllimdən onlayn təhsilin rifahı üçün dua etməsini xaiş edəcək. Yoxsa Lerik də vəziyyət çətindir. Pandemiya nə qədər davam edəcək, bunu heç kim bilmir.
Əhməd Əhmədov qonaqlığın bitməsindən sonra içkili halda “Chevrolet Niva” markalı avtomobilində sükan arxasına əyləşib. Bu özgüvənin, cəsarətin hardan gəldiyini izah edərkən açıqlayıb ki, Şəkidəki yüksək vəzifəli qohumuna güvənir.
Azərbaycan təhsilinin bugünki vəziyyəti bizim illər sonrakı taleyimizin təməlidir. İçki məclislərində həll edilən müqəddəratlar, müzakirə edilən qanunsuzluqlar, edilən iyrənc etiraflar ürək bulandırır. Ümid edirik ki, Lerik rayon təhsil söbəsində həm müdir, həm də direktor vəzifələrinin icrasında islahatlar aparılacaq, araşdırmalar ediləcək. Ya dövlət tərəfindən, ya da müdir Zöhrab Salayev tərəfindən. Zöhrab bəyin ilk görəcəyi iş Əhməd Əhmədovun spirtli içkilərdən uzaqlaşması üçün dua etməkdir. Yoxsa, vay sizin halınıza…
Təəssüf ki, hər şey bunlarla bitmir. Ardı var…
KAİM.az
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...