29-10-2020, 11:52 Oxunub: 131

Dəlixanada adı gedən şəxs işləyə-işləyə pensiya alırmış

Dəlixanada adı gedən şəxs işləyə-işləyə pensiya alırmış



Bir müddət əvvəl redaksiyamıza daxil olan məlumata görə, Zərdab rayon sakini Əliyeva Nüşabə Məmmədqulu qızı 2017-ci ildə Maştağa qəsəbəsində yeləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyata düşüb. Nüşabə Əliyeva xəstəxananın mühafizə xidmətinin Asim adlı əməkdaşının vasitəçiliyi ilə baş həkim müavini Aydın Səmədova “çıxıb”. Məlumatda bildirilir ki, Nüşabə Əliyeva ondan tələb olunan 1500 (bir min beş yüz) manat rüşvət tələbini ödəyərək, II qrup əlillik statusu əldə edib və bu status ona ta 2020-ci ilin yayına qədər dərəcəyə uyğun məbləğdə aylıq pensiya almaq imkanı qazandırıb. Lakin bir neçə ay əvvəl Nüşabə Əliyevanın sənədləri yenidən nəzərdən keçirilib və ona pensiya ödənişi dayandırılıb. O da məlum olub ki, Nüşabə Əliyeva həm xəstəxanada qeydiyyatda olduğu 2017-ci ilin yanvar-may aylarında, həm də pensiya aldığı ötən 3 il ərzində əmək fəaliyyəti ilə məşğul olub.
Bütün bu və digər məsələlərlə əlaqədar suallarla müraciət etdiyimiz həkim Aydın Səmədovdan arqumentləşdirilmiş cavab ala bilməsək də, sonradan o, vasitəçi olmuş mühafizəçi Asimlə birlikdə redaksiyaya gələrək qalmaqal yaradıb və araşdırmaçı jurnalisti, eləcə də həmin vaxt redaksiyada olmayan baş redaktoru hədələyib.
İnternet resurslarında 1 saylı Respublika Psixiatriya Xəstəxanasında baş alıb gedən qanunsuzluqlar haqda kifayət qədər məlumatlar vardır. Yeri gəlmişkən xatırladaq ki, “Azerinfo.az” saytı əvvəllər də sözügedən tibb müəssisəsində neqativ hallardan, o cümlədən, korrupsiyadan bəhs edən məqalələr dərc edib. Əvvəllər olub ki, redaksiyamıza müraciət edən şikayətçilər öz yaxınlarının bu xəstəxanada müalicəsinin bir gününün 30-40 manata başa gəldiyini, xəstələrə yetərincə diqqət və qayğı göstərilmədiyini, həkimlərin onlara laqeyd münasibət bəslədiklərini, vaxtlı-vaxtında müayinə etmədiklərini, bəzən isə onların düşdüyü vəziyyətdən istifadə edərək etikadan kənar ifadələr işlətdiklərini, xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarına göz dikdiklərini, burda verilən yemək keyfiyyətli olmadığından ailə üzvləri hər gün xəstələrə yemək gətirdiklərini, xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun bütün bunlardan xəbəri olsa da, heç bir tədbir görmədiyini bildiriblər. Onu da qeyd ediblər ki, 2008-ci ildən baş həkim işləyən Ağahəsən Rəsulov xəstəxananın korpuslarından birini şəxsi klinikaya çevirib. Orada xəstə qəbul edir. Əlbəttə ki, müalicə pulsuz olmur. Arayış biznesinə də məxsusi bu iş üçün ayrılmış həkim baxır.
Ruhi xəstəliyi təsdiqləyən arayışların isə əskərlikdən yayınmaq istəyənərə də verildiyi bildirilirdi (İnanmaq istərdik ki, heç olmasa, Böyük Vətən müharibəsinin getdiyi indiki məqamda belə hallara yol verilmir – “Azerinfo”). Bu haqda yazan “Yeni Musavat” qəzetində iddia olunurdu ki, baş həkim hətta cinayət törətmiş vətəndaşların məsuliyyətdən yaxa qurtarmaları üçün də saxta “dəlilik kağızı” verib.
Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik
Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI Hadise Nüşabə Ələsgərliyə sürpriz — VİDEO Nüşabə Ələsgərliyə sürpriz — VİDEO Medeniyyet / Video Nüşabə Ələsgərli həyat yoldaşı ilə İSTANBULDA — FOTOLAR Nüşabə Ələsgərli həyat yoldaşı ilə İSTANBULDA — FOTOLAR Medeniyyet Nüşabə Ələsgərli polisə çağırılması — XƏBƏRİNDƏN DANIŞDI Nüşabə Ələsgərli polisə çağırılması — XƏBƏRİNDƏN DANIŞDI Medeniyyet Nüşabə ilk dəfə yaşca kiçik ərinin şəkillərini paylaşdı Nüşabə ilk dəfə yaşca kiçik ərinin şəkillərini paylaşdı Medeniyyet